Məlum olduğu kimi 2017-ci ilin may və iyun aylarında baş vermiş kütləvi işgəncə halları barədə cəmiyyət yalnız 2019-cu ildə işin təfərrüatları tədricən üzə çıxandan sonra xəbər tutmağa başlayıb.
"Tərtər işi"ni ilk araşdıran hüquq müdafiəçisi Oqtay Gülalıyevin bildirdiyinə görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, 25 nəfərə uzunmüddətli həbs cəzası verilib və ən azı 9 nəfər işgəncə nəticəsində ölüb. Hərbiçilərə qarşı işgəncə əməllərinə əl atan qatillərə rəhbərlik edənlərdən biri olan Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevin milyonlarla manata başa gələn dəbdəbəli bazarı jurnalist Cavanşir Həsənlinin təqdimatında ifşa olundu. Xalqımızın qanı bahasına başa gələn bazarla bağlı Cavanşir Həsənli açıqlamasında yazır: "Buyurun, bu da Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevin Ukraynanın Poltava şəhərindəki 6 mərtəbəli ticarət mərkəzi - Metropolitan Mall-ı.
Xanlar Vəliyevin oğlu 2018-ci ildən Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsuludur."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?