Gundemxeber.az » GündəmXəbər » Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində işçilər kütləvi şəkildə etiraz edir - İDDİA VAR...
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Nəsimi Nəsibov idarəni Cəlilabad rayonuna köçürmək istəyir.
Gundemxeber.Az bildirir ki, bu barədə idarənin işçiləri AzToday.az-a məlumat veriblər. Onların sözlərinə görə, ağacların cinsini belə tanımayan Nəsimi Nəsibov idarənin Masallıdakı 2 mərtəbəli təmirli binasını Cəlilabaddakı təmirsiz 3 otaqlı tikiliyə dəyişir. İdarə müdiri işçilərə bunun səbəbini izah etməyib. Amma işə gəlməyənləri dərhal işdən azad edəcəyini bildirib.
İşçilər isə iddia edir ki, 3 il əvvəl təmiri üçün yüz minlərlə manat silinən binanı Meşələrin İnkişafı Xidmətinin rəhbərliyi satmaq istəyir. Buna görə, regional idarəni Cəlilabada köçürmək istəyirlər. Həmçinin, Masallıda regional idarədə çalışan onlarla şəxsin uzaq Cəlilabada gedib-gəlməsinin çətin və məsrəfli olduğunu bilən meşə mafiyası indiki əməkdaşları işdən çıxarmağı planlaşdırır.
İdarə işçilər arasında qruplaşma yaratmaqda ittiham olunan Nəsimi Nəsibovun Meşələrin İnkişafı Xidmətinin (MİX) sabiq rəisi Ağaqardaş Qaraşovun göstərişiylə bu addımı atdığı da yayılan məlumatlar sırasındadır.
İdarə Cəlilabada köçürüldüyü halda daha böyük problemlə Yardımlı meşəçiləri üzləşəcəyi üçün onlar kütləvi şəkildə işdən çıxacaqlarını və Nəsimi Nəsibovun etdiyi qanunsuzluqlara görə məsuliyyətə cəlb olunmasını tələb edəcəklərini bildirirlər. İşçilər nazir Muxtar Babayevin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində baş verənləri araşdırmağa çağırıb…
Gundemxeber.Az
17-03-2020, 14:33
24-05-2021, 16:42
13-08-2021, 15:43
7-07-2018, 13:03
8-01-2022, 14:09
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?