GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Türkiyəli biznesmen Gürcüstanda Talıbovlara bağlı əmlak imperiyasını necə qurub?

Türkiyəli biznesmen Gürcüstanda Talıbovlara bağlı əmlak imperiyasını necə qurub?

Tarix: 24-01-2023, 15:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 228


Türkiyəli biznesmen Emin Uçar Azərbaycanın Naxçıvan eksklavında sərvət qazanıb. Yeni sənədlər və müsahibələr onun Naxçıvanı 27 il idarə etmiş Vasif Talıbovun ailəsinə bağlılığını, onun əlaltısı olduğunu üzə çıxarıb. Araşdırmanı Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsi (OCCRP) yayıb.

Gundemxeber.az pressklub.az-a istinadla bildirir ki, araşdırmaya görə, Türkiyə vətəndaşı Uçar son illər Gürcüstanda 270 milyon dollarlıq biznes və mülkiyyət imperiyası qurub. Onun şirkətinin Fransanın Accor şirkətilə birgə idarə etdiyi üç otel də bu sıradadır.

Accor əlaqələrə yenidən baxıOCCRP Uçarın Vasif Talıbov və ailəsini təmsil etdiyini, onun şirkətlərinin Talıbov ailəsinə bağlı böyük holdinqlərlə açıq əlaqələri olduğunu qeyd edir. Uçarın vəkilləri onun sərvətini istiqrazlardan qazandığını desələr də, biznesmenin idarə etdiyi şirkətlər Azərbaycanda dövlət kontraktları əldə edib.

Araşdırmada deyilir ki, Gürcüstan paytaxtı Tbilisidə opera binası yaxınlığındakı “Dinehall” restoranı, Fransanın Accor şirkəti ilə birlikdə tikilən beşulduzlu otel Uçarın biznes imperiyasına daxildir. Accor-dan OCCRP-yə bildirilib ki, Uçarın Talıbovlarla iddia olunan münasibətləri fonunda Uçarla əlaqələrə yenidən baxılır.

“Azərbaycanın Şimali Koreyası” adlandırılan Naxçıvanda Talıbov idarəçiliyi dövründə çoxsaylı insan haqları pozuntularının baş verdiyi bildirilir. Talıbov ötən il dekabrın 21-də istefa verib. AzadlıqRadiosunun regiondan hazırladığı reportajlarda sakinlər şikayətlərini dilə gətirib, həmin dövrdə həbs olunanlar üzləşdikləri işgəncələrdən danışıblar. Naxçıvanda müstəqil media susdurulub, dissidentlər psixiatrik klinikalara salınıb, saxlananlar döyülüb, digər işgəncə növlərinə məruz qalıb.

Dövlət kontraktları

OCCRP hələ 2022-ci ilin fevralında Uçarın Talıbov ailəsinə bağlarını aşkarlayıb. Jurnalistlər Talıbovun illik 26 min dollar məvacib almasına baxmayaraq, hakimiyyəti dövründə sərvət yığdığını üzə çıxarıblar.

Araşdırmaçı jurnalistlər indi isə Talıbovun holdinqlərinin çoxunun Uçarın şirkətləri tərəfindən maskalandığını ortaya qoyublar. Azərbaycanda “Gəmiqaya”, Gürcüstanda “Maqro Group” kimi şirkətlərin daxil olduğu şəbəkə 2000-ci illərin əvvəllərindən Azərbaycanda onlarla dövlət kontraktı əldə edib.

Hazırda “Gəmiqaya”nın sahibliyi məsələsi qaranlıq qalır. Talıbov istefa verəndən bir həftə sonra “Gəmiqaya”nın adı dəyişdirilərək “Arkoz” olub. Bu isə Uçara bağlı başqa bir şirkətin adıdır.

İnsan haqları təşkilatları Talıbovların “Gəmiqaya”nı idarə etdiyini desələr də, bu informasiya açıq olmadığından onu təsdiqlətmək çətindir. Ancaq şirkətin keçmiş işçisi OCCRP-yə deyib ki, Uçar göstərişləri Talıbovlardan alırdı.

Ziddiyyətli açıqlamalar

Uçarın Gürcüstanda Talıbovun oğlu Rzanın adından əmlak alması, onların şirkətlərə birgə sahibliyinə dair sənədlər aşkarlanıb.

Rza suallara cavab verməyib. Ancaq Uçarın şirkəti “Maqro”nun və Talıbovu kiçik oğlu Seymurun vəkilləri Uçarla bu ailənin biznes əlaqələri haqda ziddiyyətli açıqlamalar səsləndiriblər.

Seymurun vəkili deyib ki, Rza Talıbov və Uçar “Naxçıvanda Gəmiqaya adını daşıyan müxtəlif şirkətlərin həmtəsisçiləridir”. Maqro və Uçarın vəkili isə bildirib ki, onlar “iddianı birmənalı təkzib edirlər”.

Uçarın vəkili onun “nə keçmişdə, nə də indi özündən başqa kimsənin biznesi üçün” saxta təmsilçilik etdiyini, həmişə qanuni davrandığını bildirib. O, biznesmenin investisiyasının banklardan gələn faizlərdən qaynaqlandığını vurğulayıb.

Etibarnamə

Ancaq OCCRP Rza Talıbovun Uçara 2012-ci ilin fevralında bir ay müddətinə verdiyi etibarnamənin fotosunu yayıb. Talıbov biznesmenə Gürcüstanın Batumi şəhərində onun adına mülk almağı etibar edib. Həmin ilin iyunundan isə Rza Uçara bu dəfə iki ay müddətinə etibarnamə verir. Bu dəfə tarixi binaya bitişik 1.2 milyon dollarlıq mülk alınır, Uçar təmsilçi kimi satış sənədlərini imzalayır.

Maqro-dan OCCRP-yə deyilib ki, o zaman Rza Talıbovla Uçar biznes ortağı idilər və “belə məsələlərdə bir ortağın digərindən kömək istəməsi tamamilə təbiidir”.

İki il sonra, 2014-cü ildə Rzanın aldığı binalarda “Divan Suites Batumi” beşulduzlu oteli açılıb. O zaman Rza Talıbov “Gəmiqaya Holdinq”in sədri kimi mərasimdə qırmızı lenti kəsir.

Talibov istefa verdiyi ərəfədə isə Rza “Divan Suites” otelini 18 milyon dollara satışa çıxarıb.

Gürcüstan üçün risk

“Transparency International” təşkilatının antikorrupsiya eksperti Sandro Kevxişvili deyir ki, Azərbaycanda potensial korrupsiya ilə yığılan pulun investisiyası “Gürcüstan üçün korrupsiya riski yaradır”.

“Sərvətini korrupsiya ilə yığan şəxs bu pulu sərmayə qoyduğu ölkədə də eyni metodlara əl atacaq – özəlliklə də güclü antikorrupsiya mexanizmləri, bu riskləri azaldacaq qərarvermə sistemi olmayan bir ölkədə”, – ekspert vurğulayıb.

Bir il öncə OCCRP-nin açıqladığı hesabatda deyilirdi ki, Rza və Seymur Talıbov qardaşları “Credit Suisse”, “Barclays” və digər xarici banklarda müxtəlif hesablar açaraq, atalarının avtoritar hakimiyyəti altında Naxçıvan əhalisi əziyyət çəkdiyi bir dönəmdə şübhəli pul köçürmələri vasitəsilə 20 milyon dollardan çox pul qazanıblar.

GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vasif Talıbov YAP-ın İdarə Heyətindən kənarlaşdırılır - GƏLİŞMƏ

    Vasif Talıbov YAP-ın İdarə Heyətindən ...

    11-01-2023, 20:29

  • 
  • Vasif Talıbovun oğlunun toyundan görüntülər - FOTO/VİDEO

    Vasif Talıbovun oğlunun toyundan görüntülər - ...

    16-09-2017, 11:43

  • 
  • Ərdoğan Vasif Talıbov haqda nələr deyib?

    Ərdoğan Vasif Talıbov haqda nələr deyib? ...

    9-04-2014, 10:40

  • 
  • Vasif Talıbov yeni qurum yaratdı

    Vasif Talıbov yeni qurum yaratdı ...

    22-12-2017, 11:50

  • 
  • Vasif Talıbov müavinini işdən çıxardı

    Vasif Talıbov müavinini işdən çıxardı ...

    16-11-2017, 15:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu