GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Erməni vəhşiliyinin göstəricisi olan Quba “Soyqırımı Memorial Kompleksi”ni kimlər yox etmək istəyir? - FOTOLAR

Erməni vəhşiliyinin göstəricisi olan Quba “Soyqırımı Memorial Kompleksi”ni kimlər yox etmək istəyir? - FOTOLAR

Tarix: 30-09-2022, 15:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 028

Azərbaycanın tanınmış alimlərindən olan, tarix elmləri doktoru, professor Solmaz Tohidi sosial şəbəkədə Quba “Soyqırımı Memorial Kompleksi”nin kimlərsdə tərəfindən məhv edilməsi ilə bağlı həyəcan təbili çalıb. Gundemxeber.az aztoday.az-a istinadla xəbər verir ki, tarix professoru hələ 2018-ci ildə, “Azərbaycanlıların soyqırımının 100-cü ilddönümü ərəfəsində müxtəlif yaşlı insanlara mənsub sümüklərin elə o ərazidə yenidən torpağa basdırıldığını və üstünə də çox sadə bir Xatirə Daşının qoyulduğunu qeyd edərək bildirib ki, hazırda Kompleksin mühafizə zolağında “Spartak” MMC tərəfindən yaşayış massivi inşa edilir. Tohidi hesab edir ki, bu “Soyqırımı Memorial Kompleksi”ni sadəcə məhv etmək anlamına gəlir.

Tanınmış tarixçi alimin haqlı həyacanını oxucuların diqqətinə təqdim edirik:

“Quba “Soyqırımı Memorial Kompleksi” – Dəyərini itiribmi?
Təhlükə hardan, ya kimdən gəlir?
Dünən TRT kanalı üçün azərbaycanlıların 1918-ci il soyqırımı mövzusuna həsr olunan sənədli filmin çəkilişləri ilə əlaqədar Qubaya, Soyqırımı Memorial muzey-kompleksinə getmişdik. Bura mənim üçün son dərəcə doğma məkandır, belə ki, uzun illər azərbaycanlıların soyqırımı mövzusu ilə əlaqədar topladığım, araşdırdığım və nəşr etdirdirdiyim sənədlər, şəkillər və tədqiqatlarımın nəticələri məhz bu Memorial Kompleksdə maddiləşmiş, kütləviləşmiş və görüntü şəklində təmsil olunmuşdur. Geniş ərazilərdə yerləşən bu Kompleksin muzey ekspozisiyasının yeganə müəllifi kimi mən özümü bu Qara Yaddaş məbədimizin hər daşı, hər qarışı üçün məsuliyyətli bilirəm. Çünki bu qeyri-adi muzeyin ilkin “eksponatları” – təsadüfi tikinti nəticəsində 400 nəfərin sümükləri basdırılmış kütləvi məzarlığın aşkar edilməsindən başlayaraq, onun qeyri-adi binasının (əsas ekspozisiya zalı yerin altında yerləşir) tikintisi zamanı ortaya çıxan problemlərdən xəbərim var. Heydər Əliyev Fondunun kiçik, lakin olduqca peşəkar və mobil işçi qrupu ilə bir il yarımdan artıq müddətdə Kompleksin muzey ekspozisiysı üzərində bilavasitə iştirakımı da çox yaxşı xatırlayıram. 2013-cü ildə, Muzeyin Açılış mərasimində ölkə başçısını, Heydər Əliyev Fondunun rəhbərini və digər qonaqları muzey ekspozisiyası ilə tanış edərkən, sonrakı illərdə xarici ölkələrdən gəlmiş nüfuzli nümayəndə heyətlərini şəxsən müşayiət edərkən, bu məkanda beynəlxalq konfranslar keçirərkən, xarici və yerli qonaqlarımızla, müxtəlif çəkiliş qrupları və d. ilə bu muzeyə gələrkən – Hər Dəfə (!) onun son 100 illik tariximizin ən faciəvi, ən ağır və ən ağrılı səhifələrinin bitkin elmi-sənədli, mənəvi-insani Təcəssümü olduğunun təsdiqini tapıram. Kompleks açılandan bəri onu milyondan artıq insanın, o cümlədən 200 minə yaxın xarici qonaqların və onlarla rəsmi xarici nümayəndə heyətlərinin ziyarət etməsi, rəylər kitablarının neçə-neçə cilddən ibarət olması, Kompleksə beynəlxalq əhəmiyyətli, dövlət tərəfindən qorunan tarixi memarlıq qoruğu statusu verilməsi ölkəmizdə azərbaycanlıların soyqırımı tarixini əks etdirən yeganə təyinatlı ideoloji mərkəz kimi bu muzey-kompleksin geniş anlamda dəyərini vurğulayan amillərdir.

Amma son illər bu kompleks ətrafında baş verən bəzi hadisələr, düzü məhz bu Dəyərlə bağlı təşvişlərimizi artırır. Bu sıradan ən böyük “hadisə” təbii ki, “Soyqırımı Memorial Kompleksi”n 1918-ci ildə daha geniş miqyasda erməni vandalizmi və vəhşiliklərinə məruz qalmış şəhərlərdə – Bakıda və Şamaxıda deyil, məhz Qubada inşa edilməsini şərtləndirən əsas Sübutun – Kütləvi Məzarlığın “ləğv edilməsi” ilə bağlıdır. Belə ki, 2018-ci ildə, “Azərbaycanlıların soyqırımının 100-cü ilddönümü ərəfəsində müxtəlif yaşlı insanlara mənsub sümüklər açıldığı və 10 il ərzində müxtəlif vasitələrlə qorunduğu məzardan çıxarılaraq elə o ərazidə yenidən torpağa basdırılmış və üstünə də çox sadə bir Xatirə Daşı qoyulmuşdu.

Burada vurğulamalıyam ki, bu iş əslində yarı-gizli görülmüşdü, müxtəlif, qeyri-ciddi səbəblər gətirilməklə yalnız şaiyələr şəklində yayılaraq, sonda birdən həyata keçirilmişdi. Lakin o da məlumdur ki, torpağın içində qalmaqla yanaşı açıq hava dəydiyindən erroziyaya uğramaq təhlükəsi qarşısında bu məzar-abidənin yeni texnoloji üsullarla saxlanması proyektləri var idi və Memorial Kompleksin açılışı zamanı Fondun sifarişi ilə italiyalı mütəxəssislər tərəfindən hazırlanmış bu proyektlər nümayiş olunmuşdu. Lakin Muzeyin inzibati-idarəçiliyi Azərbaycan Mədəniyyət Nazirliyinə verildikdən sonra bu niyyət reallaşmadı və sonda məsələ ən sadə, ən asan və ən ucuz yolla “həll olundu”.

Bu “həll” Soyqırımı Kompleksinin təsir effektini yarıbayarı azaltdı desəm, inanın ki, səhv etmərəm. Çünki Komplekslə tanışlıq marşrutu elə tərtib olunmuşdu ki, qonaqlar muzey ekspozisiyası, yəni tarixi faktlar, hadisələr, sənədlər, şəkillər ilə tanış olduqdan və məlumatlandıqdan sonra kütləvi Məzarlığı seyr edirdilər və eşitdiklərinin danılmaz sübutunu görərkən sözün əsl mənasında böyük sarsıntı keçirirdilər. Bir nümunə: Görkəmli fizik – alim, Nobel mükafatı laureatı Jores Alferov muzeylə tanışlıqdan sonra məzarlıqdakı sümükləri görərkən əhvalı dəyişmiş və ona ilkin tibbi yardım göstərilmişdi.

Kütləvi məzarlığın ləğv edilməsi və muzeyin ekspozisiyası ilə bağlı bəzi digər məsələlər üzrə məsul şəxslərin indi vəzifələrində olmadığı səbəbindən adlarını çəkməyi lazım bilmirəm. Həm də müəyyən naqislikləri sonradan aradan qaldırmaq mümkün oldu, görünməyən bəzi işlər də görüldü. Bu baxımdan Kompleksin kollektivinin, başda direktor Rəxşəndə xanım Bayramova olmaqla fədakarlığı və əməyi ayrıca qeyd edilməlidir. Sanki hamı bir qədər sakitləşmişdi.

Lakin budur, yeni bir problem, narahatlıq və deyəsən bu dəfə iş yalnız Muzey kollektivinin təlaşı və müdaxiləsi ilə bitməyəcək. Belə ki, bir müddət əvvəl Kompleksin inzibati ofisi, elmi-informasya mərkəzi və kitabxanası, eləcə də yüksək gərginli avadanlıqların yerləşdiyi texniki otaqları əhatə edən binanın üst hissəsində, meşə zolağının kənarından başlayaraq, əslində Kompleksin mühafizə zolağına daxil olan torpaq sahəsindən müəyyən hissə “Spartak” MMC –nin nümayəndələri tərəfindən kiçik həyətyanı sahələrə bölünərək fərdi mənzillərin tikintisi üçün satılmışdır. Bu barədə Kompleksin müdiriyyətinə heç bir məlumat verilməmişdir. Bir müddət əvvəl isə həmin ərazidə qazıntı işlərinə və çoxsaylı fərdi evlərin tikintisinə başlanmışdır.

Burada məsələyə tam aydınlıq gətirmək üçün bir məqam xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondu tərəfindən Kompleksin tikinti layihəsi həyata keçirilərkən 1918-ci ildə yaşanmış hadisələrin məzmunu əsas götürülərək soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti kimi nəinki hər hansı dekorasiya və bəzəkli elementlərdən istifadə edilməmiş, həmçinin əraziyə sərhəd zolagi və ya hasar çəkilməmiş, bununla da Kompleks ərazisində matəm sükutunun təbiətlə ünsiyyətdə təcəssüm etdirilməsinə nail olunmuşdur. Bu baxımdan Komplekslə təbii görüntünün ahəngini qorumaq məqsədilə ətraf ərazilərdə hər hansı tikilinin inşasına icazə verilməmiş, əksnə, kütləvi məzarlığın yerləşdiyi təpənin arxasındakı bir yaşayış evi və yeməkxana, sahibləri ilə razılaşma əsasında buradan köçürülmüşdür. Beləliklə, ətrafda yalnız sanki qanlı hadisələrin günahsız qurbanlarının ruhlarını qoruyan şam ağacları saxlanılmış və artırılmışdır.

Lakin bu gün yeni yaşayış sahəsi üçün ayrılan ərazi birbaşa Kompleksin muzey binası ilə üzbəüzdə, İnzibati binanın isə düz başında yerləşir. Belə ki, inzibati binanın bir hissəsi təbii qayalığın içinə salındığı üçün, evlərdən bir neçəsinin artıq qazılmaqda olan bünövrəsi Kompleks ofisinin damına söykənməli olacaq.

Yeni yaşayış massivinin hələ suyu, kanalizasiya xətti, elekrik şəbəkəsi və s. kimi işlərin görülmədiyi, lakin artıq evlərin tikintisinə başlanıldığı nəzərə alınarsa, öz suallarına cavab üçün bu işə məsul olan şəxsləri axtaran Kompleks əməkdaşlarının narahatlığı anlaşılandır.

İlk nəzərdə bu ərazinin Soyqırımı Kompleksinin tam səlahiyyətində deyil, yalnız “mühafizə zolağına” daxil olduğu əsas götürülərsə, bu narahatlığın nə dərəcədə qanunauyğun olduğu sualı ortaya çıxa bilər. Lakin burada konkret bir məsələ də var: artıq tikintisinə başlanmış yaşayış məskəninin ərazisinə heç yol da yoxdur və bu problemin həlli kimi “İnşaatçılar” tərəfindən artıq Kompleksin birbaşa ərazisinə aid və ona məxsus olan qapalı avto-dayanacaq meydanını sökməklə, 0.15 ha, 5 metr enində 2 yeni yol salmaq nəzərdə tutulur. Bu yol salınana qədər isə, tikinti materiallarını daşımaq üçün hazırda həmin ərazidə Kompleksin elektrik təchizatını təmin edən yüksək gərginlikli 6 min kvat elektrik xəttinin və internet kabel xəttinin üzərində qeyri-qanuni torpaq yol salınmışdır və ağır tonnajlı yük avtomobilləri qeyd olunan xəttlərin üzərindən hərəkət edərək Kompleksin elektrik təchizatı üçün böyük təhlükə törədirlər. Bir müddət əvvəl buna oxşar bir qəza nəticəsində Kompleks 2 gün tam işıqsız qalmış və ziyarətçilərin qəbulunu dayandırmalı olmuşdu.

Kompleksin əsas binaları ilə üzbəüz və biri ilə bitişik ərazidə yeni yaşayış məhəllələrinin salınmasının digər fəsadları da vardır. Belə ki, yer səthindən 19 metr hündürlükdə xüsusi konstruksiyalı divarları olan muzey ilə üzbəüz yaxınlıqda yerləşən, təxminən 11-12 metr hündürlüyündə olan meşə zolağında və eyni hündürlüklü pilləkənlərdə hər hansı bir cüzi səs olduqda muzey divarları vasitəsilə həmin səs yüksəlir və əmələ gələn dissonans – gurultu bəzən hətta yerin alt qatında yerləşən əsas zalda da eşidilir. İndi həmin meşə zolağında ağacların kəsilib fərdi evlər, tövlələr, hinlər və digər təsərrüfat obyektləri daxil yaşayış məhəllələrindən bütün gün ərzində gələn çoxsəsli hay-küyün Kompleksin uzun illər qorunan müqəddəs sükunətilə nə qədər “ahəngdarlıq” yaradacağını özünüz təsəvvür edin.

Bu səs-küylə yanaşı həm də xüsusi əhvalla muzeydən çıxan ziyarətçilərin nəzərləri ilk olaraq qarşı təpədə öz gündəlik həyatını yaşayan insanların ev-məişət görüntüləri, paltar zivələri, mal-qarası, toyuq-cücəsi, uşaqların oyun meydançaları və s. ilə qarşılaşacaq. Bu mənzərənin də Kompleksin təlqin etdiyi hisslər və fikirlərlə nə dərəcədə həmahəng olacağını təsəvvür etməyi yenə sizlərin öhdəsinə buraxıram.

Əlbəttə, mümkündür ki, bəziləri, xüsusilə bu əraziyə yalnız pul qazanmaq mənbəyi kimi baxanlar və onları dəstəkləyənlər Komplekslə yanaşı təsvir edilən mənzərə və səs-küyü “həyat davam edir” məntiqi ilə izah etsinlər. Amma həyat tək pul və məişət rahatlığından ibarət deyil. Quba “Soyqırımı Memorial Kompleksi” də bu məntiqi tamam başqa hissiyyat və zehniyyatla qavramaq üçün yaradılıb.

Düzü, Kompleksin əməkdaşları ilə bu yeni yaşayış məkanına “baxış” keçirərkən və burada həqiqətən tikinti işləri getdiyini öz gözlərimlə görərkən yenə də bu məsələlərə ən azı aydınlıq gətirməli olan səlahiyyətli qurumların – ilk növbədə Quba İcra Hakimiyyətinin və Azərbaycan Mədəniyyət Nazirliyinin hələ də susduğuna inana bilmirəm… Amma Kompleksin rəhbərliyinin və əməkdaşlarının bu ciddi təşvişini da anlayıram və bu səmimi ürəkyanğısı müqabilində onlara onsuz da böyük olan rəğbətim daha da artır.

Mümkündürmü ki, hansısa MMC şirkəti dövlət ərazisi sayılan bu torpaqları beləcə rahat (Quba şəhəri üçün o qədər də baha qiymətə yox) satsın, sənədləşdirsin, dərhal evlərin tikintisinə başlanılsın və…

Kimdir bu “layihənin” müəllifləri və havadarları ki, “qonşuluqdakı” mühüm bir Dövlət qurumunun – Dövlət tərəfindən qorunan tarixi memarlıq-qoruğunun maraqları ilə heç hesablaşmır, üzə çıxmır və verilən adi sualları cavablandırmağı belə lazım bilmir… Vəziyyət belə qalarsa deyəsən Qubadakı Soyqırımı Memorial Kompleksi tədqicən yaşayış məhəllələri ilə əhatə olunacaq…

Bu reallığın adını nə qoyaq, dostlar?

Bir daha vurğulayıram, mən hələ də inanmıram ki, adı çəkilən səlahiyyətli qurumlar, son nəhayətdə Soyqırımı Kompleksinin qurucusu olan Heydər Əliyev Fondu tarixi yaddaşımızın ən ağır Abidəsinin bu qədər dəyərdən salınmasına biganə qalsınlar…

Amma bu tarix hamımızın qan yaddaşıdır, biz biganə qalmayaq… Qalanları da oyadaq…

Dəstəyinizə ehtiyacımız var…

Hər birinizin…”.

Erməni vəhşiliyinin göstəricisi olan Quba “Soyqırımı Memorial Kompleksi”ni kimlər yox etmək istəyir?
Erməni vəhşiliyinin göstəricisi olan Quba “Soyqırımı Memorial Kompleksi”ni kimlər yox etmək istəyir?
Erməni vəhşiliyinin göstəricisi olan Quba “Soyqırımı Memorial Kompleksi”ni kimlər yox etmək istəyir?
Erməni vəhşiliyinin göstəricisi olan Quba “Soyqırımı Memorial Kompleksi”ni kimlər yox etmək istəyir?






  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan prezidenti Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

    Azərbaycan prezidenti Quba Soyqırımı Memorial ...

    18-09-2013, 16:57

  • 
  • 31 Mart – Azərbaycanlıların soyqırımı günü

    31 Mart – Azərbaycanlıların soyqırımı günü ...

    30-03-2018, 14:50

  • 
  • BMT Baş Assambleyasının prezidenti “erməni soyqırımı” iddialarına cavab verib

    BMT Baş Assambleyasının prezidenti “erməni ...

    6-05-2021, 09:53

  • 
  • BSU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

    BSU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr ...

    30-03-2018, 14:38

  • 
  • SOS: Qondarma erməni soyqırımı ABŞ dərsliklərinə salınır

    SOS: Qondarma erməni soyqırımı ABŞ dərsliklərinə ...

    18-01-2014, 12:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu