Vergilər naziri Fazil Məmmədov futbol sektoruna daxil olmağa qərar verib. Cənab Məmmədov 2014-cü ilin yanvarından etibarən “Şəmkir” klubunu himayəsinə götürəcək. Artıq məsələ ilə bağlı bir sıra detallar da müzakirə olunub.
Nazirin qarşısına qoyduğu əsas hədəf “Şəmkir”in əvvəllki nüfuzunu qısa zamanda özünə qaytarmaqdı. Bu məqsədlə kluba böyük sərmayə də yatırılacaq. Qeyd edək ki, Fazil Məmmədov əslən şəmkirlidir.
Sorğu
Yeni dizaynımız necədir?