GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “covid bazarlığı”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “covid bazarlığı”

Tarix: 27-10-2022, 15:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 490


Xaricdə müalicəyə göndərdiyi əlillərdən 40 manat “uçuş testi” haqqı alınır


Səhiyyə Nazirliyinin səlahiyyətlərinin böyük hissəsinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, onun yaratdığı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə  (TƏBİB) verilməsi ilə əhalinin sağlamlığının qorunmasının effektivliyinin artırılması amacı güdülür(dü). Nə yazıq, tam əksi baş verib. Xəstələr Agentliyin, TƏBİB -in “xidmətlər zərfinə daxil edilməyən” qanunsuz ödənişlərindən sığorta olunmayıblar.

Elə xidmət(sizliy)ə görə ödəniş ödənilməsi tələb edilir ki, Səhiyyə Nazirliyi heç vaxt bunu etmir(di). Hətta özbaşına özəl etdikləri dövlət tibb müəssisələrinə göndəriş verilməsi də ödənişlidir. Agentlikdən bildirildiyinə görə, bu ödəniş onların cibindən getdiyindən (?) , xəstələrin keyfiyyətli müaliciə alması üçün göndəriş verilməsindən  imtina edilir. 

Əlilliyi olan şəxslərin icbari tibbi sığortasına, tibbi xidmətlə təminatına gəldikdə isə, hər şey yaxşılığa doğru getmir. Əvvəllər nəinki müharibə ilə bağlı əlilliyi olan şəxslərin, eləcə də digər əlillərin  bütün dövlət tibb müəssisələrində tibbi xidmətlərdən yararlanmaları hüquqları qanunla legitimləşdirilmişdisə , hazırda bu legitimlik İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərişindən asılıdır. Onu da,  vurğuladığımız kimi, vermirlər ki, Agentlik xərcə düşür. 


Anlamaq olmur, bəs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nədən ötrüdür , niyə yaradılıb? Bəs vətəndaşların Respublikadan kənarda müalicəyə göndərilməsi kimin, hansı dövlət qurumunun büdcəsi hesabına həyata keçirilir? Axı hamı deputat, məmur deyil ki, adi sidik analizi verməyə də xaricə getsin! ? 

Ədalət adına deyək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Respublikadan kənarda müalicəyə göndərilməsinə rəy verilməsində əlindən gələni edir. Müalicə xərclərinin ödənilməsi isə ya xəstənin özünün üzərinə düşür , ya da sosial müdafiə qurumlarının. Ən yaxşı halda, yaxın xaricdəki dost – tanışlarına ümid bağlayan xəstələrə qayıtdıqdan sonra  yol xərcinin ödənməsinə söz verilir. 1-ci dərəcəli əlillərə gəldikdə isə, onları müşayiət edən şəxslərin yol xərcinin ödənməsi də həyata keçirilir. 

Vurğuladığımız kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəy verməklə yaxasını kənara çəkir. Hətta covid testinə görə ödənişdə də güzəşt edilmir! (?) Təsəvvür edin, Agentlik özünün xaricə göndərdiyi əlillərdən zorla 40 manat məbləğində “test haqqı” alır! “Zorla”nı ona görə vurğulayırıq ki, AZAL bu “uçuş testi” olmasa, uçmağa qadağa qoyduğundan , əlil ödəniş etməyə zorlanır. 

Ötən gün ən ucuz - 40 manatlıq “uçuş testi” həyata keçirən üç tibb müəssisəsindən Nizami rayonundakı 18 saylı xəstəxanada xaricdə müalicəyə gedən Qarabağ qazisinə güzəştdən imtina olunub ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rüsum məsələsində hamıya “bir gözlə baxır” . 

Uçuşa buraxılmayacağından çəkinən əlil onu xaricə göndərən tibb müəssisəsinə ödəniş etmək zorunda qalıb. Maraqlıdır, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müalicəyə gedənlər bir yana, müalicəyə göndərdiyi şəxslərdən adi bir testə görə ödəniş almaya bilməz? Özü də,  heç demə, uçuşa test qadağası ləğv olunubmuş. 

Məğrur Bədəlsoy 

P. S. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qanunsuzluğunu “uçuş testinə” görə ödənişin xidmətlər zərfinə daxil olunmaması ilə izah edir. Lap tutaq ki, belədir, bəyəm bu yekəlikdə Agentliyin xaricdə müalicəyə gedən Qarabağ qazisinə 40 manatlıq güzəşt etmək hüququ da zərfə salınmayıb. Dılğır bir test niyə belə baha xərc tələb etsin ki?!Eyni zamanda, Qarabağ qazilərinin hərbi tibb müəssisələrində tibbi xidmətlərdən yararlanmalarına da “zərf qadağası” qoyulub.

Dövlətin bütün tibb müəssisələrini dövlət məmurları hansı qanunla,  hansı bazarda, hərracda satın alıblar ki, bizim xəbərimiz yoxdur? Qarabağ qazisinə müalicə , sağlamlığın qorunması lazımdır, müalicəyə bürokratik qadağa qoyulması yox!


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan yararlana bilər?

    Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan ...

    28-01-2022, 12:40

  • 
  • Kimlər hansı tibbi xidmət və dərmanlardan pulsuz yararlanacaq?

    Kimlər hansı tibbi xidmət və dərmanlardan pulsuz ...

    9-12-2016, 13:00

  • 
  • İcbari tibbi sığorta ilə bağlı işçi qurupu yaradıldı

    İcbari tibbi sığorta ilə bağlı işçi qurupu ...

    26-02-2014, 12:29

  • 
  • Azərbaycanda yeni qurum yaradıldı - Prezident fərman imzaladı

    Azərbaycanda yeni qurum yaradıldı - Prezident ...

    16-01-2018, 15:50

  • 
  • Yanvarın 1-dən İcbari Tibbi Sığorta haqqı tutulacaq

    Yanvarın 1-dən İcbari Tibbi Sığorta haqqı ...

    3-12-2019, 11:20


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu