Gundemxeber.az » GündəmXəbər » Təcili tibbi yardımda həkimlər dərmanı öz hesablarına ALIR - NARAZILIQ VAR!
Təcili tibbi yardım xidməti ilə bağlı müxtəlif məzmunlu şikayətlər dəfələrlə gündəmə gəlir. Təcili yardım çağıran Bakı sakinləri gah onların gecikməsindən, gah da xəstəyə keyfiyyətli xidmət göstərməməsindən gileylənir. Bu dəfə isə daha biabırçı olay yaşanıb.
Çağırışa gələn həkimlər narahatlığı olan xəstəyə ilkin tibbi yardım göstərə bilməyiblər. Səbəb təcili tibbi yardım xidmətinin dərman təminatı ilə təchiz olunmamasıdır.
Belə bir hal bu günlərdə Mir Cəlal küçəsi 18, mənzil 35 ünvanında baş verib. Səhər saatlarında ürək problemi olan 59 yaşlı adının çəkilməsini istəməyən qadının vəziyyəti ağırlaşıb. 103 xidmətinə zəng olunub, kordioloq çağırılması istənilsə də, təcili yardım stansiyasından bunun mümkün olmadığı bildirilib. Bir müddət sonra təcili yardım xidməti qeyd edilən ünvana gəlib. Amma çağırışa gələn həkimlərdə ilkin tibbi yardım üçün dərman ləvazimatı olmayıb. Xəstə yaxınları səbəbi soruşsalar da, həkim və tibb bacısı onlara heç bir dərman təminatı edilmədiyindən gileylənib. Hətta öz hesablarına dərman aldıqlarını bildiriblər.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə Bizim.Media-ya müraciə edən xəstə yaxınının sözlərinə görə anasının halı səhər təxminən 6 radələrində pisləşib.
İlk tibbi yardım üçün həmin saatda apteklər fəaliyyət göstərmədiyindən təcili yardıma müraciət etməli olublar. Onlarda isə tibbi müdaxilə üçün müvafiq dərman təchizatı olmadığına görə həkim tərəfindən xəstənin xəstəxanaya aparılması təklif edilib. Xəstə isə dəfələrlə xəstəxanada qaldığı və keyfiyyətli xidmət görmədiyi üçün bundan imtina edib.
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Bizim.Media-ya hadisə barədə məlumat verilsə də, təcili tibbi yardım xidmətinin dərmanla təchiz olunmaması məsələsinə aydınlıq gətirilməyib:
“18.10.2022-ci il tarixdə saat 05:43-də Mir Cəlal küçəsi 18, mənzil 35 ünvanından daxil olan çağırışı 5 saylı bölmənin Reanimasiya briqadasının həkimi Rzaqulu Hüseynov icra edərək, xəstəyə "Qulaqcıqların səyriməsi və titrəməsi" diaqnozu qoyub.
Xəstənin tələb etdiyi dərman preparatı təcili yardım xidmətinin təchizatında olmadığından həkim tərəfindən K.Mikayılovanın xəstəxanaya aparılması təklif edilib, lakin xəstə razılaşmayaraq, öz dərmanını (Korqlükon) həkimə təqdim edib və həkim xəstəyə, vəziyyətinə müvafiq ilkin tibbi yardım (Korqlükon 1.0, Panangin 10,0, NaCl 0.9% 10,0 v/d , Heparin 2,0) göstərib. Xəstənin vəziyyəti yaxşılaşdıqdan sonra, həkim ünvanı tərk edib”, -deyə məlumatda qeyd olunub.
GUNDEMXEBER.AZ
18-08-2017, 12:53
29-06-2017, 15:18
14-04-2018, 21:11
4-07-2018, 15:32
9-01-2019, 11:40
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?