GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Ağ Şəhər” yalnız “ağ adamlar” üçün... - SAKİNLƏR EVLƏRİNDƏN ZORLA ÇIXARILIR...

“Ağ Şəhər” yalnız “ağ adamlar” üçün... - SAKİNLƏR EVLƏRİNDƏN ZORLA ÇIXARILIR...

Tarix: 21-10-2022, 16:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 376

“Bir insanı uzun müddət aldatmaq olar, bir neçə adamı bir müddət aldatmaq olar, amma bütöv bir xalqı aldatmaq hələ heç kəsə nəsib olmayıb”                            

                                                                         Avraam Linkoln

 

Təxminən iki əsr öncə Azərbaycanın Abşeron bölgəsində tapılan neft iqtisadiyyatın inkişafına təkan verdi. Bu səbəbdən, ərazidə neft emalı müəssisələri tikildi. Lakin əvvəl Çar Rusiyasının, sonra isə Sovet İttifaqının müstəmləkəsi olan Azərbaycanda neft çıxarılan və emal edilən ərazilərdə ekoloji durum bərbad vəziyyətə düşdü.

Yalnız müstəqillik əldə edəndən sonra bu ərazilərin təmizlənməsi məsələsi gündəmə gəldi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakının “Qaraşəhər” adlanan ərazidə yeni “Ağ Şəhər” layihəsi həyata keçirilməyə başlanıldı. Prezidentin və dövlət qurumlarının müvafiq sərəncamlarına görə, bu ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri köçürülməli, torpaq qatı təmizlənməli, yeni yaşayış massivi salınandan sonra, sakinlər mənzillərlə təmin edilməli və ya müvafiq qanunlara görə onlara kompensasiya ödənilməli idi. Lakin son illər ərzində redaksiyamıza daxil olan çoxsaylı şikayətlər belə deməyə əsas verir ki, bir çox layihələr kimi, “Ağ Şəhər” layihəsi də korrupsioner məmurlar “iştahına qurban verildi”. Söhbət ondan gedir ki, prezidentin xoşməramlı təşəbbüsünə baxmayaraq, bir sıra məmurlar öz ciblərinin doldurmaq üçün sakinləri narazı saldılar, onların malına-mülkünə göz dikdilər. Aşağda adları sadalanan Xətai rayon sakinləri tərəfindən “Hürriyyət”in redaksiyasına ünvanlanan məktub da dediyimizin bariz nümunəsi hesab oluna bilər.

Belə ki, Xətai rayonunda vaxtilə “Qaraşəhər” adlanan ərazinin sakinləri - Cəbrayılov Tahir, Qasımov Kərim, Qaibxanov Cəlaləddin, Paşayev Vahid, Əhmədova Dilarə, Babayev Nizami, Məmmədov İlyas, Əliyev Fərhad, Tahirov Uluğbəy, Əhmədov Elçin, Sadıxov Allahverən, Nağıyev Zahid, Həbiyev Əhli, Əsgərov Zahid, Quliyev Şakir, Əhmədova Svetlana və s. şikayətçilər ədalətsizliklə üzləşdiklərini qeyd edərək, ölkə başçısından kömək istəyirlər. Onlar qeyd edirlər ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 262 saylı, 11.06.2007-ci tarixli sərəncamında bu işlərin yerinə yetirilməsi “ADEC” Azərbaycan İnkişaf Şirkətinə həvalə edilib. Lakin sözügedən qurum bu işin “nəzərdə tutulan müddət ərzində öhdəsindən gəlmədiyinə” gərə, bu tədbirlərin görülməsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının 225 saylı, 10.06.2013-ci tarixli, heç bir hüquqi əsası olmayan sərəncamı ilə şəxsən Xətainin icra başçısı Razim Məmmədova həvalə edilir. O gündən bu yana qəsəbə sakinlərinin qara günləri başlayır:

...Bu qiymətləndirmə ilə razı olmayan sakinlər “ƏQD” MMC-yə müraciət edib. Onların müraciətindən sonra, 18 may 2022-ci il tarixli cavab məktubunda bildirilib ki, 24 fevral 2017-ci il tarixli Qiymətləndirmə rəyi yalnız 6 (altı) ay müddətində qüvvədə olduğundan, artıq öz təsir qüvvəsini itirmiş olduğu qeyd olunub. Bu səbəbdən, sakinlər “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-yə müraciət edərək, mövcud ərazidə yerləşən daşınmaz əmlakın orta bazar qiymətinə uyğun evlərini dəyərləndiriblər. Bu zaman “Ağ Şəhər”də yerləşən təmirsiz mənzillərin hər kv.m-nin qiymətinin 1750-2800 manat civarında olduğu sənədlərdə öz əksini tapıb: “25.04.2022-ci il və 10.05.2022-ci il tarixlərində Fuad Ələsgərovun qəbulunda, qonşularımız Zahid Nağıyevin və Həbiyev Əhlinin Xətai RİH tərəfindən onların razılığı olmadan, onlara məxsus olan evlərin sökülməsi, AR Konstitusiyasının maddə 13 və 29, AR Mənzil Məcəlləsinin maddə 5 kobudcasına pozulması, söküntü zamanı Xətai RPİ-nin və 37-ci Polis Bölməsinin polis əməkdaşlarının hərəkətləri və hərəkətsizliyi, Xətai RİH rəsmilərinin və Xətai Mənzil Kommunal idarəsi əməkdaşlarının qanunsuz hərəkətlərinə Prokurorluq orqanlarının biganə yanaşması barədə sakinlərin şikayətləri diqqətlə dinlənilmiş və iradları qəbul edilmişdir. Görüş zamanı müvafiq sənədlər sakinlər tərəfindən təqdim edilmişdir. Qəbulda iştirak edən AR Baş Prokurorunun Birinci müavini Elçin Məmmədova, Prokurorluq orqanlarına bu qanunsuz tədbirlərin yenidən araşdırılması, AR DİN-nin nümayəndəsinə isə polis əməkdaşlarının belə mübahisəli tədbirlərə qatılmaması barədə göstəriş verilmişdir.

05.05.2022-ci il, 13.05.2022-ci il və 14.05. 2022-ci il tarixlərində şikayətçi sakinlər Bakı Baş Polis İdarəsində vəzifəli şəxslər tərfindən qəbul edilmişdir. Nəticədə əvvəl Xətai RİH-nin hərəkətlərində cinayət tərkibi olamadığı səbəbindən, rədd cavabı verilmiş qərarlar ləğv edilmiş və istintaq materialları Bakı Şəhər Prokurorluğuna göndərilmişdir. Həmin qurumun İctimai Təhlükəsizlik şöbəsi polis əməkdaşlarına belə qanunsuz tədbirlərə qatılmayacağı barədə göstəriş verəcəyini bildirdi. Hal-hazırda Xətai Rayon Prokurorluğunda bu tədqiqat davam edir.

11.04.2022-ci il və 20.05.2022-ci il tarixlərində Zeynal Nağdəliyevin qəbulunda, qonşularımız Zahid Nağıyevin və Həbiyev Əhlinin Xətai RİH tərəfindən onların razılığı olmadan, onlara məxsus evlərin sökülməsi, AR Konstitusiyasının maddə 13 və 29, AR Mənzil Məcəlləsinin maddə 5 kobudcasına pozulması, “ƏQD” MMC-nin 53/M saylı 24 fevral 2017-ci il tarixli məktubunda qeyd edilən qiymətləndirmə rəyinin 6 ay müddətində təsiri olması barədə sakinlərin şikayətləri diqqətlə dinlənilmiş və iradları qəbul edilmişdir. Görüş zamanı müvafiq sənədlər sakinlər tərəfindən təqdim edilmişdir. Zeynal müəllim şikayətlərimizi dinləyib və sənədlərlə tanış olandan sonra aşağıdakı göstərişləri vermişdir:

1. Ev sahiblərinin razılığı olmadan bir ev də sökülməsin;

2. Mübahisələr qanuni, yəni məhkəmə yolu ilə həll edilsin;

3. Bu günə qədər olan qiymətləndirmə və razılaşmalar ləğv edilsin;

4. Əgər vəsait yoxdursa, “ADEC” Azərbaycan İnkişaf Şirkətinin direktoru Ruslan Sadıxova müraciət edilsin. Səlahiyyətindədirsə, sakinlər mənzillərlə təmin edilsin;

5. Əgər bu da mümkün deyilsə, vəsait olana qədər heç kim narahat edilməsin və yaşayış üçün normal şərait təmin edilsin.

Zeynal müəllimin bu göstərişlərinin nəticəsi kimi 27.05.2022-ci il tarixində Xətai RİH-də sakinlərin Teymur Əzizov və Anar Tağızadə ilə görüşü oldu. Lakin Xətai RİH 01.06.2022-ci il tarixli cavab məktubunda 2013-ci ildən bəri öz dəyişməz mövqeyini bildirməklə kifayətlənmişdir. Əksinə, heç nə olmamış kimi, Xətai RİH başçısının birinci müavini Etibar Əhmədov sakinlərə zəng edərək, “ADEC” Azərbaycan İnkişaf Şirkətinin əməkdaşı Teymur Quliyevin vəsitəsilə sakinlərə köhnə hesablanmış qiymətlərlə evin sökülməsinə razılıq verilməsini israrla təklif edirlər.

