Oktyabrın 17-də Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsi sabiq səhiyyə naziri Əli İnsanovun Ali Məhkəmənin sədri Ramiz Rzayevə qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməməsi ilə bağlı qaldırdığı iddiaya baxacaq.
Bu barədə vəkil Toğrul Babayev Turana bildirib.
Vəkilin sözlərinə görə, İnzibati-İqtisad Məhəməsi həmçinin sentyabrın 31-də sabiq nazrin Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova qarşı eyni iddiasına baxacaq.
Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü il martın 14-də Əli İnsanovla bağlı qərarını açıqlayıb. Məhkəmə İnsanovun işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti keçmiş nazirə 10 min avro kompensasiya da ödəməlidir. Avropa Məhkəməsinin qərarı iyunun 14-də qüvvəyə minib.
Azərbaycanın daxili qanunvericiliyinə görə, Avropa Məhkəməsinin qərarı Ali Məhkəməyə daxil olduqdan 3 aydan gec olmayaraq Ali Məhkəmənin sədri tərəfindən hakimlərdən birinə təqdim edilməli və plenuma çıxarılmalıdır.
Lakin vəkillər iyulun 10-da Avropa Məhkəməsinin qərarını Ali Məhkəməyə təqdim etməsinə baxmayaraq işin Ali Məhkəmənin plenumuna çıxarılması ilə bağlı Əli İnsanova indiyədək hər hansı rəsmi məlumat verilməyib.
Sentyabrın 14-də Əli İnsanov barədə Avropa Məhkəməsinin çıxardığı qərarın icrası üçün verilən müddət başa çatır.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. O, öncə dövlət çevrilişinə cəhdə hazırlıqda ittiham edilib, sonra ittiham dəyişdirilərək iqtisadi cinayətlərlə əvəz olunub. 2007-ci ilin aprelində əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?