“Gündəm Xəbər” qəzetinin e-mail poçtuna Ucar rayonu Qarabörk kənd sakini İsmayılov Elnur Əlikram oğlu tərəfindən daxil olan şikayət məktubunda yazır:
“Bu şikayətimdə yazıb Sizə bildirirəm ki, məndə olan sudurqaya görə 10 il müddətində 2-ci dərəcəli əlil olmuşam.Əlilliyin müddəti bitdiyi üçün təkrar həkim komissiyasından keçib sənədlərimi Tibbi Sosial Ekspertiza Komissiyasına göndərdikdə mənə əlillik dərəcəsi təyin olunmasından imtina edildi. Bundan sonra mən Ucar rayon Xəstəxanasına gəlib xəstəlik sənədlərimi istədikdə direktor Zeynal Bayramlı mənə bildirdi ki, xəstəlik sənədlərin özündədir. Mən və atam direktor Z.Bayramlıya şahidlə subut etsək də xəstəlik sənədlərimi ondan ala bilmədik. Ümumiyyətlə o bizim dediklərimizə əhəmiyyət vermədi və Atamın sinəsindən itəliyib təhqqir edərək bizi oradan qovdu.
Bu açıq aşkar qanunsuzluqdur ki, direktor Zeynal Bayramlı bizə qarşı edir.
Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlı insanlarla kobud rəftar edir. Ucar sakinləri müayinə və müalicə üçün qonşu rayonlara üz tuturlar.
Mənim xəstəlik sənədlərimi Zeynal Bayramlı götürərək qəsdən məhv edib yada ki, itirib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevdən və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcraçı direktoru cənab Vüqar Qurbanovda xahiş edirəm şikayətimi yerində mənim iştirakımla araşdırıb xəstəlik sənədlərimi itirib məhv etmiş, insanlarla kobud rəftar edən, dövlət xəstəxanasında ciddi qanunsuzluqlara yol verən Zeynal Bayramlının barəsində qanunu tədbirlər görəsiniz.”
“Gündəm Xəbər” redaksiyası olaraq, yazıda ittiham olunan direktor Zeynal Bayramlının da mövqeyini dinləməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?