Ötən yazımızda Nəsimi Rayon icra hakimiyyətinin əməkdaşlarının rüşvət tələb etmə faktı ilə bağlı məlumat vermişdik. Redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, məlum səs yazısı ilə əlaqədar icra hakimiyyəti və ərazinin "JEK" rəisi Yasin Əliquliyev yaman hərəkətə keçib. Belə ki, adı hallanan qurumun əməkdaşları sahibkarı hədələməklə yanaşı, onun sahibkarlıq fəaliyyətinə mane olacaqlarını iddia edirlər. "GundemXeber.az" saytı olaraq apardığımız araşdırmaların nəticəsini oxucularımızın diqqətinə çatdırırıq ki, İcra hakimiyyətinin Təsərrüfat şöbəsinin məsul əməkdaşları Elvin Bağırov və Kamran adlı şəxslər barəsində Baş Prokurorluğa rəsmi müraciət olunub. İkinci səs yazısında açıq-aydın rüşvəti hansı formada alacaqlarını bildirən dövlət məmurları təbii ki, məsuliyyətə cəlb ediləcək. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın... İkinci səs yazısını da təqdim edirik:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?