08.06.2022-ci il tarixində Şahmar Mövsümovun qəbulunda “ƏQD” MMC-nin 53/M saylı 24 fevral 2017-ci il tarixli məktubunda təqdim edilən qiymətləndirmə rəyinin 6 aylıq təsir müddəti keçsə də, fərdi yaşayış evlərimizin hələ də bu rəy əsasında hesablandığını ərz etdik. Xətai RİH başçısının birinci müavini Etibar Əhmədovun və digər məmurların bu məsələnin Maliyyə Nazirliyinə aid olduğunu və vəsaitin məhz bu qurum tərəfindən ayrıldığını dedikləri səbəbindən, Şahmar müəllimə bu məsələnin araşdırılması barədə göstəriş verməsini xahiş etdik. Görüş zamanı müvafiq sənədlər sakinlər tərəfindən təqdim edilmişdir. Nəticədə, 28.06.2022-ci il tarixində maliyyə naziri Samir Şərifov sakinlərin nümayəndəsini qəbul etmişdir. Qəbul zamanı müəyyən edilmişdir ki, Maliyyə Nazirliyi “Bakı Ağ Şəhər” layihəsinə əvvəlki dövrdə maliyyə vəsaiti ayırsa da, son dövrlər üçün nə fərdi yaşayış evlərinin qiymətləndirməsinə, nə də sökülən evlərə görə verilən kompensasiyaya dövlət xəzinəsindən bir qara qəpik ödəməmişdir. Xətai RİH başçısına və sakinlərə ünvanlanan cavab məktubunda Maliyyə Nazirliyi Xətai RİH-nin başçısı Rafiq Quliyevdən bu məsələdə bu qurumun adının bir daha hallanmamasını xahiş etmişdir. Samir Şərifov bu tədbirin yalnız investorlar tərəfindən maliyyəşməsini bildirərək, sakinlərə qrup şəklində bunu tələb etməyi tövsiyə etmişdir.

Yüksək səviyyəli məmurlarla görüşlərdən və əldə etdiyimiz sənədlərdən belə nəticə çıxartmaq olar ki, Xətai RİH tərəfindən sakinlərin razılığı olmadan evlərinin sökülməsi və qanunsuz tədbirlərə polis əməkdaşlarının cəlb edilməsi, bu məsələ ilə əlaqəli Məhkəmə və Prokurorluq orqanlarına təzyiq göstərməsi, artıq təsir qüvvəsini itirmiş qiymətləndirmə rəyi əsasında sökülən evlərə verilən kompensasiyanın hesablanması, beş il əvvəl sakinlərlə bağlanmış müqavilələrin ləğv edilməməsi, investorlardan alınan vəsaiti dövlət vəsaiti kimi təqdim edərək, sakinləri aldadlb dövlət layihəsi adı ilə onların təhdid edilməsi, sakinlərin mülklərini alıb digərlərinə satması, bu ölkənin vətəndaşlarına qarşı böyük qanunsuzluqdur. Xətai RİH rəhbərliyinin sakinlərə qarşı davranışları onlarda dövlətçiliyimizə qarşı inamsızlıq yaradır”.

“AĞ ŞƏHƏR” SAKİNLƏRİ TƏHDİDLƏRƏ MƏRUZ QALIR - Ev sahibinin razılığı və məhkəmə qərarı olmadan sakinlərin evləri sökülür...

Sakinlər hesab edir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 225 saylı, 10.06.2013-ci tarixli sərəncamının da heç bir hüquqi əsası olmayıb. Onlar sərəncamın qeyri-legitim olduğunu sübut edən fakt və dəlilləri aşağıdakı kimi təqdim ediblər:

(Ardı var)


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Bakıda yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimində iştirak edib

    Prezident İlham Əliyev Bakıda yeni bitum ...

    19-09-2016, 11:58

  • 
  • İlham Əliyevə təqdim edilən statistik yalan

    İlham Əliyevə təqdim edilən statistik yalan ...

    22-12-2012, 13:00

  • 
  • İlham Əliyevə təqdim edilən statistik yalan

    İlham Əliyevə təqdim edilən statistik yalan ...

    22-12-2012, 12:13

  • 
  • SOCAR 10 ildə 1 900 hektardan çox ərazidə rekultivasiya işləri aparıb

    SOCAR 10 ildə 1 900 hektardan çox ərazidə ...

    30-01-2019, 11:53

  • 
  • Abutalıbov köhnə planı işə saldı

    Abutalıbov köhnə planı işə saldı ...

    21-02-2017, 23:50


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu