GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vasif Talıbovun yaratdığı eybəcərliklər DAVAM EDİR...

Vasif Talıbovun yaratdığı eybəcərliklər DAVAM EDİR...

Tarix: 19-12-2022, 18:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 377

Gundemxeber.az olaraq tanınmış jurnalist Heydər Oğuzun Naxçıvanla bağlı paylaşdığı ayrı-ayrı olayları diqqətinizə çatdırmaqda davam edirik. Beləliklə...

***

Naxçıvan şəhər polisindən Vasif “xan”a səmərəli zəhmətkeş təklifi: Rəşad İsmayılov “Qəssab Kəmalə”nin oğlu ilə əvəz olunsun


Yadınızdadırsa, dünən Naxçıvan Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanovanın oğlu polis baş leytenantı Məhəmməd Nizami oğlu İmanov barədə redaksiyamıza daxil olan bir məlumat yayımlamışdıq. Məlumatda bildirilirdi ki, Naxçıvan DYP-nın inzibati cərimələr üzrə baş inspektor vəzifəsində işləyən Məhəmməd İmanov da xasiyyətcə anasına bənzədiyi üçün ona el arasında “maşın qəssabı” deyirlər. Paylaşımımıza Naxçıvandan dərhal reaksiya gəlmişdi. Əkbər Novruzov adlı bir facebook istifadəçisi statusumuzun rəy bölümündə yazdığı rəydə iddia etmişdi ki, bu məlumat yalandır. Məhəmməd İmanov o qədər təmiz, qabiliyyətli, mərhəmətli adamdır ki, hətta bu keyfiyyətləri ilə nazir olmağa layiqdır.
Əkbər Novruzovun bu fikirlərinə hörmətlə yanaşır, hesab edirik ki, o, öz düşüncələrini dilə gətirməklə əslində Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılovla Məhəmməd İmanovu qarşılaşdırır və üstünlüyü ikinciyə verir. Ümidvarıq ki, Naxçıvan “xanı” Vasif Talıbov da sadə vətəndaşın bu müqayisəsini nəzərə alacaq, yaxın vaxtlarda Rəşad İsmayılovla Məhəmməd İmanovun yerini dəyişdirəcək. Necə olsa, “xan” həzrətlərinin istənilən gizirə general rütbəsi verib 1 günün içində onu nazir qoymaq təcrübəsi var. Məhəmməd İmanov isə polis baş leytenantıdır və məntiqlə ona nəinki general, hətta marşal rütbəsi də vermək olar.
Vətəndaş Əkbər Novruzovun Vasif “xan”a ünvanladığı eyhamlı mesajlarını dəyərləndirməyi qibleyi-aləmin öz ixtiyarına buraxırıq. Bizi maraqlandıran isə “maşın qəssabı” kimi ad çıxarmış Məhəmməd İmanovun misli-bərabəri görünməmiş mənəvi keyfiyyətlərini gün işığına çıxaran Əkbər Novruzovun kimliyidir.
Apardığımız qısa araşdırmadan sonra Əkbər Novruzovun həqiqətən də sadə vətəndaş olduğunu təsbit etdik. Məlum oldu ki, bu sadə vətəndaş bufetçidir. Yəni alnının təri ilə pul qazanır. Həm də bilirsiniz harda? - Naxçıvan şəhər polis idarəsində. Bəs onu da bilirsinizmi ki, Əkbər Novruzov alın təri ilə pul qazanmaq imkanını kimin sayəsində əldə bilib? Yəqin ki, bilməzsiniz. Onda icazə verin, bunu da mən deyim. Sən demə, bizim məlumatımıza şübhə kölgəsi salmaq istəyən bu bufetçi Naxçıvan şəhər polis idarəsinin rəis əvəzi Şahin Novruzovun qardaşıdır. O Şahin Novruzovun ki, gözünə sataşan imkanlı adamların cibinə narkotik qoyub, tutur və qaz kimi yolduqdan sonra sərbəst buraxır. Yəni Vasif “xan”ın “0 cinayət” siyasətinin ən uğurlu icraçılarından biri kimi tanınır. Məhz bu qabiliyyətinə görə də Naxçıvan şəhərinin asayişi ona tapşırılıb.
Görünür, qardaşının yanında bufetçi işləyən Əkbər Novruzovun bu fikirləri dilə gətirməsi təsadüfi deyil. O, əslimdə özünün yox, qardaşının fikirlərini səsləndirib. Belə çıxır ki, Şahin Novruzov da Rəşad İsmayılovun şəxsi keyfiyyətcə Məhəmməd İmanovdan geri qaldığını və onların yerlərinin dəyişdirilməsini arzulayır. Ümid edirik ki, Vasif “xan” Naxçıvan polisindən gələn bu mesajları vaxtında qiymətləndirəcək və həbs olunmamışdan əvvəl Naxçıvan MR-ın taleyini daha ləyaqətli bir adama – Məhəmməd İmanova tapşıracaq.

***

Oruc Zalovun bacısı oğlu ölkədən qaçmaq istəyir

Srağagün Prezident İlham Əliyevin Fərmanı ilə Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalovun işdən azad edilməsindən sonra Naxçıvan MR-in sabiq İqtisadi İnkişaf naziri Famil Seyidovun qarnına sancıların dolduğu xəbər verilir.
Bildirilir ki, uzun illər Naxçıvanın İqtisadi İnkişaf naziri işləyən, 2019-cu ildə isə vəzifəsindən qovularaq Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi MMC-nin müdir müavini vəzifəsinə təyin olunan Famil Seyidov Oruc Zalovun bacısı oğludur. Famil Seyidovun son 3 ildə taxıl maxinasiyaları ilə qaz vurub qazan doldurduğu da gələn məlumatlar arasındadır.
Famil Seyidov Naxçıvan “xan”ı Vasif Talıbov Naxçıvanda hakimiyyətə gələn kimi onun komandasında yer alıb, əvvəl Muxtar Respublikanın Ticarət naziri, sonra isə İqtisadi İnkişaf naziri kimi mühüm vəzifələrdə işləyib. Onun xüsusilə İqtisadi İnkşaf naziri işlədiyi zamanlarda iş adamlarının başına inanılmaz oyunlar gətirildiyi deyilir. İddalara görə, Famil Seyidov iş adamlarına verdiyi kreditin 40%-ni şapka kimi alması, qalan 60%-i isə İrandan gətirdiyi keyfiyyətsiz malları onlara sırıması ilə məşhurdur. Məhz bu işgüzarlığı sayəsində Naxçıvanın iş adamları ucdan tutma iflasa sürüklənmiş və Muxtar Respublikanın iqtisadiyyatı bütünlüklə “xan” həzrətlərinin əlinə keçmişdir.
Əldə etdiyimiz məlumata görə, dayısının işdən çıxarılması xəbəri yayılar-yayılmaz Famil Seyidovun “hansısa xəstəlikdən əziyyət çəkdiyi” məlum olub. O indi xəstəliyə görə istefa ərizəsi yazıb xaricə “müalicəyə yollanmaq” istəyir. Təbii ki, bu xəstəliyin siyasi olduğundan şübhə duyulur. Ümid edirik ki, Naxçıvan iqtisadiyyatını böyrü üstə qoyan, Muxtar Respublikanın boşalmasında birbaşa “xidmətləri” olan Famil Seyidovun ölkədən qaçmasının qarşısı alınacaq və o, iş adamlarının qənimi kimi istintaqa cəlb olunacaq.
Qara Pişik

***

Naxçıvanbankın Şərur rayon şöbəsində Baş Xəzinədar işləyərkən müəmmalı şəkildə yoxa çıxan və bir neçə saatdan sonra Gümüşlü dağları arasında meyiti tapılan Həsənov Orxanın valideynləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanıma növbəti dəfə video-müraciət ünvanlayıb. Onların iddiasına görə, övladlarının ölümü şübhəlidir və bədbəxt hadisənin əsl səbəbi rayon hüquq mühafizə orqanları tərəfindən ört-basdır edilir. Naxçıvanda Vasif “xan”ın “0 cinayət” prinsipi qüvvədə olduğundan Həsənovların bu iddiası gözardı edilə bilməz. Azərbaycan hüquq-mühafizə orqanlarının bu müəmmalı ölüm hadisəsini araşdırması ümidiylə valideynlərin video-müraciətini yayımlayırıq.
Qeyd edək ki, Orxan Həsənovun ölümündən əvvəl NaxçıvanBankın Şərur şöbəsində ciddi yeyinti faktları ortaya çıxmış, şöbənin rəhbərliyi bunu mərhum Baş xəzinədarın boynuna qoymağa çalışmışdı. Orxan Həsənov isə bu ittihamları qəbul etmirdi. Ardınca da bu bədbəxt hadisə baş vermişdi. Mərhumun valideynləri yeyintilərin əsl günahkarının təsbit edilə bilməməsi üçün Orxanın aradan götürüldüyündən şübhələnirlər.

***

Prezident İlham Əliyev 2018-ci ildə Culfa-Ordubad magistralının salınması üçün dövlət əsaslı investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitdən 30 milyon manat ayırıb.
Prezident yenə ertəsi il eyni büdcədən eyni layihəyə 34.3 milyon manat ayırıb.
Bir yolun çəkilməsi üçün üst-üstə 64 milyon manatdan çox vəsait xərclənib.
Yolun uzunluğu nə qədər olsa yaxşıdır? – Cəmi 50 km. Bunu da 39 km-i iki zolaqlı, 11 km. isə 4 zolaqlı. Yəni hər km-ə 1.28 milyon manat düşür.
Culfa camaatı yola bu qədər vəsait xərcləndiyinə şübhə edir və məsələni araşdırması üçün DTX-nın Naxçıvan Baş İdarəsinə müraciət etməyə hazırlaşırlar.
"Vasif Talıbov ölkə rəhbərini aldadıb 50 km-lik yol üçün 64 milyon manat alıb", - şikayətə getməyə hazırlaşan bir Culfa sakini bizimlə söhbətində belə deyib.

***

Bir müddət əvvəl Ordubad rayon prokurorunun qaynanasının işlədiyi çörəkbişirmə sexinin xadiməsini bıçaqladığını xəbər vermişdik. Xəbərdə bıçaqlanan xadimənin adı çəkilməmişdi.
Maraqlıdır ki, bu gün Ordubad sakini Hümbətov Zülvəli Qulam oğlu video-təkzib yayımlayaraq, onun yoldaşının bıçaqlanmadığını bildirib və bizi bu iddianı təkrarlayarsaq, məhkəməyə verməklə təhdid edib.
Biz qarşı tərəfin mövqeyi kimi bu videonu paylaşırıq. Amma onu da bildirməyi borc bilirik ki, Hümbətov Zülvəli bəyin iddiaları istər-istəməz bu suallara yol açır: Həqiqətən də məlum hadisə baş verməyibsə, Zülvəli bəy hardan bilir ki, biz Ordubadda adam bıçaqlanıb deyərkən, məhz onun yoldaşını nəzərdə tuturuq?
Ümid edirik ki, müvafiq dairələr bu suala aydınlıq gətirmək, hansı tərəfin haqlı olduğunu müəyyənləşdirmək üçün iddiaları araşdıracaq və lazımi ölçü götürəcək.

***

Vasif Talıbovun yaratdığı eybəcərliklər

“Pulsuz Reklam” silsiləsindən: Avtovağzal Otel necə “talıbovlaşdırılıb”?
Talıbovlar ailəsinin cüzi qiymətə özəlləşdirib öz təsərrüfatlarına qatdığı dövlət obyektlərindən biri də “Avtovağzal Otel”dir.
Qara Pişiyin iddiasına görə, sovet hakimiyyəti illərindən 2016-cı ilə qədər bu otel dövlətin nəzarətində və balansında olub. Nə hikmətdirsə, 2016-cı ildə günlərin bir günündə Naxçıvan əhli yuxudan oyananda otelin Nəqşicahan holdingin mülkiyyətinə daxil olduğunu eşidib.
Otelin hansı qiymətə hərraca çıxarıldığını isə MR-də bilən yoxdur. Görünür, muxtar hüquqlu Naxçıvanda bu kimi məlumatlar dövlət sirri kimi qorunur. Amma Naxçıvan qaydalarını dərindən bilən “Qara Pişiy”in Avtovağzal Otelin neçəyə özəlləşdirilməsinə dair öz təxminləri var: “SOCAR-ın tikib ərsəyə gətirdiyi Diaqnostika Mərkəzi 100 min manata özəlləşdirilibsə, deməli Avtovağzal Otel “xan” ailəsinə daha ucuz qiymətə, bəlkə də 50-60 min manata başa gəlib”.
Bildirilir ki, cəmi 50-60 min manata özəlləşdirilən təkcə otel olmayıb. “Xan” ailəsi bir göz qırpımında oradakı 15 mağazanı da bu özəlləşdirmə yoluyla öz mülklərinə qatıb. Halbuki, həmin mağazaların hər birini 20-30 min manata satmaq olar və yəqin ki, elə də edilib. Amma Naxçıvanda mağazaların satın alınması o demək deyil ki, orada qazandıqların sənin olmalıdır. Mağaza sahibləri satın aldıqları mağazalar üçün kirayə ödəməklə yanaşı, həm də qazanclarının yarısını da “xanzadə” Seymur ibn Vasif həzrətlərinə verməlidirlər.
Hər ay Avtovağzal Oteldən gələn mənfəətlərin və kirayələrdən yığılan pulların holdinqin kassasına mədaxil olunduğunu bildirən mənbəmizin iddiasına inansaq, bu obyetlərin də təkcə 2022-ci ildə 458,350 ( dörd yüz əlli səkgiz min üç yüz əlli ) manatlıq dövriyyəsi olub və o belə, vergidən yayındırılıb.

***

DAVAMI MÜTLƏQ OLACAQ...

Gundemxeber.az olaraq qeyd olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Gundemxeber.az 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vasif Talıbova niyə "Naxçıvan xanı" deyirlər? - ŞOK SİYAHI

    Vasif Talıbova niyə "Naxçıvan xanı" ...

    10-12-2022, 18:02

  • 
  • Talıbovun oğlu Türrkiyədə

    Talıbovun oğlu Türrkiyədə ...

    4-02-2013, 10:44

  • 
  • Vasif Talıbov müavinini işdən çıxardı

    Vasif Talıbov müavinini işdən çıxardı ...

    16-11-2017, 15:10

  • 
  • Vasif Talıbov bir sıra şəxsləri təltif edib - SİYAHI

    Vasif Talıbov bir sıra şəxsləri təltif edib - ...

    19-10-2018, 22:49

  • 
  • Vasif İmanov və onun qudaları tərəfindən qarış-qarış satılan Pirallahı

    Vasif İmanov və onun qudaları tərəfindən ...

    31-07-2018, 15:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu