Azərbaycanımız daim inkişaf edir.İnkişafımız bütün sektorlarda özünü göstərir.İdmanda ,turizmdə,iqtisadiyyatda,təhsildə.Lakin bəzən elə hadisələrnən üz-üzə qalırsan ki,deyirsən niyə axı bu “insancıqlar”bu inkişafımızın üzərinə kölgə qoyurlar. Insanlar öz yorğunluqlarını çıxarmaq üçün ,istirahət etmək üçün istirahət mərkəzlərinə,restaranlara üz tuturlar.Amma acgöz restaran sahibləri müştərinin əsəbi ilə oynayıb sonda da müştərini “girov”belə saxlamaqdan çəkinmirlər GundemXeber.Az bildirir ki, bu yaxınlarda “Sapfir”adlı məşhur restaranda müştərini nece aldadaraq pullarını mənimsədikləri haqda Aktualxeber.az -ın redaksiyasına şikayət daxil olub.Bu adı çəkilən məkanda sifariş edilən yeməklərdən əlavə yeməklər masaya düzülüb ki, sonda ağlasığılmaz hesab müştərini şoka salb. Müştəri buna aydınlıq gətirilməsini istədikdə isə işçilər bunun onlara aidiyyatı olmadıqını bildriblər.Sanki bura Azərbaycan deyil və gələnlərdə bura vətəndaşı deyil.Müştərini girov saxlamaq nə deməkdir?Restaranın sahibi Əliyar adlı şəxs müştərini maşının içində saxlayıb ta ki,pul gəlib onların əlinə çatana kimi.Bu müştərinin cibinə girmək deyil bəs nədir??? Sonda onu da nəzərinizə çatdıraq ki,adı çəkilən məkan “Sədərək Yusif”ə məxsusdur.Görünən budu ki,Əliyar da Yusifə arxalanır.Bununla bağlı geniş araşdırmamız olacaq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?