GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycanın xarici siyasətinə gəlir mənbəyi kimi baxanlar – ŞOK FAKTLAR

Azərbaycanın xarici siyasətinə gəlir mənbəyi kimi baxanlar – ŞOK FAKTLAR

Tarix: 6-02-2023, 23:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 887

5-ci kolonun nümayəndəsi Elxan Azayev XİN-nin milyonlarını necə  mənimsədi?  


  Xarici İşlər Nazirliyinin bir sıra işçilərinin xəyanəti nəticəsində onlarla gənc  həyatını itirdi, yüzlərlə gənc şikəst oldu. Onların korrupsiya əməlləri, dövlət büdcəsini talamaq ehtirası Azərbaycanın ədalətli mövqeyinin dünyanın aparıcı ölkələri tərəfindən dəstəklənməsində ciddi problemlər yaratdı. 

 Dövlət tərəfindən lobbiçilik hərəkatı üçün ayrılan milyonlarla vəsait E.Məmmədyarov çetesinin 3-4 

nəfər üzvünün iştahını doyurmaqdan o yana keçmədi. Bu gün həmin çetenin bir üzvü XİN-in Həmkarlar İttifaqının sədri, Avropa ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri, adı dəfələrlə böyük yeyintilərdə, məhkəmə çəkişmələrində hallanan “Diplomat-2008” şirkətinin sədri, 2020-ci ildə DTX-nın həyata keçirdiyi 

antikorrupsiya əməliyyatı nəticəsində saxlanan, Rusiyanın xidmət orqanları ilə sıx əlaqəsi olduğu iddia olunan  Azayev Elxan Çərkəz oğludur.

  Lap əvvəldən başlayaq. Qeyd etdiyimiz kimi, ixtisasca su mühəndisi olan bu adamın diplomatik və elmi fəaliyyəti birbaşa Rusiya Federasiyası ilə bağlı olmuşdur. Rusiya Dövlət Kitabxanasında onun siyasi liderlərin kommunikativ qabiliyyətlərinin inkişafı adlı dissertasiyası  FB 9 95-1/1822-0 B 9 95-1/1823-9 bu kodlar altında saxlanılmaqdadır. İddia edilir ki, Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevlə də onun bağlılığı buradan doğur. Su mühəndisi olan E.Azayevin siyasi psixologiyadan necə dissertasiya yazması bir başqa mövzudur, təbii ki, Elxan Çərkəz oğlu Ağayev gül kimi vaxtını sərf edib psixoloji elmlər üzrə namizədlik dissertasiyası yazan deyildi ki!

  Kitabxanada onun avtoreferatı aşağıdakı məlumatları ehtiva edir: Азаев, Эльхан Черкез-оглы. “Развитие коммуникативных способностей политических лидеров : автореферат дис. ... кандидата психологических наук : 19.00.12 / Рос. акад. гос. службы при Президенте РФ. - Москва, 1995. - 24 с. Политическая психология Шифр хранения: 9 95-1/1822-0 B 9 95-1/1823-9”. Aparıcı müəssisə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyası. Rusiyanın indiyədək bizə kadr hazırlaması, Azərbaycan Respublikası Prezident Aparatının keçmiş rəhbəri, 5-ci kolonun əsas fiquru sayılan Ramiz Mehdiyev tərəfindən onların respublikada yüksək postlarda yerləşdirilməsi uzaq keçmiş deyil. 1965 ci ildə anadan olmuş Elxan Çərkəz oğlu Azayev də onların bir nümayəndəsi. Yuxarıda qeyd etdiyimiz kimi, əsas ixtisası su mühəndisliyi olan E.Azayevin Xarici İşlər Nazirliyində yüksək post tutması heç də onun bilik və bacarığı ilə bağlı olmayıb, irəlidə haqlarında geniş danışacağımız, DTX-nın antikorrupsiya əməliyyatı ilə əlqədar olaraq həbs olunan Anar və Lamiyə Canəhmədovlarla yaxın münasibəti olub. E.Məmmədyarov 2004-cü ildə xarici işlər naziri təyin olunarkən yuxarıda adları çəkilən şəxslərin məsləhət və israrı ilə E.Azayevi də özü ilə birgə nazirliyə gətirib və onu Həmkarlar İttifaqına sədr qoyub. Amma çox keçmədən korrupsioner nazirlə  E.Azayev çox yaxşı dil tapıb. E.Məmmədyarov Xarici İşlər Nazirliyinin vəsaitlərini ABŞ-da yaşayan oğlanlarına daşıyanda, Elxan Azayev də həmin vəsaitləri Moskvaya, oğlu Elman Azayevə yönəldib. Əldə etdiyimiz məlumata görə, Elman Elxan oğlu Azayev 2017-ci ildə Moskva ətrafında yerləşən kiçik Jukovski şəhərində LİNK qeyri-dövlət Beynəlxalq Menrcement İnstititunda təhsil alıb və onu da qeyd edək ki, həmin ildə qəbul olunanlar arasında ən aşağı balı da o toplayıb. Riyaziyyatdan cəmi 27 bal. Lakin atasının imkanları hesabına Elman Azayev 2019-cu ildə “Vahid Rusiya” Partiyasının parlament seçkilərinə Jukovski dairəsindən 1 nömrəli namizəd kimi qatılıb. 1 nömrəli birmandatlı Seçki Dairəsi üzrə “Vahid Rusiya” partiyasından növbəti mərhələdə namizədliyi irəli sürülmək məqsədi ilə namizədlərin əvvəlcədən səsverməsində iştirak üçün əvvəlcədən namizədlərin səsvermə siyahısında onun adı 1-ci yerdə durur. Olqa Puşkaryovanın 24 may 2019-cu ildə facebook-da paylaşdığı “Ya Jukovski” adlı qrupda da siyahı onun adı və soyadı ilə başlayır. Oğlu ardıcıl imperiya siyasəti yürüdən, hətta deputatlarından bəzizsi Bakını bombalamağa çağıran “Vahid Rusiya”çıların sırasında dayanan Elxan Azayev Azərbaycan Xarici İşlər Nazirliyinə hansı xeyri verə bilərdi? Əlbəttə, heç bir xeyri! Amma buna baxmayaraq R.Mehdiyevin himayəsi sayəsində bu adamın bir əli Latın Amerikasına, o biri əli uzaq Afrikanın Ser Leona- Fritaun şəhərinə gedib çatırdı. Baxmayaraq ki. Bu adam Xarici İşlər Nazirliyində konkret olaraq Avropa ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri postunu tutub. 

 Elxan Azayev qohumu Çngiz Ağayev adlı şəxsi də onun biznes işini idarə etmək üçün bir müddət Fritauna ezam etmiş və orada qiymətli daşların emalı zavodu tikməklə məşğul olmuşdur. Deyə bilərsiniz, Xarici İşlər Nazirliyi hara, Fritaunda Qiymətli daşlar zavodu hara. Ümumiyyətlə, Elxan Azayev daş və qumu 

həmişə diplomatoyadan üstün tutub. Vaxtilə Qubada çaylardan “rigl” və qumların da Bakıya satış məqsədilə daşınmasına da o, rəhbərlik edib. Əldə etdiyimiz  məlumata görə, “Quba karxana əməliyyatında” da E.Azayevin yuxarıda adını çəkdiyimiz qohumu Çingiz Ağayev onun iş icraçısı olub və fəhlələrə əməllicə atıb. Deyilənə görə, hətta bir müddət telefonunu da bağlayıb ki, fəhlələr onu 

tapmasınlar.   

  Əlbəttə, E.Ağayevin Fritaunda təşkil etdiyi biznesinin nazir Elmar Məmmədyarovdan, onun özündən və onların Prezident Aparatındakı himayədarlarından başqa heç bir kimsəyə, o cümlədən Azərbaycan dövlətinə bir qara qəpiklik xeyri dəyməyib. Amma zavodun tikinti, nümayəndənin gedib - gəlmə xərclərin hamısı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin büdcəsindən 

ödənilib. 

  Təbii ki, E.Azayevin “bisnes bacarığı” onun getdikcə E.Məmmədyarova və nazirlikdə at oynada Canəhmədovlara daha da yaxınlaşmağa imkan vermişdir. Nəticədə çox keçmədən ömründə bir gün belə diplomatik işdə çalışmayan E.Azayev Azərbaycan dövlətinin strateji marağında olan Avropa ölkələri üzrə 

kurator vəzifəsinə təyin olunub. Vəzifə təsadüfən seçilməmişdi, həmin dövrdə Azərbaycan hökuməti Qarabağ məsələsi ilə bağlı Avropa parlamentariləri ilə isti münasibətlər qurmağa çalışır və bu iş üçün böyük məbləğdə vəsaitlər ayırılırdı. Həmin vəsaitlər Xarici İşlər Nazirliyinin Maliyyə Şöbəsinin rəisi olan Lamiyə Canəhmədovanın nəzarəti altında mənimsənilirdi. O, pulun bir hissəsini Amerika, bir hissəsini isə Avropa ölkələri üçün sənədləşdirir, Amerika üçün ayrılan vəsaiti əri, XİN-in ABŞ ölkələri üzrə idarəsinin rəisi Anar 

Canəhmədovun və digər hissəsini isə Avropa üzrə kurator Elxan Azayevin adı ilə mənimsəiyirdi. Deyilənə görə, büdcədən Xarici İşlər Nazirliyi üçün ayrılan vəsaitin 20 faizini E.Məmmədyarov özü götürürmüş. Buna görə də xaricdəki səfirliklərimiz uzun illər maliyyə qıtlığı içində yaşadıqlarından bir iş görə bilməyiblər. Qərb 

ölkələrində lobiçiliyə can atan Azərbaycan hökumətinin xərclədiyi milyonlar bu cür tamahkar, acgöz “diplomatlar” tərəfindən mənimsənildiyindən dünyanın bir çox ölkələri bizim ədalətli müharibəmizi dəstəkləmədi. 

  

Ona görə də Azərbaycan Prezidenti 2020-ci il iyulun 16-da yeni XİN naziri 

C.Bayramovu qəbul edərkən demişdi: “Bəzi diplomatlar dövlətə xəyanət ediblər, 

satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət 

orqanlarının nəzarətindədirlər. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ 

ilə bağlı kifayət qədər məlumatlar var”. 

  

  Həmin adamların önündə isə Elmar Məmmədyarovun sevimlisi Elxan Azayev və Canəhmədov ər-arvadı gedirdi. Əslində, nazirlikdə uzun müddət maliyyə maxinasiyaları aparan şəbəkənin nüvəsində E.Məmmədyarovun birbaşa özünün rəhbərlik etdiyi bu 3-4 nəfər olmuşdur. Onların ən əsaslarından biri olan, Rusiyada siyasi liderlərlə bağlı elm iş müdafiə edərək “alim” adını qazanan nazirliyin yetkisi Elxan Azayev E.Məmmədyarov və Canəhmədovların etmadını doğrultduqdan sonra ona daha bir vəzifə etibar edilmişdi. Tikinti biznesinə nüfuz etmək. Elxan Azayev 2008-ci ilin sentyabrında 25 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata aldırdığı şirkəti “Diplomat-2008” adlandırır. Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman 

Rüstəm küçəsi ev 33 A, 53-də (XİN-in Konsulluq İdarəsinin keçmiş binası ilə üzbəüz) yerləşən şirkətin tikdiyi binaların xərcinin yarısından çoxunu, hətta bəzi iddialara görə, 75 faizi XİN-in büdcəsindən ödənildiyi halda satışdan əldə olunan vəsait “buxarlanıb”. "DİPLOMAT 2008" Mənzil Tikinti Kooperativinin məqsədi XİN-nin hesabına guya səfirlərə bina tikmək olub. Şirkət XİN-in arxasında, “Nizami” metrosu yaxınlığında, M.İbrahimov 53-də 20 mərtəbəli, “Ağ şəhər”də Birinci fəvvarə küçəsində yeddi bloklu başqa bir bina tikmişdir. Birinci adını çəkdiyimiz binada 166 kv. mənzilin qiyməti 600 min manat olmuşdur. Maraqlıdır ki, həmin binalardakı mənzillərdən yalnız 9-da diplomatlar yaşayır. Qalanını isə imkanlı adamlar alıblar. Təbii ki, həmin sırada Canəhmədovların və E.Azayevin 3-4 mənzilini də qeyd etməliyik. Hər nə olur olsun, mənzil məsələsini başa düşürük, amma “Diplomat-2008”-in Sumqayıtda ticarət mərkəzi tikməsini anlamaq olmur. 

Yəni bazarın XİN-ə nə aidiyyatı?


  Amma bu da anlaşılandır, kişilər pul qazanmaq istəyib. Qəribəsi odur ki, başdan-ayağa korrupsiya, rüşvət girdabında boğulan Elxan Azayev  2012-ci ilin iyul ayında nazirin təqdimatı ilə “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” diplomatik rütbəsinə layiq görülüb. Görünür, elə bu cəzasızlıq onu daha da ruhlandırıb. Hətta mənzillərin satışı yekunlaşdıqdan sonra da binadakı evləri alan və borcunu ödəmiş insanlara məktub göndərərək yenidən vergi borcu adıyla hər kvadrat metr üçün 40 manat tələb etməyə başlayib.


    Ümumiyyətlə, dünya diplomatiyası adına ləkə ola biləcək bu şəxslərin hələlik heç birisi layiqli cəzasını almayıb. E.Azayevin sonrakı fəaliyyəti barədə növbəti yazımızda.



“Gündəm Xəbər”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DTX-nın göz altına aldığı "çetenin" korrupsiya əməlini təsdiqləyən sənəd – Atteşenin haqqı necə buxarlanıb?

    DTX-nın göz altına aldığı "çetenin" ...

    3-07-2020, 17:35

  • 
  • XİN şefində bu sərvət hardandır? - FAKT

    XİN şefində bu sərvət hardandır? - FAKT ...

    21-01-2020, 16:49

  • 
  • Elmar Məmmədyarov istefa ərizəsi yazıb – XİN RƏHBƏRİNİN İŞƏ ÇIXMAMASININ SƏBƏBİ BƏLLİ OLDU

    Elmar Məmmədyarov istefa ərizəsi yazıb – XİN ...

    16-07-2020, 13:50

  • 
  • Elmar Məmmədyarovdan DTX-nın əməliyyatı ilə bağlı AÇIQLAMA: - "İstefa verəcəyim..."

    Elmar Məmmədyarovdan DTX-nın əməliyyatı ilə bağlı ...

    10-07-2020, 17:20

  • 
  • Elmar Məmmədyarovun “XİN MMC”-si: Ukraynadakı səfirimizin diplomatik toxunulmazlığının SİRRİ

    Elmar Məmmədyarovun “XİN MMC”-si: Ukraynadakı ...

    17-02-2020, 12:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu