Qarabağ qazisinin iki nömrəsi bayram günündə ləğv edilib
31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə gecə yarısı balansını artırmaq istəyən 1-ci dərəcəli Qarabağ qazisi Bakcelldən gözləmədiyi “həmrəylik sürprizi” ilə üzləşib. Gecə 12 olan kimi mobil operator birdən -birə əlil müştərisinin 2 nömrəsini ləğv edib! (?) Verilən avtomatik cavabda nömrələrin təyin edilmədiyi bildirilib. Axı, nömrələrin ləğv edilməsi üçün tələb olunan 6 aylıq -180 günlük müddət 2023-cü ilin ilk günlərində tamam olur! ? Bir də MƏHZ 31 dekabrda dünya azərbaycanlıları ilə birlik paylaşımı günündə saat 12-ni göstərən kimi iki nömrənin birdən ləğv edilməsi nəyə xidmət edir ? Gecə ilə Bakcellə elektron qaydada müraciət edən əlil-istehlakçıya nömrənin aktiv qalma və ləğv edilməsi müddəti haqqında (gündüz) bilgi verən müştəri xidmətləri təmsilçisi “təəsüflə nömrələri yoxlaya bilməyəcəyini, 555 -pullu əlaqə mərkəzinə zəng etməyi tövsiyə edib “.
Onu da vurğulayaq ki, iki nömrənin balansında toplam 40 manata yaxın vəsait var və Bakcell müştəri xidmətləri təmsilçisi nömrənin ləğvi ilə balansın da silindiyini və nömrə bərpa olunduqda belə balansın bərpa olunmadığını vurğulayıb. Əcəb xidmətdir, əcəb istehlakçı hüququdur, bir saniyə nömrəni aktiv etməyə gecik və həm nömrəndən, həm də balansındakı pulundan məhrum ol. Bu ona bənzəyir ki, qaz , su, işıq pulunu vaxtından bir gün gec ödəsən sayğacı anında bloklayıb, açıb aparmalıdırlar? Eyni zamanda , digər mobil operatorlarda belə “gecə ləğvetmə xidmətləri” yoxdur axı! Qarabağ qazisi -istehlakçı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin elektron xidmətlərinə baş vuraraq hüququnun və nömrələrinin bərpasını diləyib. Yəqin hələ bayramın kefindədirlər. Kef başa çatan kimi, əlil-istehlakçı hüquqlarının müdafiəsi ilə məşğul olarlar...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?