“Sürücülər narahat olmasınlar” “Avtobuslarda kart sisteminə keçid sürücülərin qazancına mənfi təsir göstərməyəcək. Əksinə bu sistemə keçid sürücülərin stabil olaraq yüksək məbləğdə əmək haqqı almasına imkan yaradacaq”. Bu sözləri Movqe.az-a açıqlamasında sürücülərin kart sisteminə keçid nəticəsində qazanclarının azalması ilə narahatçılıqlarına cavab olaraq Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov söyləyib: "Düzdür Nəqliyyat Nazirliyi sürücülərin əmək haqqı məsələsini tənzimləmir. Bu sürücü ilə sahibkar arasında olan anlaşmadır. Amma sürücülər narahat olmasınlar ki, onlara ayda 500 manat əmək haqqı veriləcək. Sürücülərin əmək haqqı 700-800 manat civarında müəyyənləşəcək. Təbii ki, peşəkar sürücülərə bu sistemə keçiddən sonra daha çox üstünlük veriləcək”.
Xatırladaq ki, avtobus sürücüləri bildirmişdilər ki, kart sistemi işə düşəndən sonra sürücülərin işi üçün problemlər yaranacaq. "İndi gündə sürücüyə 30-50 manat pul qalırsa, onda heç bir manat da qalmayacaq. Guya bizə aylıq maaş verəcəklər? Neynirəm ayda 500 manatı? Həmin 500 manat onların özlərinə verilsə, gəlib bizim kimi zülüm çəkərlər? Əlbəttə ki, yox”, - deyə İntiqam adlı sürücü demişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?