GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əlixanov qardaşları Qubada MEYDAN SULAYIR... - Prezidentə müraciət olundu

Əlixanov qardaşları Qubada MEYDAN SULAYIR... - Prezidentə müraciət olundu

Tarix: 1-03-2023, 17:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 560

“Hörmətli cənab Prezident və Birinci vitse-prezident, Sizlərə açıq müraciətimizin səbəbi illərdir Quba rayonunun Yerfi kəndində baş verən özbaşınalıqlarla bağlıdır. Sizin, Birinci vitse-prezidenti Mehriban Əliyevanın son illər ölkədə orta məktəblərin yenidən qurulmasına, tikilməsinə xüsusi diqqət göstərdiyiniz bir vaxtda Yerfi kəndində məktəb binasının böyük bir hissəsi hazırda istefada olan ədliyyə general-mayoru, son vəzifəsi Penitensiar Xidmətin rəis müavini olan Əlixanov Hüseynağa Ənvər oğlu tərəfindən mənimsənilib və buradakı 2 mərtəbəli bina yerlə-yeksan edilib". Bu barədə Hörmətlə, Quba rayon, Yerfi kəndinin sakinləri adından ölkə rəhbərliyinə edilən müraciətdə deyilir.

Gundemxeber.az bildirir ki, bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə daha sonra qeyd olunur: "Hüseynağa Əlixanov qardaşı, bir müddət kənddə icra nümayəndəsi işləmiş Nazim Əlixanovun vasitəsilə məktəb ərazisindəki 2 mərtəbəli binanı sökdürdükdən sonra hasarlayaraq, illərdir buradan öz şəxsi məsqsədləri üçün istifadə etməyə başlayıblar. Həmin bina keçmiş SSRİ vaxtında bir müddət internat məktəb kimi fəaliyyət göstərib. Eyni zamanda, binanın bir hissəsi idman zalllarından ibarət olub. Bu binanın rayondan 60 km aralıda olan bir kənd üçün dəyəri ölşüyəgəlməz idi. Hazırda belə bir yerdə məhz elə bir binanın tikintisi üçün bəlkə də mükünsüzdür. Əlixanov qardaşlarının bu ağılalmaz özbaşınalığı onsuz da infrastuktur baxımından çətinliklərlə üzləşən ucqar dağ kəndinin məktəbinin tədricən dağılmasınmda, orta məktəbin natamam orta məktəbə keçməsində xüsusi rol oynayıb.
Hörmətli cənab Prezident və Birinci vitse-prezident! Bu azmış kimi kənd əhalisini hədə-qorxu altında saxlayan Əlixanov qardaşları kənddə əhalinin pay torpaqlarından istifadəsinə də imkan vermirlər. Daha doğrusu, orta məktəbin ərazisini belə mənimsəmək cürətini özündə tapan Əlixanov qardaşları əhalinin əlində olan pay torpaqlarının bir qismini qeyri-qanuni olaraq ələ keçiriblər. Bu o torpaqlardır ki, istifadə üçün daha əlverişli yerdə yerləşir. Bir sözlə, faktiki əhali əllərində torpaq aktları olmasına rəğmən, bu torpaqlara yaxın düşə bilmirlər.
Dəfələrlə kənd sakinləri tərəfindən edilən şikayətlərə Quba rayonunun rəhbərliyinin yetərli reaksiyası ortada olmayıb. Həmçinin, Prezident Aparatının o vaxtkı rəhbəri Ramiz Mehdiyevə edilən müraciətlər də cavabsız qalıb. Əksinə, bu adamlara “gözün üstə qaşın var”- deyən tapılmayıb. Quba rayonunun yeni icra başçısı Ziyəddin Əliyev ilk vaxtlar Nazim Əlixanova qarşı sərt mövqe nümayiş etdirsə də, sonradan onun bu kənddə atdığı qeyri-qanuni, cinayət xarakterli addımlara qarşı heç bir kəsərli tədbir görmədi və susmağa üstünlük verdi. Və illərdir bu qardaşlar çox adamı susdurmağı bacarıblar.
Son vaxtlar ölkədə harınlamış məmurlara qarşı görülən qəti tədbirlər biz kənd sakinlərini media vasitəsilə Sizlərə açıq müracətə və bu müraciətin nəticəsinin olacağına ümidləndirir. Sizlərdən xahiş edirik ki, bu kəndə müvafiq qurumlar tərəfindən nümayəndələr göndərilsin və orta məktəb ərazisi, o cümlədən məhz dövlətin verdiyi torpaq aktlarına uyğun torpaqlar əhaliyə qaytarılsın. İnanırıq ki, Əlixanov qardaşlarının heç bir ölçüyə sığmayan özbaşınalıqları ilə bağlı nəhayət ki, ciddi tədbir görüləcək. Bu qardaşlar görünür qeyd olunan özbaşınılıqları həm də arxalarında duran adamlara güvənərək edirlər. Hüseynağa Əlixanov hazırda Ali Məhkəmənin sədri olan Ramiz Rzayevlə qohumluq əlaqələrinə malik olduğu bildirilir. Bundan başqa, Əlixanovun həyat yoldaşı Sona Salmanova Konstitusiya Məhkəməsinin sədr müavinidir”.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Fotoda Quba rayonu Yerfi kənd orta məktəbinin əvvəl və sonrakı vəziyyəti aydın əks olunub. Şəkildən də göründüyü kimi artıq 2 mərtəbəli bina tam yerlə-yeksan edilib. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • GENERAL ƏLİXANOVUN QARDAŞI QUBADA AT OYNADIR

    GENERAL ƏLİXANOVUN QARDAŞI QUBADA AT OYNADIR ...

    13-07-2013, 18:32

  • 
  • Qubalılar generaldan prezidentə şikayət etdilər

    Qubalılar generaldan prezidentə şikayət etdilər ...

    12-08-2013, 17:08

  • 
  • Penitensiar xidmətin rəisi uğrunda mübarizə qızışır

    Penitensiar xidmətin rəisi uğrunda mübarizə ...

    7-03-2016, 17:43

  • 
  • "Qardaşım qeyri-yaşayış obyekti tikir" - Generaldan Açıqlama

    "Qardaşım qeyri-yaşayış obyekti tikir" ...

    27-01-2022, 17:03

  • 
  • General Əlixanovu bitirən qaçış

    General Əlixanovu bitirən qaçış ...

    4-05-2018, 12:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu