Kadır İnanir Naxçıvan xanının oğlu ilə dostluğundan danışıb
Türkiyənin məşhur aktyoru, türk sinemasının ulduzlarından olan Kadır İnanır Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədi Vasif Talıbovun ailəsi ilə əlaqələrindən danışıb. Ünlü aktyor Türkiyənin “Star” TV kanalına müsahibəsində (veriliş efirə fevralın 3-də gedib) bu barədə olduqca maraqlı detaldan bəhs edib. O, “Star life” verilişinə küçədə müsahibə verərkən deyib ki, Vasif Talıbovun oğlu ona yeməyə dəvət edib. Müxbirlə aktyor arasında dialoq bu cür olub: - Kadır bəy, hara gedirsiniz? - Yeməyə. - Kiminlə? - Naxçıvanın cumhurbaşqanının oğlu ilə. Aktyor deyib ki, Talıbovlarla dostluğunun kökləri uzun müddət əvvələ gedib çıxır. Xatırladaq ki, Vasif Talıbovun oğlu Elnur Talıbov haqda indiyədək mətbuatda çox yazılıb. O, bir neçə il öncə facebook səhifəsində bahalı maşınlarının, telefon və qol saatlarının, habelə müxtəlif aksessuarlarının şəkillərini paylaşdıqdan sonra gündəmə gəlmişdi. Elnur Talıbov kef məclislərində qızlarla çəkdirdiyi şəkillərini də sosial şəbəkələrdə paylaşmışdı. Ümumiyyətlə, Azərbaycan məmurlarının ərköyün övladlarının Türkiyənin, o cümlədən başqa xarici ölkələrin müğənniləri, aktyorları ilə yaxın münasibətləri var. Onlar bu cür münasibətləri özləri üçün şan-şöhrət sayaraq bununla lovğalanırlar.
Sorğu
Yeni dizaynımız necədir?