Azərbaycanda icbari tibbi sığortanın maliyyələşdirilməsi modelinə yenidən baxılacaq. Bu barədə jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Elman Mehdiyev deyib.
E. Mehdiyev bildirib ki, artıq bununla bağlı işçi qrup yaradılıb: “Bu qərar artıq Nazirlər Kabinetinin səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari sığortanın tətbiqinə həsr olunmuş geniş iclasında qəbul olunub. İclasda səhiyyə sahəsində islahatların inkişafını nəzərdə tutan icbari tibbi sığortanın tətbiqi sahəsində işlərin sürətləndirilməsinin vacibliyi qeyd olunub.
Elman Mehdiyev deyib ki, DSMF-dən işçi qurupda təmsil olunacaq nümayəndə seçilib: “Həmin işçi qurupunun üzərinə düşən ilk vəzifə tibbi sığorta faəliyyətinin təşkili ilə bağlı maliyyə modelinin bir daha nəzərdən keçirilməsi və müxtəlif alternativlərin hazırlanmasıdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?