“Təxminən 3-4 il əvvəl Bakı Nəqliyyat Agentliyi Yunanıstandan nəqliyyat mütəxəssisləri adı altında böyük bir qrupu Bakıya gətirmişdi. Bildiyim qədəriylə onlara bir neçə milyon qonarar verdilər ki, guya yunanlar Bakıda nəqliyyat problemini həll edəcək” .
GundemXeber.Az TİA.Az-a istinadla bildirir ki, nəqliyyat eksperti Elməddin Muradlı bunu söyləyib. “Panos adlı bir yunan bir dəfə 10 bəndlik təkliflə gəlmişdi Bakı şəhər DYP İdarəsinin o vaxtkı rəisi polkovnik Nüşrəvan Səfərovun yanına. Nüşrəvan müəllim siyahıya baxan kimi dərhal 7 təklifin üstündən xətt çəkib demişdi ki, bunlar lazım deyil. Ardınca da fikirlərini əsaslandırmışdı ki, niyə lazım deyil. Panos cənabları rəisdən küsüb getmişdi. 3 gündən sonra isə qayıdıb gəlib demişdi ki, bəli cənab rəis, siz haqlısınız. O layihələr lazım deyildi. Deməyim odur ki, o vaxt yunanlara o boyda pul niyə verilmişdi və onun hansı faydası oldu? Arada efirlərə də çıxıb boş-boş danışırdılar”. Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?