Ucar rayonu Koroğlu küçəsi ev 24 sakini Ələkbərov Oktay Qüddəsər oğlu bu gün Ucar rayon Mərkəzi Xəstəxanasında intihara cəhd etdi. GundemXeber.Az-ın redaksiyasını məlumatlandıran Mustafayev Rəvan Aydın oğlu bildirib ki, Ələkbərov Oktayın intihar etməsinin qarşısı hadisə yerinə gələn polislər tərəfindən alındb.
Belə ki, Ələkbərov Oktay Qüddəsər oğlu bir nəçə gün əvvəl video müraciət edərək Ucar rayon Xəstəxanasının direktoru Zeynal Bayramlı oğlunu operator vəzifəsinə qoymaq adı ilə 3500 manat pulunu alıb onu aldatması barədə şikayət etmişdi. Oktay Ələkbərov bildirmişdi ki, oğlum Ceyhunu Ucar rayon xəstəxanasına operator vəzifəsinə qoymaq üçün Zeynal Bayramlıya 3500 manat pul verdim. Bir neçə aydan sonra oğlumun vəzifəsini dəyişdi həm də dərəcəsini aşağı saldı.
Buna görə mən dəfələrlə Zeynal Bayramlının qəbulunda oldum axırda məni otağından qovdu.
Oktay Ələkbərov Ucar rayon Xəstəxanasının direktoru Zeynal Bayramlıdan oğlunu əvvəlki işinə qaytarmağı dərcəsini bərpa etməyi əks təqdirdə isə rüşvət kimi alınmış 3500 manat pulu geri qaytarmağı tələb etmişdi.
Buna baxmayaraq baş həkim onun tələbini yerinə yetirmədiyi üçün bu gün xəstəxananın qarşısnda intihara cəh etmişdir.
Zeynal Bayramlının qanunsuz fəaliyyətindən Ucar rayon əhalisi çox əziyyət çəkirlər, ciddi narazılıqlar yaranıb.
Sorğu
Yeni dizaynımız necədir?