Son illər yerli icra hakimiyyətlərində aparılan araşdırmalar bir daha sübüt edir ki, tələb edilən rüşvət bir başa icra hakimiyyətinin başçısı tərəfindən “qüvvəyə minir”. GündemXeber.az saytına daxil olan müraciətlərdən biri də məhz bu cür məmur özbaşınalıqlarından və rüşvət tələb hallarından xəbər verir. Belə ki, Nəsimi rayonunda fəaliyyət göstərən kafelərdən biri (adı şərtdir) həyatyanı sahəsində köhnə “palatka”dan yığılmış kabineti sökmək və onu müasir üsulla şüşəli profillə yığmaq üçün rayon icra hakimiyyətinə şifahi müraciət edir. İcra hakimiyyətinin əməkdaşı Kamran adlı şəxs kafeyə gələrək həmən yerə baxış keçirmişdir. Onu da nəzərinizə çatdıraq ki, baxış zamanı həmən palatkanın fotoları da lentə alınıb. Təbii ki, Kamran söz sahibi deyil və arada “gül aparıb, gətirəndir”. Məsələ ilə bağlı bir müddət susqunluq höküm sürsə də yenidən icra hakimiyyəti ilə telefon əlaqəsi yaratdıq. Təklif olundu ki, kafenin sahibi Nəsimi rayon icra hakimiyyətinə təşrif büyürsün.
Bazarın gəlha-gəl vatına bax...
Beləliklə adı hallanan quruma yollandıq. Nəhayət bizi Nəsimi icra hakimiyyətinin təsərrüfat şöbəsində Bağırov Elvin Yaşar oğlu qəbul etdi. Nə üçün gəldiyimizdən məlumatlı olan Baş məsləhətçi özünü rayon rəhbəri kimi göstərirdi. Şəhərsalma və Tikinti Məcəlləsi, Fövqalada Hallar Nazirliyi ilə özü danışaçağını, eyni zaman da onlara çatacaq pulu özü verəcəyini bildirdi. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları ilə çətin razılaşacağını vurğulayan Elvin Bağırov onları “erməni”adlandırdı. Onun dediyinə görə, həmin qurumun əməkdaşları olduqca yüksək məbləğ tələb edəcək. Əslində, bütün danışıqlar cəfəngiyyatdan başqa bir şey deyildi. Əvvəla, sözügedən ərazidə heç bir tikinti aparılmır ki, sadaladıqları dövlət qurumun əməkdaşları hər hansısa problem yaratsın.”Bizə nə qədər verə bilərsiz?” Sualına isə 10.000(on min) manatdan artıq imkan olmayacaq deyə bildirdik. E.Bağırov öz növbəsində isə rəhbərliklə danışdıqdan sonra cavab verəcəyini söylədi. Görünən odur ki, rüşvətə bulaşan baş məsləhətçi vəzifə səlahiyyətindən sui-istifadə edərək, korrupsiya hallarına yol vermişdir.
Vasitəçinin 20.000(iyirmi min) manat tələbi
Təsərrüfat şöbəsinin digər əməkdaşı Kamran adlı şəxslə yenidən telefon əlaqəsi yaratdıq. Qarşı tərəfin tələbi isə olduqca yüksək idi. Onun dediyinə görə rəhbərlik 20000 (iyirmi min) manat rüşvətin qarşılığında razılıq verəcək. Hələ üstəlik tələb olunan məbləğ hazır olsa belə rayon rəhbərliyi “hə” dedikdən sonra işə başlamaq mümkündür.
GündemXeber.az olaraq bildiririk ki, faktları, səs yazıları Dövlət Təhlükəsizlik Xidmətinə təqdim etməyə hazırıq. Digər tərəfdən ölkə başçısı cənab İlham Əliyevin rüşvətə qarşı apardığı amansız mübarizədən nəticə çıxartmayan Nəsimi RİH başçısı Asif Əsgərov öz çirkin əməllərini hələ də sərbəst həyata keçirir.
Qarı tərəfin mövqeyini bir daha dinləməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?