GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Allahşükür Paşazadə Ərdoğandan nəyi xahiş edib? - Şeyx həzrətləri 5-ci kalonun hədəfində

Allahşükür Paşazadə Ərdoğandan nəyi xahiş edib? - Şeyx həzrətləri 5-ci kalonun hədəfində

Tarix: 24-10-2022, 15:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 303

Süni şəkildə yaradılan məzhəb və inanc savaşlarına qarşı tolerantlıq prinsipləri ilə mübarizə aparan Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanın son 40 illik tarixində həm din, həm də ictimai xadim kimi həmişə ictimai proseslərin ön cərgələrində yer alıb. Heç kimə sirr deyil ki, bu şəxs həmişə Azərbaycanın haqq səsini ən ali trubunalardan səsləndirib. Əlində olan imkanlardan, nüfuzundan istifadə edərək milli maraqlarımızı bütün maraqlardan üstün tutub. 

Bütün tədbirlərdə (istər xaricdə, istərsə də Azərbaycanda) xaricdə yaşayan azərbaycanlılara həmişə bu şüarla müraciət edib: "Heç zaman Azərbaycanı və azərbaycançılığı unutmayın!"

Son zamanlar Şeyx həzrətlərinə qarşı yenidən çirkab kompaniyasına başlanılıb. Ulu Öndərimiz Heydər Əliyevlə bağlı tədbirlərin birində etdiyi çıxışı sosial şəbəkələrdə yayaraq Şeyx haqqında çirkli kompaniyaya başlanılıb. Yayılan videoda Allahşükür Paşazadə Heydər Əliyev haqqında yüksək fikirlər səsləndirir və onun Prezident kimi seçilməsindən xalqın məmnunluğunu ifadə edir. 

Düzdür, xaricdən maliyyələşən və Azərbaycanda dini sabitliyi pozmaq istəyən müəyyən şəxslər zaman-zaman Şeyx həzrətlərinə qarşı sifarişli yazılar və çıxışlar ediblər. Onlar həmişə çalışıblar ki, ölkədə məzhəb savaşı, dini ayrı- seçkilik salsınlar. Amma buna nail ola bilməyiblər...

Sevindirici haldır ki, Azərbaycan dünyada müxtəlif sivilizasiyaların kəsişdiyi, dinlər arasında qarşılıqlı etimad mühitinin  mövcud olduğu məkan kimi tanınır. Olkə rəhbəri Prezident İlham Əliyevin siyasətində də Dini tolerantlığın qorunması özünə mühüm yer tutur və bu sahədə görülən işlər dini sabitliyin möhkəmlənməsində vacib əhəmiyyət daşıyır.

Bir neçə gün öncə Şuşada baş tutan Türk Dövlətləri Təşkilatının dini liderlərinin görüşü, orda səslənən bəyənatlar və içilən ANDlar deyəsən çoxlarını, xüsusən də Azərbaycandakı 5-ci kalonu narahat etməyə başlayıb. O da başadüşüləndir ki, Şeyxin üzərinə bu hücumlar gözlənilən idi. Çünki Şeyx həzrətləri Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanla görüşlərinin birində ondan xahiş etmişdi ki, Şuşada belə bir tədbir keçirilsin. Əlbətdə, bu görüş, xüsusən də Türk Dövlətləri Təşkilatının dini liderlərinin Şuşadan səsləndirdikləri bəyanat türkdilli xalqları sevindirsə də, düşmənlərini kədərləndirdi və bu gün o düşmənlər efirlərdən və sosial şəbəkələrdən Şeyxi hədəf götürüblər. 

Şeyx həzrətlərini kimlərin hədəf seçməsi ilə bağlı adları sizə təqdim etməmişdən öncə Türk Dövlətləri Təşkilatının dini liderlərinin Şuşada möhtəşəm görüşündə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin çıxışından bir parçanı təqdim etmək istəyirik:

"Xalqımız illərdir bir-birindən uzaq qalıb. Sovet dövlətinin siyasəti nəticəsində türk dövlətləri öz dillərində danışa bilmirdilər. Hətta mənə Türkiyəyə getməyə icazə vermirdilər...
Bu gün imzalanan bəyanata and içirik ki, heç kim bu birliyi, bu qardaşlığı poza bilməz, bizi bir-birimizdən ayıra bilməz. Biz burada 6 nəfərik, amma bizim arxamızda 200 milyondan çox türk var. Buna görə də türk dövlətlərinin başçılarına da minnətdarlıq bildirirəm ki, mənim təklifimi qəbul etdilər və biz bu görüşü bu gün müqəddəs Şuşada keçiririk. Bir daha çağırış edirəm: Gəlin birlikdə olaq! Bizi birləşdirən Allah, Quran, türkçülük var. Bu gün xristian dünyasında birliklər gedir. Müsəlmanlara qardaş desələr də, daxildə xristianlığı yaymağa çalışırlar”

Əziz oxucular! Şeyxülislam Şuşada imzalanan bəyanata and içir! Baxın, sizcə bundan böyük düşmənə göz dağı ola bilərmi? Düşmənlərimizə bundan tutarlı dini şapalaq varmı? Bundan gözəl dini sevgi ilə türk xalqlarına məhəbbəti başqa cür izah etmək mümkünmü?

Şuşada çıxışı zamanı mənəvi birliyimizi qeyd edərkən türk dünyasının bütün şəhidlərini yad edən, dövlətlərimizin varlığı, çiçəklənməsi naminə qurban getmiş qəhrəmanlara Uca Allahdan rəhmət diləmək sədaqət borcumuzdur deyən Şeyx həzrətlərinin türk dövlət başçılarına verdiyi xeyir-dua görəsən bəzi adamları niyə bu qədər narahat edir?

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə türk coğrafiyasının tanınmış elm və din xadimlərinin bir araya gələrək Türk-İslam dünyasının istiqbalına, sivilizasiyamızın perspektivlərinə və dünyada sülh, təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparması qardaş xalqlarımız və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən, İslam sivilizasiyasına önəmli töhfə olan və Allaha xoş gedən dəyərli fəaliyyət olduğunu deyən  Şeyxülislam onu da bilməmiş olmaz ki, bu möhtəşəm tədbirin elə səhərisi günü  bəzi internet televiziyalarından  "balıqqulağı” siyasətçiləri  çıxarıb onu hədəf götürəcəklər. Çünki heç kimin ağlına gəlməyən bir tədbirin Şuşada keçirilməsini məhz Rəcəb Tayyib Ərdoğandan şəxsən Allahşükür Paşazadə xahiş etmişdi...(Bu barədə daha ətraflı növbəti yazılarımızda) 

Xüsusən də, oktyabrın 20-də Şuşada Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının təsisinə həsr olunmuş mühüm və yaddaqalan qardaşlıq görüşü,  imzalanan  bəyannamənin  Türk dünyasının Mədəniyyət paytaxtı elan olunmuş Şuşada qəbul edilməsi, əsasnaməni imzalamağın rəmzi və tarixi əhəmiyyətinin  misilsiz olduğuna düşməncəsinə yanaşanlardır bu gün Şeyx həzrətlərini hədəf seçənlər! 

Cənab Prezidentimiz İlham Əliyevin və qardaş Türkiyə dövlətinin rəhbəri Ərdoğanın icazəsi,  Şeyxin məsləhəti və xeyir-duası ilə birgə yaranan, türk dünüyasının məqsədlərinə doğru böyük inam və güclü imanla addımlayacaq Türk Dövlətləri Təşkilatı müsəlman dini liderlərinin birgə əməkdaşlığı, mütəmadi məşvərət və məsləhətləşmələri deyəsən 5-ci kalonun əməllicə yuxusunu pozub.

Bu yaxınlarda belə bir tədbirin keçirilməsini təbliğ etmək əvəzinə Hafiz Hacıyev kimi "balıqqulağı” siyasətçilərin Şeyx həzrətlərinin ünvanına səsləndirdiyi "Niyə İranın Azərbaycana qarşı bəyanatlarına reaksiya vermir" sualına iki cavab vermək yerinə düşər.

Birincisi, ay siyasəttdən bixəbər! Şeyxülislamın Ərdəbilin mollasından tutmuş, bütün Azərbaycanın düşmənlərinə, İrandan Fransaya, Fransadan Amerikaya qədər,  hətta sənin tez tez-sevərək nümunə çəkdiyin erməni xalqını revanşizm ideyalarına meylləndirənlər arasında xüsusi fəaliyyəti olan erməni kilsəsinə qədər kəskin cavablarını verdi.
 
İkincisi, bəzi televiziyalardan "hazırlanmış suallara” "qonaq" çağırılan balıqqulağı siyasətçilərə məsləhətimiz odur ki,  Azərbaycana qarşı xor baxan bütün dövlətlərə qarşı Şeyxülislam Allahşükür Paşazadənin etdiklərini  görmürsünüzsə, onda siz korsunuz.  

Bu gün türk dünyasının birləşdiyi bir vaxtda, iki yüz milyonluq türkdilli xalqlarımızın  dini liderlərininin  Bakıdakı 3 günlük birgə tədbirindən narahat olanlar, diqqətlə oxuyun!  

Gundemxeber.az miq.az-a istinadla bildirir ki, Allahşükür Paşazadənin  ən böyük xidmətlərindən biri də Azərbaycanda formalaşdırdığı Şeyxülislam institudur. Bu institutda yalnız bir milli maraq var – Ulu Öndər Heydər Əliyev siyasəti, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya siyasətində xüsusi nüfuz sahibi olan  Azərbaycan dövlətinin milli maraqlarının göz bəbəyi kimi qorunması!  Dövlətin maraqları heç zaman xaricdən gələn missionerlərə qurban verilməyib orda!  

Əziz oxucular! Bu gün Azərbaycana qarşı istər İrandan, istər Fransa və Amerikadan gələn erməni təhlükəsinə qarşı hamı bir olmalıdır. Qarabağda əldə etdiyimiz uğurları həzm etməyən ermənipərəst qüvvələr nüfuzlu insanlara qarşı içəridən anti-təbliğat düyməsini basıblar. Bu gün hər kəs dövlətinin və onun rəhbəri cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməlidir. Həm xarici düşmənlərimizə, həm də daxildə "maskalanmış” düşmənlərə qarşı hamı birləşməlidir.

GUNDEMXEBER.AZ 


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şeyx ABŞ-a gedir

    Şeyx ABŞ-a gedir ...

    28-04-2014, 10:20

  • 
  • Azərbaycan Prezidenti Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib

    Azərbaycan Prezidenti Şeyxülislam Allahşükür ...

    26-08-2019, 11:29

  • 
  • Şeyxülislam Allahşükür Paşazadə Moskvada səfərdədir

    Şeyxülislam Allahşükür Paşazadə Moskvada ...

    24-09-2019, 10:16

  • 
  • Şeyx Düşənbəyə səfərə gedir

    Şeyx Düşənbəyə səfərə gedir ...

    20-07-2015, 09:49

  • 
  • İctimai rəy Paşazadənin biznesini dayandırdı-ŞOK ARAŞDIRMA

    İctimai rəy Paşazadənin biznesini dayandırdı-ŞOK ...

    10-04-2019, 14:03


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu