GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Energetika Nazirliyi yanında dövlətin pulu necə “bərpa olunur”?

Energetika Nazirliyi yanında dövlətin pulu necə “bərpa olunur”?

Tarix: 20-12-2022, 14:11 Bölmə :GündəmXəbər / Manşet Baxış: 367

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi 12.12.2022 -ci il tarixdə ofis icarəsi ilə bağlı iki müqavilə bağlayıb


Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi bu ayın 12 –də ofis icarəsi ilə bağlı "Azəridmanservis”" MMC və "İnzibati binaların istismarı mərkəzi" MMC ilə müqavilələr bağlayıb. Bu müqavilələr üzrə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi "Azəridmanservis”" MMC-nə 56753 manat, "İnzibati binaların istismarı mərkəzi" MMC –nə isə 23987 manat ödəyəcək.

Olsun, ilk baxışdan qeyri-adi bir nəsnə görünməsə də, GundemXeber.Az bildirir ki, Yenixeber.org-a daxil olan məlumatlarda bu əməkdaşlıqların ilginc tərəflərindən bəhs olunur... Məlumata görə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi hər iki müqaviləni müvafiq satınalama müsabiqələri keçirmədən, birbaşa -bir mənbədən istifadə etməklə bağlayıb(?)    


Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq müvafiq satınalama sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də, görüləcək xidmətlər barədə məlumat verilmədən...(?) Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəflərlə toplam 80740 manatlıq müqavilə bağlayıb!

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi həm də bu əməkdaşlıqların təfərrüatını açıqlamır(?) Maraqlıdır ki, dövlət satınalma portalında da, müqavilənin predmeti, gerçəkləşdiriləcək əməkdaşlıqlarla bağlı heç bir məlumat yoxdur(?)  Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin də, vəzifə borclarından biridir...


 Xüsusi ilə ölkəmizin indiki məlum, maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır. Həm də, nə az, nə çox söhbət dövlətin 80740 manatıdan gedir...

           ***

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur: Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi nədən bu qanunu “unudub” və müvafiq satınalam sorğusu baş tutmadan hansısa şirkətlərlə birbaşa müqavilə bağlayıb? Hansı işlərin görüləcəyi haqqında da, heç bir məlumat açıqlamadan(?) Niyə nəzərdə tutulan əməkdaşlığın detalları açıqlanmır? Burada hansı bir istisna mümkündür ki? Və s.

Amma suallar bununla bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə tərəflərlə əlaqə yaratmağa çalışdıq.

Bu ayın 12 -də Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru cənab Cavid Abdullayevə elektron sorğu ünvanladıq. 4 gün sonra qarşı tərəfdən cavab gəldi: Nəzərinizə çatdırırıq ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin "AZƏRİDMANSERVİS" MMC ilə aktiv müqaviləsi yoxdur.

Buna nə dərəcədə cavab demək mümkündürsə,... Əvvəla, təkrar qeyd edək ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin ofis icarəsi ilə bağlı "Azəridmanservis”" MMC ilə 12.12.2022 –ci il tarixdə 56753 manatlıq müqavilə bağlaması haqqında Dövlət satınalmalarının vahid internet portalında da bir mənbədən istifadə edilməsi ilə bağlı məlumat yerləşdirilib. Digər tərəfdən, bizim cavab almaq istədiyimiz suallar bugünədək niyə cavabsız qalır?  

Hörmətli Cavid müəllim bizimlə telefonla danışsa da, suallarımızdan yayındı... Sonda online deyil, rəsmi sorğu ünvanlamağımızı təklif etdi. Müasir jurnalistikanın operativliyini, online sorğunun da məlum qayda və prinsiplərə uyğun olduğunu xatırlatsaq da nəticə olmadı... Önəmli olanı sualların hansı formada ünvanlanması deyil, cavab vermək istəyi, toplanmasında bizim ödənişlərimizin də yer aldığı dövlətin pulunun necə xərclənməsinə aydınlıq gətirməkdir!

                 ***

Paralellik aparmaq niyyətində olmasaq da, xatırladaq ki, bir il əvvəl həbsə atılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərliyə qarşı korrupsiya ittihamlarında biri də ofis icarəsi ilə bağlı idi... Məlum olmuşdur ki, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlayıb, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.     

            ***

Digər tərəflər - "Azəridmanservis”" MMC və "İnzibati binaların istismarı mərkəzi" MMC ilə isə heç bir əlaqə yaratmaq mümkün olmadı. Heç də az olmayan dövlət vəsaitinə iddialı bu qurumlarla bağlı internet üzərindən əldə etdiyimiz vasitələrlə əlaqə yarada bilmədik...

(Mövzunun davamı olacaq.)

Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə sədr təyin olunub - FOTO

    Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə ...

    5-10-2020, 13:54

  • 
  • Azərbaycanda dövlət idarəçiliyi təkmilləşdirilir

    Azərbaycanda dövlət idarəçiliyi təkmilləşdirilir ...

    24-11-2016, 22:27

  • 
  • 6 qurumun adı hökumətin rəsmi saytından niyə silinib?

    6 qurumun adı hökumətin rəsmi saytından niyə ...

    10-12-2013, 18:43

  • 
  • Avropa Birliyi Azərbaycana 30 mln. avro ayırdı

    Avropa Birliyi Azərbaycana 30 mln. avro ayırdı ...

    6-11-2013, 23:00

  • 
  • Hesablama Palatasına hesabat təqdim etməyən qurumlar - SİYAHI

    Hesablama Palatasına hesabat təqdim etməyən ...

    24-05-2021, 19:16


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (24)
Sentyabr 2025 (559)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu