GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fazil Məmmədov nə qədər sərvət qoyub getdi?.. - AKTUAL

Fazil Məmmədov nə qədər sərvət qoyub getdi?.. - AKTUAL

Tarix: 5-11-2022, 09:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 334

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın sabiq naziri Fazil Məmmədov vəfat edib.

Gundemxeber.Az Axar.az-a istinadla xəbər verir ki, Fazil Məmmədoiv çox gənc yaşlarından müxtəlif vəzifələr tutub. O, hələ 29 yaşında ikən Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyinat almışdı. 35 yaşında Dövlət Vergi Müfəttişliyinin, 36 yaşından yeni yaradılan Vergilər Nazirliyinə rəhbər təyin edilmişdi.
Fazil Məmmədov tam 17 il nazir vəzifəsi daşımışdı.
Fazil Məmmədovun nazir fəaliyyəti dövründə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaiti büdcədən yayındıraraq ofşorlara yönləndirdiyi barədə xəbərlər yayılmışdı. Həmin xəbərlər bu günə qədər təkzib edilməyib.
Bundan başqa, Məmmədova aid olduğu bildirilən “Sinerji Qrup MMC” şirkətlər qrupuna rəsmi olaraq 30 şirkət daxil idi. Şəmkirdə yerləşən “Exselsior Otel Şəmkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlər Sinerji Qrup MMC”nin tərkibində idi. Şəmkir-Quşçuluq MMC, 200-ə yaxın istixana, “Zəyəmkəndmaş” zavodu, Şəmkir Ət-süd MMC, “Yalta Meşə Ailəvi İstirahət Mərkəzi”, “Şəmkir səbəti” hipermarketi və bir çox şirkət və obyeklər də keçmiş nazirə məxsus idi.

İddialara görə, Şəmkir rayonunda salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinmişdi. Faktiki isə parkda görülən işlərin dəyəri 8 milyon manatdan da az olmuşdu. Bu xəbərlər də indiyədək təkzib edilməyib.
Vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Bu rayonlar Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonlarıdır. Gədəbəydə “Eldorado” oteli, “Narzan” istirahət zonasındakı istirahət mərkəzlərinin və rayondakı bir çox obyeklərin də F.Məmmədova aid olduğu deyilirdi.
Fazil Məmmədovun Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf etdiyi də iddia edilir ki, onlardan da biri Ukraynadır.
Onun Kiyevdə 5 ulduzlu “11 Mirros Dizayn” oteli, siqaret, təkər zavodu və “Vladimirski” adlı böyük bazarı var. Kiyevdəki “Vladimirski” bazarı sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Bu bazar Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdədir.
Sabiq nazir Ukraynanın kurort şəhəri Truskovetsdə “Mir” adlı olduqca lüks otelə sahib idi.
Hazırda Ukraynada müharibə gedir və mərhum nazirin bu ölkədəki biznesinin taleyi bəlli deyil.
Rusiyada isə “Treydhaus Kaspian Kost Vayneri end Vaynyards” MMC adlı şirkəti fəaliyyət göstərirdi.
Məmmədovun nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi barədə də mətbuatda yazılar dərc olundu.
Bildirilirdi ki, nazir postunda ikən F.Məmmədov Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri başqa şəxslərin adına keçirməklə əlindən çıxarılmasını önləməyə çalışıb.
2021-ci ildə isə Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin 100 milyon manata Londonda bir neçə mülk aldığı barədəı məlumat yayıldı. Həmin xəbərə sənədlər də əlavə edilmişdi.
Əbdül Əliyev Nottinhem şəhərinin mərkəzində də dəyəri 1.5 milyon funt sterlinq olan binanı (Long Rov küçəsi 50, 51 və 52) satın almışdı. Britaniya paytaxtının Ladbroke Grove 131 və Ladbroke Crescent 25A ünvanlarında 1 milyon funt-sterlinq dəyərləndirilən iki binanı aldığı deyilirdi.
Fazil Məmmədovun səhhətində hələ vəzifədə ikən problemlər yarandığı haqda da bilgilər var. Bəzi məlumatlara görə, mədəaltı vəzinin xərçəngindən əziyyət çəkən nazir həftələrlə işə gəlmirdi.
Onun xaricdə müalicə alması xəbərləri isə vəzifədən azad edildikdən sonra üzə çıxdı. Belə ki, nazirin ölkə daxilində özünə aid olduğu bildirlən xəstəxanalarda və Türkiyədə müalicə aldığı haqda görüntülər də yayıldı.
F.Məmmədovun vəzifədən çıxması ilə qeyri-leqal biznesində problemlər də yaranmışdı. Hətta oğluna məxsus şirkətin dövlətə olan vergi borcunu ödəyə bilmədiyi də bəlli olmuşdu.
Yeri gəlmişkən qeyd edək ki, F.Məmmədovun kürəkəni Xaləddin İsgəndərov uzun illər Binəqədi rayonuna rəhbərlik edib. X.İsgəndərov özü və ailəsinin çoxsaylı mühafizə ilə gəzdiyi, var-dövləti ilə fəxr etdiyi və özbaşınalığı dillər əzbəri idi. Hətta Binəqədi rayonu ərazisində böyük faciəyə səbəb olan bina yanğını zamanı onun “Vertu” ilə performansları, faciədən qətiyyən təsirlənməməsi də ictimaiyyətdə tənqidlərə səbəb olmuşdu.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mülklərini satışa çıxaran eks-nazirin ŞOK SƏRVƏTİ - İLGİNC SİYAHI

    Mülklərini satışa çıxaran eks-nazirin ŞOK SƏRVƏTİ ...

    11-02-2021, 12:27

  • 
  • Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə "American Hastanesi"nə yerləşdirilib

    Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə ...

    28-06-2018, 19:55

  • 
  • Fazil Məmmədov da futbol bossu olacaq

    Fazil Məmmədov da futbol bossu olacaq ...

    2-12-2013, 17:04

  • 
  • Fazil Məmmədov infarkt keçirdi: ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

    Fazil Məmmədov infarkt keçirdi: ağır vəziyyətdə ...

    5-04-2018, 20:30

  • 
  • Fazil Məmmədov mülklərini satışa çıxartdı

    Fazil Məmmədov mülklərini satışa çıxartdı ...

    10-02-2021, 16:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu