GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Elmar Məmmədyarovun “XİN MMC”-si: Ukraynadakı səfirimizin diplomatik toxunulmazlığının SİRRİ

Elmar Məmmədyarovun “XİN MMC”-si: Ukraynadakı səfirimizin diplomatik toxunulmazlığının SİRRİ

Tarix: 17-02-2020, 12:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 463
Elmar Məmmədyarovun “XİN MMC”-si: Ukraynadakı səfirimizin diplomatik toxunulmazlığının SİRRİ


Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin diplomatik fəaliyyətinin bu ölkədəki bəzi mülkiyyətlərin öz adına keçirməsindən ibarət olduğu barədə məlumat vermişdik. Onu da bildirmişdik ki, səfirin bu əməlləri hətta Ukrayna mediasında geniş şəkildə işıqlandırılıb.

Gundemxeber.Az ovqat.com-a istinadla bildirir ki, səfir təyin olunandan cəmi 2 il sonra ortaya çıxan bir çox skandallara Azər Xudiyevin özü rəvac verib. Belə ki, o, ilk əvvəl Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyevin 2008-ci korrupsiya yolu ilə mənimsədiyi 2.4 milyon dolları ələ keçirmək savaşına girişib. Məlumata görə, səfir Azər Xudiyev sələfi Tələt Əliyevlə bağlı Ukraynanın Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət edib. Şikayət ərizəsində T.Əliyevin 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyini, binanın isə təmir olunmadığını bildirib. Ukrayna Baş Prokurorluğu araşdırmalara başlayıb və sabiq səfirin Kiyevdəki evində axtarış aparılıb.

Beləcə, Ukraynada başlayan diplomatik skandalların sədası Azərbaycana da gəlib çıxıb. Bir çox deputatlar “ev bizim, sirr bizim” məntiqilə Azər Xudiyevin niyə bu şikayəti öz hüquq mühafizə orqanlarına deyil, Ukraynadakı müvafiq qurumlara etdiyinə dair məsələ qaldırıblar. Hətta deputat Eldar İbrahimov Ukrayndakı səfirimizin azərbaycanlı bir iş adamının mülkiyyətini ələ keçirmək üçün ermənilərlə əməkdaşlıq etməkdə günahlandırıb.

“İndi ay Azər Xudiyev, sən uzun illər orada çalışmış azərbaycanlı diplomatı aparıb erməni əsilli daxili işlər nazirinin əlinə verirsən ki, bunu məhv elə. Düzünü deyim ki, mən Azər Xudiyevin bu hərəkətlərini bir azərbaycanlı kimi qəbul edə bilmirəm. Mətbuatdan da tanış oldum ki, Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı məsələ Xarici İşlər Nazirliyi tərəfindən araşdırırılır. Əgər belə bir hallar olubsa, Azər Xudiyev Azərbaycanın müvafiq orqanlarına məlumat verməliydi. Sənin əgər damarlarında azərbaycanlı qanı axırsa, belə etməliydin. Hesab edirəm ki, hər bir səfir təmsil etdiyi bölgədə Azərbaycanın güzgüsüdür. O, təmsil etdiyi ölkədə azərbaycanlılarla görüşməli, problemləri ilə yaxından maraqlanmalıdır. Ta aparıb bir azərbaycanlını erməni əsilli daxili işlər nazirinin əlinə verməməlidir”, - Eldar İbrahimov mətbuata açıqlamasında belə deyib.
Nəzərə alsaq ki, deputat Eldar İbrahimovun təbirilə desək, erməni Daxili İşlər nazirinə yem edilən Tələt Əliyev həm də keçmiş səfir kimi sirr daşıyıcısıdır və onun bu zəif vəziyyətindən istifadə edilərək bir çox sirlərə vaqif olmaq mümkündür, Azər Xudiyevin bu hərəkəti ağla başqa şübhələri də gətirir. Bunları araşdırmağı xüsusi xidmət orqanlarının ixtiyarına buraxaraq, biz məsələnin başqa məqamlarına diqqət yetirmək istəyirik.

Səfirin azərbaycanlı iş adamlarının qanına susamış Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakovla şübhəli əlaqələri bu ölkədə yaşayan imkanlı soydaşlarımızın gözünü elə qorxudub ki, onlar Ukraynada min cür təhlükələrə məruz qalsalar da səfirliyimizə müraciət etməyi belə ağıllarına gətirmirlər. Saytımıza açıqlama verən bir vətəndaşımızın (təhlükəsizlik baxımından adının açıqlanmasını istəmir) sözlərinə görə, azərbaycanlı iş adamları Azər Xudiyevin bu hərəkətindən sonra Ukraynadakı Azərbaycan səfirliyinə pənah aparmağı düşmən toruna düşmək kimi qiymətləndirir və problemlərini başqa yollarla həll etməyə çalışırlar.
Maraqlıdır ki, deputat Eldar İbrahimovun iki il əvvəl dilə gətirdiyi bu haqlı irad belə Azər Xudiyev üçün dərs olmayıb. O, məlum skandaldan bir il sonra əlaqələrindən istifadə edərək bir Ukrayna vətəndaşının da mülkiyyətini ələ keçirmək istəyib və bu “əməliyyatda” səfirliyin imkanlarından faydalanıb. Səfirin Ukrayna vətəndaşı Olqa Yeryomenkonun mülkiyyətini ələ keçirmək cəhdi həmin ölkənin mətbu orqanlarında geniş şəkildə işıqlandırılıb. Amma cəmi 4 illik diplomatik fəaliyyətində ən azı iki dəfə böyük maliyyə qalmaqallarında adı hallanan Azər Xudiyevə indiyədək gözün üstündə qaşın deyən olmayıb. Sual oluna bilər: Azər Xudiyev diplomatik toxunulmazlıq həddini aşan bu gücünü hardan alır?

Zənnimizcə, bu suala ən dolğun cavabı elə səfirin özü verib. O, mülkiyyət qalmaqallarının yaşandığı 2018-ci ilin sentyabr ayında Ölkə.Az"a eksklüziv açıqlamasında bildirib: "Əlbəttə ki, mən dərhal bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinə məlumat vermişəm. Ötən gün də Nazirlikdən olan şəxslərlə danışmışam. Onlar da məsləhət gördü ki, bu barədə faktları dilə gətirim”.

Səfir XİN-də kiminlə məsləhətləşdiyini açıq şəkildə deməsə də, ağla iki nəfər gəlir. Bunlardan biri, sözsüz ki, Xarici İşlər naziri Elmar Məmmədyarov, digəri isə nazirliyin Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri Elxan Çərkəz oğlu Azayevdir. Ovqat.com-un əldə etdiyi məlumata görə, Ukrayna Avropa Birliyinə daxil olmasa da, XİN-də bu ölkəylə iş Elxan Azayevə tapşırılıb. Zira Ukrayna məsələsi Avropa Birliyinin ən çox üzərində baş sındırdığı problemlərdəndir və bu ölkəylə diplomatik əlaqələri “qoca qitə”ni istisna edərək yürütmək olmaz. Nazirlik də məhz bu amilləri nəzərə alıb Ukraynadakı səfirimizi də Elxan Azayevin kurasiyasına verib.
Məhz bu məqam da Azər Xudiyevin qeyri-adi “diplomatik” toxunulmazlığına aydınlıq gətirir. Belə ki, həm Elmar Məmmədyarovun, həm də Elxan Azayevin tikinti biznesiylə məşğul olduğu artıq ifşa olunub. Üstəlik, o da aydın olub ki, XİN-in ali rəhbərliyi öz sərmayələrini Azərbaycanda yox, Avropa ölkələrində yatırmağa üstünlük verirlər. Hər halda bunu tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli iddia edir. Jurnalist Ən “təmiz” nazirin “natəmiz” əməlləri: Elmar Məmmədyarov nazirdir, yoxsa tikinti maqnatı?sərlövhəli məqaləsində yazır: “...Məmmədyarov belə məsələlərdə diplomat hiyləgərliyi ilə kifayət qədər ehtiyatlıdır. O, ümumiyyətlə, parlaq görünməyi sevmir, 2 milyonluq əmlakı göz qabağında deyil, uzaq Amerikanın göydələnlərində almağa üstünlük verir. Elə biznesi də mümkün qədər özündən və ailə üzvlərindən uzaq tutmağa çalışır, bunu başqalarının üzərindən reallaşdırmağı məqsədəuyğun hesab edir.

Halbuki XİN rəhbəri Azərbaycanda ən iri tikinti maqnatlarından biridir və bu biznesi nazirlikdə yüksək diplomatik rütbə daşıyan Elxan Çərkəz oğlu Azayevin vasitəsilə idarə edir.

Kimdir Elxan Azayev?

Məmmədyarov 2004-cü ildə nazir vəzifəsinə təyin olunandan sonra onu Xarici İşlər Nazirliyinin Həmkarlar İttifaqı komitəsinə rəhbər gətirib. Nazirin təqdimatı ilə 2012-ci ilin iyulunda dövlət başçısının fərmanı ilə Elxan Azayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. Hazırda isə Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəridir.
Məmmədyarov 2008-ci ilin sentyabrında Elxan Azayevlə tikinti biznesinə qərar verir və “DİPLOMAT 2008” (Şirkətin adı da maraqlıdır-Ovqat.com) Mənzil Tikinti Kooperativini qeydiyyatdan keçirir. Şirkət 25 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb.
Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 33 A, 53-dür. Ofisi XİN-in Konsulluq İdarəsinin keçmiş binası ilə üzbəüzdə yerləşir.
Dövlət reyestri məlumatlarına görə, qanuni təmsilçisi Elxan Çərkəz oğlu Azayevdir.
Şirkəti idarə edən Azayevin diplomat kimi fəaliyyətilə bağlı mənbələrdə heç bir məlumata rast gəlmək olmur. Onun adı bir neçə dəfə şirkətin satdığı mənzillərlə bağlı məhkəmə çəkişmələrində çəkilir”.

Zənnimizcə, adı dəfələrlə mülkiyyət fırıldaqçılığında keçən, hətta azərbaycanlı iş adamlarını aparıb “Ukraynanın erməni əsilli Daxili İşlər nazirinin əlinə verən” (iddia deputat Eldar İbrahimova aiddir) Azər Xudiyevin diplomatik toxunulmazlığının sirri də Cavanşir Həsənlinin üstünü açdığı həqiqətlərin altında yatır. Belə görünür ki, o, əslində həmin əməlləri öz şəxsi mənfəəti üçün deyil, Xarici İşlər naziri Elmar Məmmədyarovun biznes maraqları üçün edirmiş. Prinsipcə, Azər Xudiyevin indiyədək öz vəzifəsini qoruya bilməsini başqa məntiqlə izah etmək mümkün deyil. Məsələyə bu məntiqlə yanaşanda onun özünü sığortalamaq üçün dediyi “Mən dərhal bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinə məlumat vermişəm” sözləri də Elmar Məmmədyarova göndərilmiş ismarış təsiri bağışlayır. Yəni demək istəyir ki, “Elmar müəllim, mən sizin “XİN MMC”-nin Ukraynadakı nümayəndəsiyəm. Nə etmişəmsə, bu “MMC”-nin biznes maraqları üçün etmişəm. Siz də zəhmət çəkin, öz işçinizi qoruyun”. Azər Xudiyevin indiyədək səfirlik fəaliyyətini sürdürə bilməsindən belə görünür ki, onun mesajı öz ünvanına çatıb.

Azər Xudiyevin səfir təyin edilməsinin zamanı da maraqlı bir dövrə təsadüf edir. Məlum olduğu kimi, Ukraynada 2014-cü ildən bəri yaşanan böhran həmin ölkədə daşınmaz əmlakların qiymətini xeyli ucuzlaşdırıb və böyük tikinti maqnatlarının diqqətini özünə cəlb edib. Azər Xudiyevin də məhz həmin böhranlı dövrlərdə - 2016-cı ildə Ukrayna səfirliyinin başına gətirilib və ilk işi mülkiyyət biznesindəki skandalları ilə yadda qalmaq olub.

P.S. Başda Elmar Məmmədyarov olmaqla yazıda adı keçən hər kəsin mövqeyini işıqlandırmağa hazırıq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • XİN Ukraynadakı səfirliyimizdə yoxlamalara başladı - 2,4 milyonluq təftiş

    XİN Ukraynadakı səfirliyimizdə yoxlamalara ...

    6-11-2018, 11:57

  • 
  • Azərbaycanın Ukraynadakı səfirliyində audit yoxlamaları başladı – Qanun pozuntuları var

    Azərbaycanın Ukraynadakı səfirliyində audit ...

    11-12-2018, 19:00

  • 
  • Ukraynadakı səfirimizin prokurorluğa şikayətindən Elmar Məmmədyarovun xəbəri olubmu?

    Ukraynadakı səfirimizin prokurorluğa şikayətindən ...

    5-11-2018, 19:46

  • 
  • "Erməni nazirə şikayət etmək biabırçılıqdır” – "Azər Xudiyev XİN-ə çağırılmalıdır”

    "Erməni nazirə şikayət etmək biabırçılıqdır” ...

    2-11-2018, 12:08

  • 
  • "Keçmiş səfir Tələt Əliyev 2,4 milyon dollar dövlət vəsaitini oğurlayıb" — İndiki səfirdən SENSASSİON AÇIQLAMALAR + SƏNƏDLƏR

    "Keçmiş səfir Tələt Əliyev 2,4 milyon dollar ...

    31-10-2018, 22:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (385)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu