GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Sabunçu Tibb Mərkəzi" çirkab suları belə təmizləyir:dövlətin puluna xəsislik etmədən...

"Sabunçu Tibb Mərkəzi" çirkab suları belə təmizləyir:dövlətin puluna xəsislik etmədən...

Tarix: 24-10-2022, 18:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 464


"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsi Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu ilə il ərzində çirkab suların daşınması ilə bağlı 35196 manatlıq müqavilə bağlayıb...   


Az qala hər gün dövlət satınalmaları ilə bağlı mediada araşdırılması zəruri olan faktlarla zəngin yazılar tirajlanır... Müxtəlif qanuniliyi şübhə doğuran dövlət satınalmaları müsabiqələrində dövlətin puluna “dədə malı kimi yanaşmalar” müşahidə olunur. Təəssüf ki, medianın, aidiyyatı dövlət strukturlarının bu istiqamətdəki çabalarına baxmayaraq problem hələ də, aktuallığını qorumaqdadır...  

Məlum olduğu kimi, cənab prezident də, vaxtaşırı büdcə vəsaitinə qənaət edilməsinin vacibliyini bildirir. Bu istiqamətdə irad və tövsiyələrini də səsləndirir...   

Gundemxeber.Az yenixeber.org-a istinadla bildirir ki, bir müddət əvvəl Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mediaya açıqlamasında rəhbərlik etdiyi qurumun apardığı nəzarət tədbirlərində dövlət satınalmalarında üç əsas məsələyə diqqət etdiyini bildirmişdi: “Bunlar dövlətin zəruri ehtiyacının doğru və düzgün müəyyən edilməsi, bu ehtiyacın ödənilməsi üçün optimal qiymət və münasib şərtlərlə qalibin seçilməsi, qalib təşkilatla bağlanmış müqavilənin satınalma prosesində razılaşdırılmış şərt və öhdəliklərinin icra edilməsi məsələsidir. Bizim fikrimizcə, dövlət satınalmasının keçirilməsində məqsəd bundan ibarət olmalıdır və nəzarət də bunun üzərində qurulmalıdır. Hesab edirik ki, bu məsələlərdə yol verilmiş pozuntular satınalmaların etibarsız olması ilə bağlı dəlillərdir. Həmçinin, dövlət satınalmaları ilə bağlı qeyd etdiyim 3 əsas məsələdə fəaliyyətin gücləndirilməsinə hələ də ehtiyac duyulduğunu vurğulamaq istərdim. Bu sahədə müşahidə edilən mühüm müsbət meylləri, o cümlədən büdcə vəsaitinin dövlət satınalmalarına cəlb olunmasının əhatəsinin və rəqabətli satınalma metodlarına üstünlük verilməsi hallarının artdığını, satınalmalarda ehtimal olunan qiymətlə orta bazar qiymətləri arasındakı fərqin azaldığını, ölkədə e-satınalma modelinin tətbiq edilməsi ilə keçiriləcək satınalmalar barədə məlumatlara əlçatanlığın təmin edildiyini, dövlət satınalmalarında qalib təşkilatların vergi öhdəliklərinə nəzarətin artırıldığını da qeyd etməliyəm”.

Palata sədrinin sözlərinə görə, dövlət satınalmalarında korrupsiya ehtimalını yaradan iki əsas nöqsan halı var ki, bunlar da qiymətin bilərəkdən baha olması və satınalmalarda maraq ziddiyyətidir: “Audit və ya təftiş aparmaqla, sadaladığım bu ciddi pozuntunu sübut etmək çox çətindir və demək olar ki, mümkün deyil. Bu cür halları hüquq-mühafizə orqanları çox uğurla müəyyən edir və nəticələr də göz qabağındadır”.

           Bir xəstəxananın kanalizasiya sularına bir gündə 100 manata yaxın xərclənir(?)

Yenixeber.org-a dövlət satınalmaları ilə bağlı maraqlı, gülməli, həm də araşdırılması vacib olan məlumatlar daxil olub. Məlumata görə "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin tabeçiliyində olan Maştağa qəsəbəsindəki 7 №-li Birləşmiş Şəhər Xəstəxanasının çirkab sularının daşınması üçün il ərzində 35196 manat xərcələnəcək. Ki, bu da bir gün üçün 96 manatdan artıq edir...(?)    

"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin 14.10.2022-ci il tarixdə start götürən tender müsabiqəsinə üç gün sonra-17.10.2022-ci il tarixdə yekun vurulub... Müsabiqənin qalibi Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu olub. Bu müqavilə ilə Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin tabeliyində olan Maştağa qəsəbəsindəki 7 №-li Birləşmiş Şəhər Xəstəxanasının çirkab sularının il ərzində daşınması qarışılığında 35196 manat alacaq.

 Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq kotirovka sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlər barədə məlumat verilmədən...(?) "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu ilə  35196 manatlıq müqavilə bağlayıb!

"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs həm də əməkdaşlığın təfərrüatını açıqlamır(?) Maraqlıdır ki, dövlət satınalma portalında da, müqavilənin predmeti, gerçəkləşdiriləcək əməkdaşlıqla bağlı heç bir məlumat yoxdur(?)  Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsində, vəzifə borclarından biridir...

 Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır. Həm də, nə az, nə çox söhbət dövlətin 35196 manatına - gündəlik 100 manata yaxın xərcləməklə - bir xəstəxananın çirkab sularının il ərzində daşınmasından gedir...

           ***

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur: "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs nədən bu qanunu “unudub” və müvafiq kotirovka sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Hansı işlərin görüləcəyi haqqında da, heç bir məlumat açıqlamadan(?) Niyə nəzərdə tutulan əməkdaşlığın detalları açıqlanmır? Burada hansı bir istisna mümkündür ki? Və s.

Amma suallar bununla bitmir...Biz bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə hər iki tərəflə əlaqə yaratmağa çalışdıq.

"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin maliyyə məsələləri üzrə səlahiyyətlisi Zəminə xanımla telefonla danışa bilsək də, suallarımıza cavab ala bilmədik: Əvvəlcə məsələni araşdırıb, aydınlıq gətirəcəyini desə də, sonradan rəhbərliyə məlumat verdiyini və rəhbərliklə ( Yəni direktor Fikrət Zeynalovla. Red.) əlaqə saxlamalı olduğumuzu bildirdi. Hörmətli Fikrət Zeynalovla əlaqə saxlamaq istiqamətindəki cəhdlərimiz isə nəticəsiz oldu...

Digər tərəf - Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu ilə isə heç cürə yaratmaq mümkün olmadı. Heç də az olmayan dövlət vəsaitinə iddialı bir sahibkarla bağlı internet üzərindən hansısa bir məlumata rast olmadıq...

Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunun tender müəmması-FOTOFAKT

    Elmi-Tədqiqat Pediatriya İnstitutunun tender ...

    3-10-2022, 15:29

  • 
  • Mingəçevir Tibb Kolleci büdcə vəsaitini belə xərcləyir-“Melorasiya-F” MMC ilə müəmma dolu əməkdaşlıq/DE-FAKTO

    Mingəçevir Tibb Kolleci büdcə vəsaitini belə ...

    27-08-2021, 17:01

  • 
  • Hesablama Palatasının yeni sədrinə etirazlar başladı

    Hesablama Palatasının yeni sədrinə etirazlar ...

    25-11-2013, 14:39

  • 
  • Respublika Gözdən Əlillər Kitabxanası “Dövlət satınalmaları haqqında” qanunu niyə unudub?-NONSES

    Respublika Gözdən Əlillər Kitabxanası “Dövlət ...

    27-11-2020, 16:12

  • 
  • Mingəçevir Dövlət Universiteti belə təmir edilir-NONSES

    Mingəçevir Dövlət Universiteti belə təmir ...

    22-02-2021, 16:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu