gundemxeber.az Azərbaycan prezidenti İlham Əliyev hazırda iqtisadiyyatın “daha çox qeyri-neft sektoru hesabına” inkişaf etdiyini bildirib. “Bu ilin yekunlarına görə, iqtisadiyyatımızın qeyri-neft sektoru üzrə hələ ki, dəqiq hesablamalar aparılır, görünür ki, təxminən 10 faiz artacaqdır. Bu, çox böyük göstəricidir”, Əliyev Milli Olimpiya Komitəsində ilin yekunlarına aid nitqində deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatı “çoxşaxəli iqtisadiyyat kimi inkişaf edir”. Ekspertlər prezidentin iqtisadiyyatın inkişafı ilə bağlı fikirlərini "statistik iqtisadiyyat" kimi şərh edir. “Məsələn yol tikintisi götürək, bunu qeyri-neft sektoru kimi təqdim edirlər. İlkin baxışda, elədir, amma yol tikintisinə ayrılan sərmayə Neft Fondunun (NF) gəlirləri hesabınadır. Bunun harası oldu qeyri-neft sektoru?”, deyə iqtisadçı ekspert İlham Şaban sual edir. İlham Şaban dövlət büdcəsinin 60 faizinin, əsasən Azəri-Çıraq-Günəşli gəlirləri hesabına mövcud olan NF-in transferləri olduğunu deyir. “Bundan bir milyardı vergilərdır. Amma yenə də, neft sektoru olmasa idi, dövriyyədə olan pul hesabına Vergilər Nazirliyi maliyyə yığa bilməzdi”. Iqtisadçı NF-dən büdcəyə olan köçürmələri misal gətirir: “2008-ci ildə 4 milyard, 2012-ci ildə 10 milyard olub, gələn il isə 11.135 milyard manat olacaq”. Onun sözlərinə görə, iqtisadiyyat o vaxt inkaşaf edir ki, Əlavə Dəyər Vergisi verilsin, başqa sözlə, əlavə qazanc əldə edilsin, multi-iqtisadiyyat inkişaf etsin. Şaban Azərbaycanda NF-dən olan köçürmələrin “neft pulu kimi deyil, adi transfer” kimi qəbul edildiyini deyir. Milli Məclis noyabrın 30-da ekspertlərin Azərbaycanın müstəqillik tarixində “ən böyük maliyyə planı" adlandırdığı yeni büdcə planını təsdiqləyib. Beləliklə, 2013-cü ilin büdcəsi 19, 159 milyard manat olaraq təsdiqlənib. Gələn ilin büdcə xərcləri isə 19,850 milyard manat olacaq. Bu büdcə həm də, Dövlət Neft Fondunun gəlirlərindən həmişəkindən 1.5 milyard çox pul ayrılması ilə fərqlənir
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?