Azərbaycanda uzun illər nazir postlarını tutan oliqarx məmurlar korrupsiya yolu ilə ölkənin büdcəsini dağıtmaqla məşqul olublar.
Bunu deməyə əsas verən amillərdən biri də odur ki, keçmiş nəqliyyat nazir Ziya Məmmədovun oğlu Anar Məmmədov xarici ölkələrdə atasının büdcədən çırpışdırdığı pullar hesabına bahalı obyektlər açmaqda davam edir. GundemXeber.Az-ın sosial şəbəkələr üzərindən apardığı araşdırmalara görə Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin silsilə yazışmalarından məlum olur ki, Anar Məmmədov Londonda 8, 4 milyon manatlıq elit restoran açıb.
Belə bir mənzərəyə diqqət yetirdikdə məlum olur ki, ərköyün oğlun məşhur atası uzun illər daşıdığı vəzifədən sui-istifadə edərək, Azərbaycan xalqının büdcəsinə 4 milyon funt sterlinq (8.4 milyon manat) mənimsəməklə xarici ölkələrdə ardıcıl olaraq, obyektlər açmaqda davam edirlər.
Onu da qeyd edək ki, yuxarıda təqdim olunan pul vəsaitlərinin rəqəmi Azərbaycan büdcəsinə Ziyanın vasitəsi ilə vurulan ziyanın az hissəsidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?