GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Lənkərandan sanki tanklar keçib...Yerli rəhbərlik və AAYDA yolları Suriyaya döndərib

Lənkərandan sanki tanklar keçib...Yerli rəhbərlik və AAYDA yolları Suriyaya döndərib

Tarix: 16-01-2023, 19:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 378


Cənub şəhərində bu illər ərzində nə işıqlanma, nə asfaltlama, nə abadlıq-quruculuq işləri həyata keçirilib; baş memarın həbsindəki müəmmalar nədən xəbər verir?


Lənkəran kimi turizm potensialı olan şəhərə gələnlər özlərini sanki Suriyada müharibə getmiş, yollarından tanklar keçmiş küçələrdə hiss edirlər. Çünki şəhərin istər mərkəzi, istər ara yolları fəlakət vəziyyətindədir. Bu gün Lənkəran yollarının başdan-ayağa yenidən asfaltlanmasına ehtiyac var ki, bu haqda nə yerli rəhbərlik, nə Avtomobil Yolları Dövlət Agentliyi düşünür. Nəticədə Lənkəranın küçələrindən sanki tanklar keçib: yollar kələ-kötür, çala-çuxur, bərbad vəziyyətdədir. Ümumiyyətlə, Lənkəranda elə yer yoxdur ki, normal asfalt görəsən. Bəs bu qədər vəsait hara gedib? Prezident Lənkərana səfər edərsə, ona hansı asfaltlanmış yolları göstərəcəklər? Biz hələ kəndlərdən danışmırıq, Lənkəranın kəndləri dəhşətli vəziyyətdədir. Amma şəhəri düzəlib ki, kənd yollarına da baxılsın?! Halbuki Lənkəranda sürətlə binalar tikilir, obyektlər açılır, satılmayan boş yer az qala qoymayıblar, yəni “qaz vurub, qazan doldururlar”, di gəl yollarına baxan yoxdur. Şəhər qonaqlı-qaralı, turisti olan bir bölgədir, xüsusən yay mövsümündə dənizinə görə gələnlər olur, amma yolları utanverici haldadır. Bunu rayon icra hakimiyyəti və AAYDA rəhbərliyi düşünsələr, yaxşı olar. 

Digər bir problem isə tikintilərlə bağlıdır. Şəhər İH-nin baş memarı həbs olunsa da, digər vəzifəlilər məsuliyyət daşımadılar. Halbuki baş memar icra başçısından xəbərsiz hansısa qanunsuz fəaliyyət göstərə bilməz. Bu, olduqca bəsit məsələdir. Yeri gəlmişkən, Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binası sözün həqiqi mənasında dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib. İlk qanunsuzluq bu binanın tikilməsi zamanı böyük bir yaşıllıq zolağının məhv edilməsindən başlayıb. 

Ekoloji cinayətinə göz yumulan tikinti sahibləri bundan sonra qanunları təməl qazıntısına atıb üstünü betonlayıblar. Sözügedən tikinti qonşuluqda yaşayan vətəndaşları ciddi narahat edir və müvafiq dövlət qurumlarına şikayət göndərilib. “Yaxın məsafədə Səmədbəy Mehmandarovun və Həzi Aslanovun doğuldugu ev və həyət görünür. Qədim tariximizin şahidi olanlar indi sag deyillər. Ancaq biz onların varisləri kimi bu həyətdə ömür sürürük. 

Biz burada bir neçə nəsil yaşamışdıq, qeyri-adi hadisələrin şahidi olmamışdıq, ancaq keçən il olduq. Keçən il yaşadığımız evin yarım metrliyində hasardan o tərəfdə, bizi aldadaraq, ağ vərəqə imza atdırmış və üç mərtəbəli “Medicana Çentr” adı altında 8 mərtəbəli bina tikiblər. 

Biz öz həyətimizdə duranda binanın balkonları başımız üstündə çətir kimi durur!”Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatı adından Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev (artıq həbs edilib) isə bildirmişdi ki, şəhərin Füzuli küçəsi 7 ünvanında Hadızadə Hünər Fəttah oğlunun mülkiyyətində olan 0.06751 ha torpaq sahəsində 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi şəhər İcra hakimiyyəti ilə razılaşdırılmışdır: “Lakin H.Hadızadə tərəfindən mansardın yerinə əlavə mərtəbədə tikinti-quraşdırma işləri aparıldığından şəhər lcra hakimiyyətinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. 

Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 23 sentyabr tarixində inzibati qaydada protokol tərtib edilmişdir”. İcra Hakimiyyəti bununla işini bitmiş hesab edib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi bildirib ki, ərazidə heç bir tikinti quraşdırma işlərininin aparılmadığı aşkar olundu. Yeri gəlmişkən, məlum olub ki, tikinti prosesinə Hünər Hadızadə və Hikmət Əsədov rəhbərlik edib. 

Tikinti məcəlləsində, bina tikintisi üçün təstiq edilmiş bütün maddələr kobud şəkildə pozulmuşdur! Belə ki, tikinti üçün ayrılmış Lənkəran şəhər Füzuli küçəsi 7 ünvanında Hünər Hacızadənin mülküyyətində olan 0.06751 ha torpaq sahəsinin, hamısında tikinti aparılmışdır, hətta 1 kv² metr belə istirahət üçün yer saxlanılmamışdır! Binanın çirkab suları axıtmağa və kanalizasiya sistemi ümumiyyətlə yoxdur və harasa axıdılası yerdə yoxdur. Bu adamlar hansı statusa malikdirlər ki, Azərbaycan Respublikasının Ali Qanunlarını heçə sayırlar, dövlət qurumlarının qərarlarını görməzdən gəlib, istədikləri kimi tikinti aparırlar?!

Ancaq məsələlər təkcə yolların bərbad, tikinti bumunda qanunsuzluq halları ilə məhdudlaşmır, Lənkəran baxımsız vəziyyətdədir. Şəhərin idarəçiliyi yalnız obyektlər üçün şərait yaratmaqdan, torpaq satmaqdan ibarətdir. Bu illər ərzində Lənkəranın nə işıqlanması, nə asfaltlanması, nə abadlıq-quruculuq işləri həyata keçirilib. Ona görə bu cənub şəhəri heç vaxt icra başçısı sarıdan bəxti gətirməyib. Gələn dağıdıb, gedən viran qoyub, işləməyib talayıblar, biznes qurublar, amma Lənkəran kimi bir cənub mirvarisinə qayğı göstərmək, diqqət yetirmək yada düşməyib. Bax, bu biganəliyin qurbanıdır Lənkəran...Onu da bildirək ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun adı ötən il müavini Rasilə Arifqızının törətdiyi qanun pozuntunlarından sonra tez-tez hallanmağa başladı. 

Belə ki, ötən il R.Arifqızının 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıldı və məhkəmə tərəfindən təqsirli bilinən sabiq müavin 4 min manat cərimə olundu. 1996-cı ildən bəri 5 fərqli rayonda icra başçısı olan Qaraşovun müavini ilə bağlı qalmaqaldan sonra vəzifəsini itirəcəyi ilə bağlı məlumatlar yayılmağa başladı. Mediada gedən son iddialara görə, onun yaxın vaxtlarda istefası da mümkün ehtimallardan idi. Rəsilə Arifqızı ilə yanaşı baş memarın həbsi də suallar doğurmaqdadır.Lənkəranda danışırlar ki, “balıq başdan iylənər”, baş memarı rəhbərlikdən icazəsiz bu işləri necə görə bilib? Ən azı istintaq bu suallara cavab tapmalıdır. Oxşar hadisə Abşeron İH-də də olmuşdu. Baş memarın həbsindən bir neçə ay sonra İradə Gülməmmədova başçı vəzifəsini itirdi. Belə iddialar səslənir ki, Lənkəranda da eyni qərar təkrarlana bilər. Onsuz da ölkədə idarəetmə modeli dəyişir, islahatlar aparılır, iqtisadi rayonlar yaradılır və prezidentin səlahiyyətli nümayənədləri təyin olunur, belə olan təqdirdə İH-lərə zərurət qalmır. Odur ki, gedişat icra hakimlərinin vəzifələri ilə vidalaşacağını, bu strukturun sıradan çıxarılacağını deməyə əsas verir. Xatırladaq ki, bir mütddət öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Elgün Abdullayev və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyev vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb. Elgün Abdullayevə Cinayət Məcəllənin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçilib. Son xəbərlərdə iddia edilir ki, başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri Vüqar Məmmədov da müəyyən neqativ olayların iştirakçısı olub. Qarşı tərəfin mövqeyini işıqlandırmağa, rayon rəhbərliyinin problemlərlə bağlı münasibətini dərc etməyə hazırıq.


Rafiq Qara

“Gündəm Xəbər”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avtomobil yolları ilə bağlı mühüm qərar

    Avtomobil yolları ilə bağlı mühüm qərar ...

    14-05-2014, 10:49

  • 
  • Şabran rayonunun bərbad küçələri

    Şabran rayonunun bərbad küçələri ...

    30-04-2013, 21:53

  • 
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı

    Azərbaycanda yeni dövlət qurumu yaradıldı ...

    15-02-2018, 10:30

  • 
  • Bakıda “Zimbabve məhəlləsi”– Foto/Reportaj

    Bakıda “Zimbabve məhəlləsi”– Foto/Reportaj ...

    20-09-2018, 15:54

  • 
  • Prezidentin Lənkəran səfəri: Taleh Qaraşovla Müşviq Rəhimov ifşa olundu - Detallar

    Prezidentin Lənkəran səfəri: Taleh Qaraşovla ...

    20-09-2017, 11:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu