Şeyxülislam Allahşükür Paşazadə “ABŞ-Azərbaycan Konvensiyası: Gələcəyə baxış” mövzusunda keçiriləcək tədbirdə iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 29 - 30 aprel tarixlərində “ABŞ-Azərbaycan Konvensiyası: Gələcəyə baxış” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Vaşinqtona səfər edəcək. Qafqaz Müsəlmanları İdarəsinin saytına istinadən verilən məlumata görə, Azərbaycandakı dini konfessiya rəhbərlərinin – pravoslav icmanın rəhbəri Arxiyepiskop Aleksandr İşeyin, dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və katolik icmanın ordinatoru Vladimir Feketenin daxil olduğu nümayəndə heyəti tədbirin “Dialoqun möhkəmləndirilməsi - tolerantlığın təşviq olunması” mövzusunda IV sessiyasında iştirak edəcək. Sessiyanın panel iclasında QMİ sədri A. Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?