Gundemxeber.az » GündəmXəbər » Ali Məhkəmənin media ilə formal əlaqələri - PROBLEM
Azərbaycan mediasının ən ciddi problemlərindən biri müvafiq icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarından hansısa sorğularına cavab almaqla bağlıdır.
Baxmayaraq ki, Azərbaycanda “İnformasiya əldə etmək haqqında” müvafiq qanun var, amma bu qanun reallıqda işləmir.
Bu mövzuya toxunmağımızın səbəbi isə Ali Məhkəmədən dövlət və vətəndaş üçün mühüm olan bir məsələ haqqında mövzuya aydınlıq gətirmək idi.
Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi dünən ölkəmizdə mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulması və məhkəmələrin bu şikayətləri düzgün araşdırmamasına görə Azərbaycan hökuməti əleyhinə qərar qəbul edib.
Qeyd edək ki, 100-ə yaxın vətəndaş ərizəsi ilə bağlı qərarda söhbət Bakının Füzuli küçəsindəki kütləvi söküntüdən bəhs edilir.
Gundemxeber.az bildirir ki, gununsesi.info -nun Avropa Məhkəməsinin bu qərarı ilə bağlı şərh almaq üçün Ali Məhkəməyə etdiyi cəhdlər uğursuz olub.
Ali Məhkəmənin saytındakı mətbat katibi kimi qeyd olunan Məmmədli Allahverdi Məhərrəm oğlununun telefonu davamlı zənglərimiz baxmayaraq cavabsız qaldı.
Ali Məhkəmənin rəsmi saytında guya KİV-lə əməkdaşlıq üçün ayrıca bölümün olması və orada hər bir kollegiya üzrə məsul hakimin də sözçü kimi qeyd olunması isə formal xarakter daşıyır.
Buna əyani sübut isə Ali Məhkəmə saytında mətbuatla əlaqələr üzrə məsul şəxs kimi göstərilən hakim Fərhad Kərimovun bir neçə ay əvvəl təqaüdə göndərilməsidir.
Gundemxeber.az
18-11-2013, 18:18
22-08-2013, 11:35
13-09-2013, 11:24
30-05-2013, 14:57
4-03-2014, 10:34
Sorğu
Yeni dizaynımız necədir?