Prezidentin Naxçıvan səfəri barədə müəmmalı xəbərlər var; Türkiyədə həbs edilən məmurun müzakirə olunduğu iddia edilir
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə mühüm məlumatlar verib. Məlumatlar Naxçıvanla bağlıdır. Ona görə də Ərdoğan qayıdan kim İ.Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb. Naxçıvan Beynəlxalq Hava Limanında dövləti başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşılayıblar. Prezident Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşüb. Prezident Ərdoğanın ona çatdırdığı bəzi məsələləri aydınlaşdırmaq istəyib. Baş nazir Vasif Talıbov, PKK, sərhəd və ticarətlə əlaqəli müəyyən informasiyalar əldə edib və onu prezidentin diqqətinə çatdırıb. Məlumdur ki, dekabrın 17-də Türkiyə Mütəşəkkil Cinayətkarlıq və Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin İstanbul və Ankara şəhərlərində həyata keçirdiyi əməliyyatlarda həbs edilənlərin Azərbaycanla da əlaqəsinin olduğu barədə iddialar var. Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovun saxlanılması bomba effektli xəbər olsa da, nədənsə Azərbaycan rəsmiləri bu barədə danışmağı xoşlamır. Xatırladaq ki, Mirməhəmməd Seyidov Türkiyə ilə Naxçıvanı bir-birinə birləşdirən “Dilucu Sərhəd Qapısı”nda həbs edilib. Onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Hakimiyyət daxilindən məlumatlı mənbənin bilgisinə görə, M.Seyidovun həbsi Azərbaycanın gömrük sistemini ciddi silkələyib. Yuxarıdan tapşırıq verilib ki, təcili gömrük məntəqələrində İran pullarının “yuyulmasına” aidiyyəti ola biləcək adamların təmizlənməsi əməliyyatına başlanılsın. Mənbə qeyd edir ki, görüşdə Ərdoğan bu məsələni də diqqətə çatdırıb və Naxçıvanda müzakirə olunduğu iddia edilir. Qaynağımız iddia edir ki, Ərdoğan Naxçıvanda gedən proseslərdən və Talıbovun əməllərindən agah olduğunu vurğulayıb və prezidenti də bu məsələdə ayıq-sayıq olmağa çağırıb. Rafiq Qara
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?