Bu dəfə L.Babayevin adı sürücüsünə görə gündəmə gəlib. Belə ki, icra başçının sürücülərindən biri, əslən Kürdəmirdən olan Həmid dava salıb. O, Zərdab rayon Polis Şöbəsinin əməkdaşı, əslən Ağcabədidən olan polis mayoru Elton Məmmədovu döyüb.
Qalmaqala səbəb kimi isə yolda ötmə əməliyyatı göstərilir. Hadisə şahidlərinin sözlərinə görə, Həmid Elton Məmmədovun maşının qarşısını kəsərək, onu icra başçısına hörmətsizlikdə ittiham edib. Sürücü E.Məmmədovdan icra başçısının maşınını ötərək qarşısına keçməklə başçıya hörmətsizlik etdiyini deyib. Hətta sürücünün polis mayorunu şillələdiyi, qarşı tərəfin isə sürücüyə əl qaldırmadığı bildirilir.
Qeyd edək ki, L.Babayevin 2 sürücüsü var. Onlardan biri – Rafiq adlı şəxs əslən Zərdabdandır. O, L.Babayevdən əvvəl Zərdabın bir neçə icra başçısının da sürücüsü olub. Dava salan sürücü Həmidi isə L.Babayev işə götürüb. Həmidin anasının L.Babayevin evində aşpaz olduğu bildirilir. Onu da bildirək ki, polis mayoru E.Məmmədov “Aztelekom” İB-nin Zərdab rayon şöbəsinin müdiri Zeynalabdin Məmmədovun oğludur.
Zərdab rayon Polis Şöbəsindən xəbər təkzib edilib. Şöbədən özünü təqdim etməyən şəxs onlarda belə məlumat olmadığını bildirib.
Sorğu
Yeni dizaynımız necədir?