GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Körpələrə işgəncə verilən "Sevgi evi" sığınacağında daha bir uşaq ÖLÜMƏ tərk edilir - BU NƏDİ BELƏ?

Körpələrə işgəncə verilən "Sevgi evi" sığınacağında daha bir uşaq ÖLÜMƏ tərk edilir - BU NƏDİ BELƏ?

Tarix: 19-12-2022, 14:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 822


Körpələrə işgəncə verilən "Sevgi evi" sığınacağında daha bir uşaq ÖLÜMƏ tərk edilir

Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi”sığınacağında “Totu” ləqəbli uşaq ölümə tərk edilir. Neçə vaxtdır qapadılması barədə qərar verilən, hələ də istintaqı bitməyən sığınacaqda özbaşınalıq isə davam edir.

Bu dəfə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial hesabında “Sevgi evi” uşaq sığınacağında baş verənlərlə bağlı narahatlığını bildirib.

O, sığınacaqda yaşayan sağlam bir uşağın 2 il ərzində döyülərək nə hala düşməsi barədə paylaşım edib və ölümə tərk edilən “Totu” ləqəbli uşağın xilas edilməsi üçün dövlət qurumlarına çağırış edib:

“Hər gün onlarla sosial şəbəkə izləyiciləri tərəfindən “Sevgi” Uşaq Sığınacağı adı ilə “İnstaqram”da paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı mənə müraciətlər olur.

Neçə dəfə həmin mürciətləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istiqamətləndirmişəm. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini ilə bu barədə danışıqlarımız olub. Daxili İşlər Nazirliyinin, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə danışdığımda da “istintaq gedir, gözləyirik!" cavabını eşitmişəm. Əzizlərim, gözləyirik... "Totu" ləqəbli uşaq isə ölür. 2 il ərzində görün uşaq nə hala qalıb?

Uşağın videosunu paylaşıb, kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib, soruşdunuzmu?

Ümumiyyətlə qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür!!! Amma mən faktlara əsaslana bilərəm! Hal hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür! Hörmətli dövlət qurumları, yalvarıram sizə, uşağı qurtarın. Ölür uşaq... “
Kəmalə Ağazadə Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinə də səslənib:
“Sosial Xidmətlər Agentliyi gedin qiymətləndirmə aparın, Səhiyyə Nazirliyi uşağı tam müayinəyə götürün, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yardım edin! Bakı şəhər Baş Polis İdarəsi uşağın o qadının əlindən alınmasında həll yolunu tapın! Ədliyyə Nazirliyi, məhkəmə qaydasında bu qadının fəaliyyətini məhdudlaşdırın!”, - deyə Kəmalə Ağazadə əlavə edib.
Qeyd edək ki, bir neçə ay əvvəl Bizim.Media olaraq biz də sözügedən sığınacaq sahibi Könül Qasımovanın hərəkətləri barədə məlumat dərc etmişdik.
Xatırladaq ki, 10 may 2022-ci il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən sığınacağın rəhbəri Könül Qasımova barədə cinayət işi açılıb və araşdırma aparılırdı. İyun ayında isə qalmaqalı olayla gündəmə gələn “Sevgi evi”nin müvəqqəti bağlandığı, sığınacaqdakı uşaqların isə ailə üzvlərinə və yaxınlarına təhvil verildiyi bildirilmişdi.

Bizim.Media-nın araşdırmasına görə əslində sözügedən sığınacaq bağlanmayıb və indi də fəaliyyətdədir.

Nə cinayət işi açılan sığınacaqdakı uşaqlar ailə üzvlərinə və yaxınlarına verilib, nə də qalmaqallı məsələdə adı hallanan Könül Qasımova istintaqa cəlb olunub.
Əldə etdiyimiz məlumatlara görə üstəlik sığınacağa yeni uşaq qəbulu da həyata keçirilir. Sığınacaq sahibi Könül Qasımova əvvəl olduğu kimi indi də sosial şəbəkələrdəki səhifələrindən “Sevgi evi”nə maddi dəstək göstərmələri üçün xeyriyyəçi şəxslərə çağırışlar edərək, sığınacağın aylıq kirayə haqqı, kommunal tələbatları və orada yaşayan kiçik sakinlərinin sosial təminatı üçün hesab kartları paylaşır.
Bizim.Media

VİDEO BURADA: https://player.bizim.media?v=13259&share_user_id=

Körpələrə işgəncə verilən "Sevgi evi" sığınacağında daha bir uşaq ÖLÜMƏ tərk edilir


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Körpələr evlərində və uşaq sığınacağında nöqsanlar aşkarlanıb

    Körpələr evlərində və uşaq sığınacağında ...

    16-04-2019, 15:50

  • 
  • Uşaqlara işgəncə verilən “Sevgi evi” bağlandı

    Uşaqlara işgəncə verilən “Sevgi evi” bağlandı ...

    8-06-2022, 12:13

  • 
  • "Sevgi Evi" sığınacağına sığınan 15 yaşlı qız orada başına gətirilənlərdən danışıb - DƏHŞƏT

    "Sevgi Evi" sığınacağına sığınan 15 ...

    3-06-2022, 16:27

  • 
  • İsveçdə qaçqınlar sığınacağında yanğın: xəsarət alanlar var

    İsveçdə qaçqınlar sığınacağında yanğın: xəsarət ...

    26-02-2017, 19:04

  • 
  • Azərbaycanda DƏHŞƏT: Ana və sevgilisi beş yaşlı uşağın dilini qopardı - FOTO

    Azərbaycanda DƏHŞƏT: Ana və sevgilisi beş yaşlı ...

    17-07-2021, 20:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (216)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu