GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Media Reyestrinin qaydaları - Konstitusiyaya zidd praktika-"Mətbuat nazirliyinin bərpasına çalışılır"

Media Reyestrinin qaydaları - Konstitusiyaya zidd praktika-"Mətbuat nazirliyinin bərpasına çalışılır"

Tarix: 24-10-2022, 13:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 282


Oktyabrın 14-dən Azərbaycan jurnalistlərinin reyestrində qeydiyyat başlayıb. MEDİA kommunikasiya şöbəsinin direktoru Səidə Şəfiyevanın sözlərinə görə, reyestrdə qeydiyyatdan keçməyən jurnalistlər əvvəlki qaydada işləyə və istənilən dövlət qurumuna sorğu göndərərək cavab ala biləcəklər.


Lakin KİV-ə qarşı qarşı tələblər sərtdir. Medianın İnkişafı Agentliyinin (MEDİA) media reyestri xidmətinin rəhbəri Cahangir Həsənli media haqqında qanunun 62.2 və 62.3-cü bəndlərini xatırladıb ki, bu maddələrə görə, çap və onlayn media “qanunvericiliyə əsasən müvafiq cavabı” almaq üçün işə başlamadan 7 gün öncə Media Agentliyinə müraciət etməlidir. Bu qanun qüvvəyə minənədək fəaliyyət göstərən KİV-lər isə 78.3-cü bəndə əsasən reyestr işə başladığı gündən altı ay ərzində Agentliyə müraciət etməlidirlər. "Beləliklə, fəaliyyət göstərən KİV-lərin altı ay vaxtı var", - Həsənli qeyd edib.

Bəs KİV qeydiyyatdan keçmirsə , keçmək istəmirsə,  və ya MEDİA-dan imtina alırsa, o zaman necə olacaq? Şəfiyeva Turan-ın bu sualına cavabında bildirib ki, media haqqında qanuna əsasən, 6 ay ərzində reyestrdə qeydiyyatdan keçmək üçün müraciət etməyən media subyektlərinin işinin qanuniliyinə məhkəmədə baxılacaq.

Media Hüququ qrupunun rəhbəri Xalid Ağəliyev suallarımızı cavablayıb.

* * *

Sual: Xalid bəy, belə çıxır ki, Media Reyestrinə qeydiyyat məcburidir?

 Cavab: Media Agentliyinin rəsmilərinin açıqlamaları yekdil deyil, dolaşıqlıq var. Rəsmilərdən biri resyestrlə bağlı tələblərin yalnız reyestrə düşmək istəyində olan media və jurnalistlərə münasibətdə tətbiq ediləcəyini, başqa bir rəsmi isə 6 ay ərzində reyestrə qoşulmaq üçün müraciət etməyənlərin məhkəməyə çəkiləcəyini açıqlayıb. Bu, ilk növbədə qanunun dolaşıqlığını və onun icrasına məsul olanların özləri üçün belə anlaşılmaz məzmun daşıdığını təsdiq edir. Qanunun işığında qeydiyyatın məcburiliyinə gəlincə, belə tələbi, qaydanı tətbiq etmək istəyi ola bilər, çünki yeni qanunu qəbul etməyin məqsədi də elə daha çox nəzarət imkanı qazanmaq idi, ancaq məcburi qeydiyyat tələbinin qanun qüvvəyə minənədək fəaliyyətə başlamış medialara aid edilməsi tamamilə qanunsuzdur. Çünki, qanunun geriyə qüvvəsi yoxdur. Konstitusiyaya görə, fərdlərin və təşkilatların hüquqi durumunu yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi ola bilər. Bu baxımdan qeydiyyat məcburi ola bilməz, olacaqsa, bu, qanunsuz, Konstitusiyaya zidd praktika olacaq.

Sual: Medianın İnkişafı Agentliyinin (MEDİA) media reyestri xidmətinin rəhbəri Cahangir Həsənli media haqqında qanunun 62.2 və 62.3-cü bəndlərini əsas gətirib. Amma bu vaxta qədər bu barədə söhbət açılmırdı. Eyni zamanda deyilir ki, bu qanun qüvvəyə minənədək fəaliyyət göstərən KİV-lər isə 78.3-cü bəndə əsasən reyestr işə başladığı gündən altı ay ərzində Agentliyə müraciət etməlidirlər. Qanunun rəsmi orqanlardakı dərcində bu maddələr yox idi. Bu vaxta qədər də müzakirəsi aparılmırdı. Birdən-birə haradan ortaya çıxdı bu məsələ?

Cavab: Bu məsələ birdən-birə ortaya çıxmayıb. Söhbət 62-ci və 73-cü maddələrdən, eləcə də keçid müddəalarından gedir. Təəssüflər olsun ki, bu qanun, “yanğından mal qaçırırmış” kimi qaçaraq, gərəkli ictimai müzakirələr süzgəcindən keçirilmədən qəbul edildi. Həmin vaxt bizim hüquqşunas Ələsgər Məmmədli ilə birgə qanun layihəsinə təkliflər hazırlamaq üçün bir neçə saat imkanımız oldu, yeri gəlmişkən, 40 səhifəyə yaxın həmin təkliflərimizdən yalnız bircə ifadə nəzərə alındı. Həmin təkliflərimizdə sözügedən maddələrə də toxunmuşduq. 73-cü maddənin tamamailə silinməsini və yenidən işlənməsini təklif etmişdik. 62-ci maddənin də eyni qaydada sui-istifadələrə yol açmaq potensialında olması səbəbindən dəyişdirilməsini təklif etmişdik. Ancaq dediyim kimi nəzərə alınmadı. Qanunun narahatlıq yaradan, ifadə və media azadlığına yönəlik təhdidləri özündə ehtiva edən maddələri kifayət qədərdir. İndilik tətbiq edilməsi gündəmdə olan cəmi 2-3 maddədir. Zamanı gəlincə, bütün maddələr tədricən işə düşəcək və bundan əvvəlcə tənqidi medialar, sonra bu layihəni alqışla qarşılayan bütün yerdə qalan medialar, jurnalistlər də öz “nəsibini alacaqlar”.

Sual: Sizcə, bu qeydiyyat məsələsi və qeydiyyatdan keçməyən media orqanlarına 6 aylıq tələb qoymaqla nə etmək istəyirlər? Məqsəd nədir?

Cavab: Media, jurnalistika azadlığını mümkün olduğu qədər cilovlamaq. 90-cı illərdə başlıca məqsəd insanların başlıca informasiya qaynağı olan teleradio mediasını cilovlamaq idi. Bu məqsəd əldə edildi. Ardınca, teleradionun etimadlılığı xeyli aşağı düşdü, çap mediası, xüsusilə, qəzetlər insanların başlıca informasiya qaynağına çevrildi. Həmin vaxt çap mediasının cilovlanması başlıca məqsədə çevrildi. Uzun sürdü, amma bu məqsəd də əldə edildi. Bunun ardınca tədricən internet mediası insanların başlıca bilgi qaynağına çevrilməyə başladı. Bununla paralel olaraq, həmin media əsas hədəfə çevrilib. İnternet mediasının özəllikləri elədir ki, onu teleradio, çap mediasında olduğu kimi rahatlıqla ram etmək mümkünsüzdür. Burda ən effektiv vasitə insanları qorxutmaq, çəkindirmək, özünü senzuraya zorlamaqdır. Hazırda baş verənlərin üz qatında müxtəlif medialar görünsə də, başlıca məqsəd internet mediasının təsirini mümkün olduğu qədər azaltmağa nail olmaqdır.

Sual: Belə çıxır ki, qeydiyyat üçün müraciət edən media orqanının qeydiyyata alıb-almamaq səlahiyyətini də Reyestr özündə saxlayır? Bununla da istədiyi medianı çıxdaş etmək imkanı qazanmırmı?

Cavab: Belə çıxır deməzdim. Məhz belədir ki, Avropa Şurasına üzv olmaq ərəfəsində Azərbaycanda ləğv edilən Mətbuat nazirliyinin bərpasına çalışılır. Əgər reyestr mexanizmi dediyiniz kimi tətbiq ediləcəksə, elə bir rejim, mexanizm yaradılması hədəflənmiş olacaq ki, qanuni jurnalistika fəaliyyəti ilə yalnız dövlətin icazə verdiyi şəxslər məşğul ola bilsin. Yerdə qalanlar daimi olaraq, qanuni basqı altında saxlanılsın və tədricən, mühitə mümkün olduğu qədər hakim olsunlar. Amma bu, doğru yol deyil, azad olmayan media, cilovlanmış ifadə azadlığı ilə yaxşı, firavan ölkə inşa etmək mümkün deyil. Həm də əvvəldə dediyimiz kimi internet mediası özəl xüsusiyyətlərə malikdir, onu ya Çin, İran, Koreyadakı kimi söndürməlisən, ya da azad buraxmalısan. 

Sual: Reyestrdən qeydiyyatdan keçməyən, qeydiyyatdan keçmək istəməyən, Reyestr tərəfindən çıxdaş edilən, məhkəməyə verilən, məhkəmə tərəfindən qapadılan media orqanlarının da Reyestri məhkəməyə vermək və qazanmaq perspektivi varmı?

Cavab: Bütün hallarda mübahisələndirmək olar. Əvvəldə qeyd etdiyimiz kimi, qanunun geriyə qüvvəsi məsələsi var. Konstitusiyanın tələbləri var. Qurulması hədəflənən mexanizm bu aspektdə qanuna uyğun deyil. Rahatlıqla mübahisələndirilə bilər və məhkəmələr ədalətli araşdırma apararlarsa, media, jurnalsitlər burda haqlı tərəf kimi təsdiqlənə bilər.

Sual: Beynəlxalq konvensiyalar bununla bağlı nə deyir?

Cavab: Bu elə məsələdir ki, ona qarşı həm BMT məhkəmə alətlərindən, həm də Avropa Məhkəməsi alətindən istifadə etmək olar. Ən effektiv vasitə Avropa Şurasına üzvlüyün Azərbaycana qazandırdığı imkanlardır. Avropa Konvensiyası ifadə azadlığı hüququna təminat verir, həmin hüquqdan necə yararlanmanın təfsirini isə Avropa Məhkəməsi öz qərarları vasitəsilə təqdim edir. Bu praktikaya görə, bir medianı reyestr şərtlərinə uyğunsuzluq kimi hansısa texniki səbəblər göstərməklə qapatmaq, onun fəaliyyətə başlamasına imkan verməmək, aşkar şəkildə ifadə azadlığı hüququnun pozuntusu, senzuradır, bunun başqa hüquqi qiyməti yoxdur. Məsələn, AİHM Əhməd Yıldırım Türkiyəyə qarşı işi üzrə qərarında ifadə azadlığına məhdudiyyətlərin məzmunla bağlı ola biləcəyini, məzmunu çatdıran vasitələrə məhdudiyyətin yolverilməzliyini elan edir. Yəni, hansısa məqaləyə, şərhə, xəbərə, şerə, romana, əsərə müəyyən şərtlərə əməl etməklə məhdudiyyətlər tətbiq edilə bilər, ancaq həmin məzmunları çatdıran vasitələrə - qəzetləri, saytları, kanalları qapatmaq ifadə azadlığı hüququ çərçivəsini aşmaq deməkdir.(Turan)

Kamran Mahmudov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mətbuat üzərində MEDİA QAMÇISI... - Bizi də bununla KÖTƏKLƏYƏCƏKLƏR...

    Mətbuat üzərində MEDİA QAMÇISI... - Bizi də ...

    20-10-2022, 14:17

  • 
  • Ermənistanın QHT rəhbəri: “Ölkədə media azadlığı görüntü xarakteri daşıyır”

    Ermənistanın QHT rəhbəri: “Ölkədə media azadlığı ...

    18-07-2018, 19:59

  • 
  • AŞPA-nin seçkilərin monitorinqi missiyası media nümayəndələri ilə görüşüb

    AŞPA-nin seçkilərin monitorinqi missiyası media ...

    23-01-2020, 22:21

  • 
  • Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata inzibati amirlik üsullarının gətirilməsi nəyə xidmət edir?

    Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata ...

    2-03-2021, 11:48

  • 
  • KİV nümayəndələrinin də fəaliyyətinə icazə veriləcək

    KİV nümayəndələrinin də fəaliyyətinə icazə ...

    19-06-2020, 20:51


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu