İsveçin qərbindəki Vennersberq şəhərində, qaçqınların məskunlaşdığı böyük sığınacaqda yanğın baş verib. Xəbərdə bildirilir ki, yanğın üçüncü mərtəbədə başlayıb. Hadisə zamanı iki nəfər tüstüdən boğulmamaq üçün pəncərədən tullanıb. Nəticədə onların hər ikisi xəsarət alıb. Polisin məlumatına görə, daha 10-20 nəfər tüstüdən zərər çəkib. Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəbləri barədə dəqiq məlumatlı deyil. Yanğının qarşısı alınıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?