GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nazirlik içində nazirlik - Təhsil naziri Emin Əmrullayev "5-ci kolon" qarşısında acizdir

Nazirlik içində nazirlik - Təhsil naziri Emin Əmrullayev "5-ci kolon" qarşısında acizdir

Tarix: 5-01-2023, 18:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 745

Bu gün paytaxtın təhsil sistemi Məhəbbət vəliyevanın xeyir-duası, Mehriban Vəliyevanın rəhbərliyi, Fuad Babayevin “maklerliyi” (ifadə deputat Etibar Əliyevə məxsusdur. Aldığımız son məlumatlarda deputatla "5-ci kolonun" nümayəndələrinin "ulduzlarının"  barışdığı bildirilir.) ilə məhv edilir. Göz görəsi Azərbaycan təhsilinə divan tutulur, 5-ci kolonun təxribatları reallaşdırılır. Amma...


 “Səhhəti ilə bağlı” Təhsil nazirinin müavini vəzifəsindən azad olunan Məhəbbət Vəliyevanın rəsmi fəaliyyətinə son verilsə də özfəaliyyəti hələ də davam etməkdədir. Deputat Etibar Əliyevin təbirincə desək “5-ci kolonun görkəmli nümayəsndəsi” olan bu xanım zamanında təyin etdiyi kadrlar vasitəsilə paytaxtın təhsil sektorunu nəzarətdə saxlayır, istədiyi kimi idarə edir. Bakı məktəblərini direktorla təmin edən Z. Əliyeva adına liseydən pərvazlanan və “Məhəbbətin qüdrəti” ilə vəzifəyə gətirilən şəxslər bu gün də öz himayədarlarına hesab verir və əmrlərini yerinə yetirirlər. “Məhəbbətin qüdrəti”ylə vəzifəyə gətirilən BŞTİ-nin müdiri Mehriban Vəliyeva isə deyəsən 5-ci kolonun Azərbaycan təhsilini məhv etmə əməliyyatının son akkordlarını vurur. Çünki onun fəaliyyətinə başqa ad vermək mümkün deyil. İnsan öz xalqına, dövlətinə nə qədər düşmən münasibət bəsləməlidir ki, onun gələcəyi olan təhsil sistemini bu qədər qəddarcasına məhv eləsin. Belə düşünmək olar ki, bu xanımlar qəsdən ölkədə təhsil sistemində narazılıqlar formalaşdırır, Dövlət başçısının  bu sahədə atdığı addımları sabotaj etməklə məşğuldurlar. Bu əməllərin isə təbii ki, maddi maraqlarla yanaşı siyasi maraqları da var. Vəzifədən uzaqlaşdırılan, heç bir səlahiyyəti olmayan birisi necə olur ki, hələ də paytaxtın təhsil sektorunu idarə edir? Məgər Bakının təhsil sitemini Vəliyevalardan başqa kimsə idarə etmək iqtidarında deyilmi? Hansı qüvvədir ki, bunları toxunulmaz edir, nazirlik içərisində nazirlik statusunda saxlayır?  Məsələn, Təhsil nazirliyi tərəfindən oktyabr-noyabr aylarında Bakının ümumtəhsil məktəblərində, o cümlədən 60, 20, 200,  27 saylı və başqa təhsil ocaqlarında nazirin nəzarəti ilə monitirinqlər keçirilir. Hətta Nazirliyin təsdiq etdiyi kimi  keçirilən monitorinqlər ciddi qanun pozuntuları aşkar edir. Lakin bu nəticələr və görülən tədbirlər barədə ictimaiyyətə məlumat verilmir. Buradan belə qənaətə gəlmək olur ki, nazir bu direktorları cəzalandırmaqda ya acizdir, ya da "torbada pişik var". 

 Bütün bunlar Azərbaycan təhsili adına təhqir deyilmi? Toplananların yerini dəyişəndə cəm dəyişmədiyi kimi Vəliyevaların da yerini dəyişəndə heç nə dəyişmir. Ölkənin paytaxtında təhsil adına bazar açanları nədən heç kim durdura bilmir? Bəlkə Bakını 5-ci kolona “arendaya” veriblər, xəbərimiz yoxdur.

Bu gün paytaxt məktəblərində qanunsuz təyinatlar, 65 yaş həddini keçənlərlə müqavilələrin uzadılması, büdcədən kənar daxil olan vəsaitlərin sərfiyyatında şəffaflığın gözlənilməməsi, məktəblərin təchizatında qiymətlərin reallığı əks etdirməməsi adi hal alıb. BŞTİ-də vətəndaşların qəbulu sadəcə təhqiramiz formada aparılır. Qəbul otağı olmasına baxmayaraq idarənin alimənsəbləri özlərinə zəhmət verib kimisə qəbul etmir. İstidə-soyuqda şikayətə gələnlər küçələrə səpələnir, yaxşı halda mühafizə aparan polislər tərəfindən yola verilir.

Maraqlıdır ki, bütün bunları bu sahəyə bilavasitə cavabdeh olanların hamısı görməzdən gəlir. Deputat Etibar Əliyevin əvvəllər dediyi kimi və bir neçə təhsil ekspertinin dəfələrlə etdiyi çıxışlar, problemi işıqlandırmaları heç kimi narahat etmir. Sırf təhsil sektorunu kurasiya edənlər, cavabdeh olanlar deputatın, təhsil ekspertlərinin, geniş ictimaiyyətin dediklərinə heç bir reaksiya vermirlər. Milli Məclisin elm və təhsil komissiyası nədən həmkarlarının qaldırdığı problemlərə, səsləndirdiyi fikirlərə münasibət açıqlamır? Prezident Aparatında bu sahəyə cavabdeh olanlar da «susmaq qızıldır» prinsipindən əl çəkmək fikrində deyillər.


Zamanında Ceyhun Bayramov tərəfindən təhsil sistemində yüksək vəzifələrə gətirilən, sonradan hörmətli Ceyhun müəllimin etimadını yerlə bir edən, müsbət reputasiyasına zərbə vuran vəliyevalar və onların komandası barədə tezliklə ciddi tədbirlər görülməzsə, vəziyyət nəzarətdən çıxa bilər. Bütün fəaliyyəti ilə dövlətin təhsil siyasətini sabotaj edən, geniş ictimai narazılıq formalaşdıran, Azərbaycan təhsilini 5-ci kolonun təcrübə laboratoriyasına çevirən, Bakı məktəblərini böyük məhəbbətlə mehribancasına məhv edən qruplaşmaya qarşı ciddi tədbirlər görülməlidir. Ölkə rəhbərliyinə müraciət edərək baş verənlərə təcili müdaxilə etmələrini, gələcəyimizi məhv etməyi hədəfləyən qruplaşmanın fəaliyyətinə son verilməsini təmin etmələrini xahiş edirik. Baş verənlərə susqunluq nümayiş etdirmək gələcəyimizə öz əlimizlə zərbə vurmağa bərabərdir. Biz hamımız övladlarımız-gələcəyimiz üçün narahatıq. Onların taleyi ilə oynayanları isə bu xalq, tarix bağışlamayacaq.


"Gündəm Xəbər"

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini vəzifəsindən azad edildi

    Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini ...

    1-02-2021, 11:04

  • 
  • Mikayıl Cabbarov Məhəbbət Vəliyevanı müavin təyin etdi...

    Mikayıl Cabbarov Məhəbbət Vəliyevanı müavin təyin ...

    6-12-2014, 01:45

  • 
  • Məhəbbət Vəliyevanın nazir olma eşqi... - İLGİNC

    Məhəbbət Vəliyevanın nazir olma eşqi... - İLGİNC ...

    17-07-2020, 15:43

  • 
  • Emin Əmrullayev Təhsil Naziri təyin edildi

    Emin Əmrullayev Təhsil Naziri təyin edildi ...

    27-07-2020, 12:24

  • 
  • Emin Əmrullayev köhnə eşalonun kadrıdır? - İDDİA

    Emin Əmrullayev köhnə eşalonun kadrıdır? - İDDİA ...

    5-12-2020, 17:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu