GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “AYDAN ARI, SUDAN DURU” SABİQ REKTOR... - Nurlana Əliyevanı Ankaraya aparan səbəblər nədir?

“AYDAN ARI, SUDAN DURU” SABİQ REKTOR... - Nurlana Əliyevanı Ankaraya aparan səbəblər nədir?

Tarix: 25-02-2023, 12:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 312


“AYDAN ARI, SUDAN DURU” SABİQ REKTOR...

Son günlər Bakı Slavyan Universitetinin (BSU) Əlavə və Qiyabi Təhsil Şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması mətbuatda geniş müzakirələrə səbəb olub.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə barəsində məcburi məhkəməyə gətirilmə qərarı qəbul olunmuş BSU-nun sabiq rektoru Nurlana Əliyevanın ölkədə olmadığı elan olunub. Məlum olub ki, N. Əliyeva məcburi gətirilmə ilə bağlı vəsatət müzakirə olunan vaxt ölkədən gedib. Bir çoxları bunu sabiq rektorun məhkəmədən yayınmaq üçün ölkədən qaçması kimi təqdim etməyə başladılar.
Hakim Əli Məmmədov deyib ki, aidiyyəti orqanlar vasitəsilə Nurlana Əliyevanın ölkə sərhədlərinə daxil olmadığı barədə məlumat alıb. Onun hazırda Türkiyənin Ankara şəhərində olduğu bildirilir. Qeyd edək ki, məhkəmə N. Əliyeva barəsində yanvarın 18-də keçirilən iclasda qəbul olunan qərarı qüvvədə saxlayıb. O, ölkəyə daxil olan kimi polis vasitəsilə məhkəməyə gətiriləcək.
Məlumat üçün qeyd edək ki, Baş Prokurorluq Dürdanə Əliyevanın tələbələrin təhsil haqlarını mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə cinayət işi açıb. D.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham olunur.
Onun universitetdə ikinci ali təhsil alan 100 tələbənin 1000-7000 civarında təhsil haqqını xəzinəyə köçürməyərək mənimsədiyi, həmçinin bir sıra şəxslərdən universitetdə işə düzəltmək və başqa adlarla pul alaraq onları aldatdığı bildirilir.


“Aydan arı, sudan duruyam”

Qeyd edək ki, sabiq rektor yerli mətbuata açıqlamasında ölkədə olduğunu, barəsində yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: “Mən Türkiyədə olduğuma görə, məhkəmə proseslərinə gedə bilməmişdim. Mənim məhkəməyə zorla aparılmağıma lüzum yoxdur, növbəti prosesə özüm gedəcəyəm. Mənim ölkədən qaçmağım barədə deyilənlər yalandır. Mən aydan arı, sudan duruyam, hazırda evimdə oturmuşam. Məhkəməyə də ona görə getməmişəm ki, bu barədə mənə hər hansı rəsmi bildiriş gəlməyib”.

“Təkbaşıma etməmişəm...”

Ötən ilin fevralında keçirilən məhkəmə iclasından sonra BSU-nun eks-şöbə müdiri Dürdanə Əliyeva mətbuata açıqlamasında sözügedən əməli təkbaşına törətmədiyini bildirərək, BSU-nun sabiq rektoru Nurlana Əliyevanın və həmin vaxt mühasib işləyən şəxsin də məsuliyyətə cəlb olunmasını tələb edib.
“Musavat.com”un əldə etdiyi məlumata görə, sabiq rektor mətbuata açıqlamasında “növbəti məhkəməyə gəlib ifadə verəcəm” desə də, ölkəyə qayıtmayıb.
Onu da qeyd edək ki, haqqında yayılan rüşvət məsələləri ilə daim gündəmdə olan sabiq rektor hazırda sözügedən məhkəmə prosesində şübhəli şəxs statusunda deyil. Nədənsə 1 ildən artıqdır davam edən istintaq prosesində hadisələrin mərkəzindəki əsas fiqur hesab olunan Nurlana xanım indiyə qədər bir dəfə də olsun məhkəmədə iştirak etməyib. Əvəzində belə qalmaqallı işdə adı hallanan və elə və bu yeyinti faktı əsasında kreslosuyla vidalaşan Nurlana Əliyeva ölkədən qaçaraq, bütün diqqətləri öz üzərinə çəkib.
Bəs, görəsən 77 yaşlı sabiq rektoru bu yaşında Ankaraya aparan səbəb nədir? “Aydan arı, sudan duruyam” deyən N. Əliyeva niyə məhkəməyə gəlməkdən boyun qaçırır? İstər-istəməz belə qənaət yaranır ki, N. Əliyeva vaxtilə vəzifədə olarkən yol verdiyi nöqsanlara görə cəzalandırılmaqdan, korrupsiya cinayətlərinin üstünün açılmasından və bu yaşında ömrünün son illərini dəmir baramaqlıqlar arxasında keçirməkdən qorxur.
Qeyd eək ki, filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Dilçilik İnstitutunda Şura üzvü, Azərbaycan Respublikası Əməkdar Müəllimi, “Şöhrət” ordeni sahibi, 1990-2016-cı illərdə(26 il) M.Ə.Sabir adına Pedaqoji Kollecin direktoru, 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru, 2009-2021-ci illərdə (12 il) YAP Qadınlar Şurasının sədri olan N. Əliyeva daim qalmaqallı hadisələrlə gündəmə gəlib.

“Susmaq razılıq əlamətidir”

Sabiq rektor 2016-c ildə BSU-ya təyin olunduğu ilk gündən “adından söz etdirməyi” bacarmışdı. Onun da ilk işi sələfləri kimi, öz kreslosunu və otağındakı mebelləri yeniləmək olmuşdu. Ancaq sabiq rektor öz otağıyla kifayətlənməmiş, binanın fasadını da yeniləməyi qərara almışdı. Rektorun qərarı əsasında BSU-nun giriş hissəsinin fasadında Azərbaycanın tanınmış şair və yazıçılarının - Nizami, Mirzə Fətəli Axundov, Nəsimi, Nəriman Nərimanov və Məhsəti Gəncəvinin təsvir olunduğu mozaika sökülmüşdü.
Böyük narazılığa səbəb olan həmin hadisəyə sabiq rektor bu cür reaksiya vermişdi: “Əvvəl mozaika söküldü, sonra yarıda saxlanıldı. Təhsil nazirinə məktub yazdıq. Fasadın dizaynını da göndərdik. Təhsil Nazirliyində məktuba baxıldı, ancaq bizə cavab gəlmədi. Sözün düzü, mən belə başa düşdüm ki, yəqin, razıdırlar və ona görə cavab vermirlər. Razı olmasaydılar, zəng vurub deyərdilər ki, sökülmə prosesini dayandırın”.
Xatırladaq ki, 2016-cı ilin 2 sentyabr tarixində Təhsil Nazirliyində ali təhsillə bağlı kollegiya iclası keçirilmiş, həmin iclasın yekununda BSU-da aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməyərək qanunvericiliyin tələblərinin və icra intizamının pozulmasına görə təhsil müəssisəsinin rektoru N. Əliyevaya ciddi xəbərdarlıq edilmişdi.

BSU-da “korrupsiya tüğyanı”

N. Əliyevanın BSU-dakı rektorluğunun birinci ilindən etibarən universitetdə korrupsiya, rüşvət və “tapşırıq” ön plana çıxmışdı. Ümumiyyətlə, bu günün acı reallığı budur ki, bütün təhsil müəssisələrimizdə üzdə olmasa da, rüşvət mövcuddur.

BSU-nun bu təhsil ocaqlarından fərqi onda idi ki, rüşvət açıq-aşkar istənilirdi və alınırdı da. Hazırda qiymətin dəyişib-dəyişmədiyini deyə bilmərik, amma N. Əliyevanın fəaliyyəti dövründə kəsirə görə 200 manat civarında rüşvət alınırdı. İmtahana daxil olmadan ödəniş edən tələbələrə “güzəşt” tətbiq olunurdu və bu zaman 150 manat rüşvət ödənirdi. Korrupsiya şəbəkəsinə isə dekan və dekan müavinləri daxil idi.
Dekan müavinləri semestr imtahanları dövründə topladıqları pulları dekanlara, onlar da öz növbəsində başdakı şəxsə çatdırırdılar. Bu ənənə 2016-2020-ci illərdə sözügedən formada davam edib. Həmin dövrdə BSU-da rüşvət alınmayan tələbə tapmaq müşkül idi. Çünki suni əngəllərlə (aşağı bal yazaraq, imtahan vərəqini təkrar-təkrar yoxlayaraq və s.) tələbəni əmin edirdilər ki, imtahana girməyin heç bir anlamı yoxdur. Ona görə də tələbələrin əksəriyyəti 50 manatlıq “güzəşti” nəzərə alıb, elə imtahan öncəsi bu pulu verməyə məcbur olurdu.

Rusiya səfirliyinin təlimatı və Yevgeni Primakova həsr olunan müsabiqə...

2019-cu ildə BSU-da böyük rezonans doğuran daha bir hadisə həmin ilin oktyabrında tələbələr arasında Azərbaycan xalqına düşmən münasibət bəsləyən, keçmiş Sovet İttifaqının və Rusiyanın rəhbərliyində təmsil olunan Yevgeni Primakovun 90 illik yubileyi münasibətilə keçirilən esse müsabiqəsi idi.
1990-cı il yanvar ayının 20-də Sovet qoşunlarının Azərbaycan paytaxtına soxulmasında və qanlı hadisələrin törədilməsində, Qarabağ məsələsində, eləcə də ümumilikdə Rusiyanın imperiyaçılıq siyasətində ən aparıcı fiqurlardan olan Primakovun Azərbaycanda görkəmli dövlət xadimi kimi anılması səs-küysüz ötüşməmişdi. O vaxt yerli mətbuat və sosial şəbəkə istifadəçiləri Nurlana Əliyevanı Azərbaycanın milli maraqlarına xəyanət etməkdə suçlayaraq, onun cəzalandırılmasını tələb etmişdilər.
Həmin vaxt BSU rəhbərliyinin bu məsələyə münasibəti isə daha biabırçı olmuşdu: “Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovşağında beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin layihəsi olub. BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri Səfirliyin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər. Bir faktı da xüsusi qeyd etmək istəyirik ki, Rusiya Federasiyası Azərbaycanın böyük və qüdrətli qonşusudur. Tarixən ölkələrimiz arasında sıx siyasi, iqtisadi, mədəni əlaqələr mövcud olub”.

Göründüyü kimi, sabiq rektorun tapşırığı əsasında hazırlanan açıqlamada Azərbaycan xalqından üzr istəmək əvəzinə, Rusiya səfirliyinin ölkəmiz əleyhinə olan (Həmin vaxt Rusiya səfirliyi Azərbaycan Dillər Universitetinə də Y. Primakovla bağlı müsabiqə keçirməyi təklif etmiş, lakin ADU bu təklifi rədd etmişdi-red.) bu addımına dəstək ifadə olunub.
Onu da qeyd edək ki, N.Əliyevanın bu anti-milli addımından sonra mətbuatda bir sıra ilginc iddialar yayılmışdı. Bu iddialarda hətta N. Əliyevanın erməni kökənli olduğu bildirilmişdi. Qeyd olunmuşdu ki, N. Əliyevanın anası Tamara adlı erməni qadını, atası isə azərbaycanlı olub...

“Harda müxalif düşüncəli adam gördüz, tüpürün üzünə”

Öz çıxışlarında jarqonlara üstünlük verən və bununla da öz səviyyəsini nümayiş etdirən N. Əliyeva universitet tədbirlərindəki çıxışlarında tez-tez müxalif şəxsləri, siyasətçiləri (Əbülfəz Elçibəyi misal göstərərək-red.) aşağılamağa, hətta təhqir etməyə çalışırdı.
Məsələn, 2019-cu ildə universitetdə H. Əliyevə həsr olunan tədbirlərdən birində çıxış edən N. Əliyeva belə bir cümlə işlətmişdi: “Harda müxalif düşüncəli adam gördüz, tüpürün üzünə”.
Bəli, bu, hər hansı küçə adamının yox, universistet rəhbərinin, illərin pedaqoqunun gənc tələbələr qarşısında işlətdiyi cümlədir...
Sadalanan faktlardan da aydın olur ki, sabiq rektor heç də özünün ifadə etdiyi kimi, “aydan arı, sudan duru” olmayıb. Əksinə, onun “BSU macəraları”yla bağlı düzgün araşdrıma aparılarsa, xeyli sayda gizli cinayətlərin üstü açıla bilər./“AzPolitika.info”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BSU-nun sabiq şöbə müdiri tələbələrdən 226 min manat rüşvət almaqda ittiham olunur

    BSU-nun sabiq şöbə müdiri tələbələrdən 226 min ...

    23-08-2021, 19:32

  • 
  • BSU-nun şöbə müdirinə cinayət işi açıldı

    BSU-nun şöbə müdirinə cinayət işi açıldı ...

    29-04-2021, 16:10

  • 
  • Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirinin ibtidai istintaqı başa çatıb

    Bakı Slavyan Universitetinin rüşvət alan şöbə ...

    27-07-2021, 14:01

  • 
  • Baş redaktorun məhkəməsində şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb

    Baş redaktorun məhkəməsində şahid barəsində ...

    8-02-2019, 14:42

  • 
  • "Həyat yoldaşımı işə düzəltmək üçün Dürdanə Əliyevaya 10 min manat verdim" - MƏHKƏMƏ

    "Həyat yoldaşımı işə düzəltmək üçün Dürdanə ...

    14-02-2022, 11:54


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu