GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əlillərin ümidləri 1-ci vitse-prezidentədir, onun tapşırığına isə məsləhətçilər “yox” deyir

Əlillərin ümidləri 1-ci vitse-prezidentədir, onun tapşırığına isə məsləhətçilər “yox” deyir

Tarix: 13-03-2023, 15:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 564


Ədliyyə Nazirliyi, Yol polisi, Sosial Xidmətlər Agentliyindən  dövlətin 1-ci şəxslərinə sayğısızlıq

 

Əli hər yerdən üzülən əlilliyi olan şəxslərin, eləcə də digər ( dəstəyə ehtiyacı olan ) şəxslərin son ümid yerinin dövlətin 1-ci şəxslərinin, özəlliklə, 1-ci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti, xanım Mehriban Əliyeva olması müraciətlərə operativ reaksiya verməsindən qaynaqlanır. 1-ci vitse-prezidentin katibliyinin işi elə yüksək səviyyədə qurulub ki, vətəndaşlar anında qəbul edilir və konkret addımlar atılır. Nə yazıq Prezident Administrasiyasının qəbul şöbəsi haqqında bunu demək mümkün deyil. Təsəvvür edin, Prezidentə müraciət etmək, Prezident Administrasiyasına məktub vermək pullu xidmətlər zərfinə daxil edilib. Müraciətləri PA-da qəbul etməkdən imtina edirlər ki, ödəniş qarşılığında poçtla göndərilməlidir. Eləsi olur ki , heç məktub göndərməyə pulu da olmur, neyləsin? Axı bu tələb Konstitusiyaya qarşıdır. 

1-ci vitse-prezidentin katibliyinin işi nə qədər ürəkaçan olsa da, katiblikdən aidiyyatı üzrə göndərilən müraciətlərə baxılmasının nəticələri bir o qədər də ürəkaçan olmur. Təsəvvür edin, 1-ci vitse-prezidentdən məhkəmə qərarının icrasının təmin edilməsi haqqında müraciətə hansısa məsləhətçi səviyyəsində cavab verilir. “ Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə isə yuxarı dövlət orqanlarından aidiyyatı üzrə göndərilən müraciətlərə qurumun rəhbəri cavab verməlidir. 1-ci vitse-prezidentdən Ədliyyə Nazirliyinə göndərilən müraciətə isə 17.01.2023-cü ildə icra baş idarəsinin böyük məsləhətçisi  Mirnağı Seyidov,  01.02.2023-cü ildə isə məsləhətçi Anar Qurbanov bir cümləlik saymazyana “yox” cavabı veriblər : “Məhkəmə qərarının icrası ilə bağlı 1-ci vitse-prezidentdən Ədliyyə Nazirliyinə daxil olmuş müraciətə baxılarkən  məlum olmuşdur ki, eyni məzmunlu əvvəlki müraciətlərinizə baxılaraq müvafiq cavab verilmişdir”. Təbiidir ki, 1-ci vitse-prezidentə belə sayğısızlıqla məhkəmə qərarlarının onlarla illərdir icra olunmamasındakı özbaşınalığa, korrupsiya faktına son qoymaq mümkünsüzdür. Özbaşınalığa baxın ki, ədliyyə naziri bir yana, heç icra baş idarəsinin rəisinin özü də 1-ci vitse-prezidentdən daxil olan müraciətə  cavab verməyi “şərəfinə sığışdırmır”. Belədə hansı hüquqdan, məhkəmə təminatından, mənzil təminatı hüququndan danışmaq olar? 

ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov da artıq neçənci yoldur ki, ali dövlət hakimiyyəti orqanlarından, 1-ci vitse-prezidentdən daxil olan müraciətlərə,  əlil və şəhid ailələrinə tikilən evin rüşvətlə ayrı-seçkilik edərək gizlin bölünməsi, villaları olanlara, hətta keçmiş -indiki deputatlara, məcburi köçkünlərə əlil evlərindən mənzil ayrılması, qazilərin müalicə olunmaq hüququna qadağa qoyulması özbaşınalığına cavab verməyi “şəninə sığışdırmır”. Bu missiyanı müavini Zaur İbrahimova həvalə edən Vüqar Behbudov unudur ki, 1-ci şəxslərdən daxil olan müraciətlərə sayğısızlıq göstərilməsi sonda sayğısızlıqla görəvindən ayrılması ilə sonuclana bilər. Özbaşınalıq o həddədir ki, SXA 20.06.2016 tarixli dövlətin adından çıxarılan məhkəmə qərarını icra etməkdən imtina edir ki, məhkəmə qərarından  7 il qabaq - 2009-cu ildə icra olunub. Belə hüquqla nəinki 7 ildən sonra,  heç 17 ildən sonra da dövlətin adından çıxarılan məhkəmə qərarının icrası təmin olunmayacaq. Bakı İnzibati Məhkəməsinin də İPM-in 116.-120 maddələrinin tələblərinə uyğun olaraq icranı təmin etməyə borclu olduğu halda, heç tələbkarın ərizələrinə belə baxmaması, 1-ci vitse-prezidentdən, Ali Məhkəmədən,  MM rəhbərliyindən daxil olan müraciətlərə məhəl qoymaması məhkəmə hüquq sisteminin yarıtmazlığını ortaya qoyur. MM-dən söz düşmüşkən, 2019-cu ilin oktyabrın 17-də vitse-spiker Valeh Ələsgərov ƏƏSM naziri Sahil Babayevlə telefonla danışıb və elə həmin gün DSMF-dən Rövizə Behbudova çağırıb Qarabağ qazisi ailəsinin ərizəsini alıb ki, Nizami rayonunda tikilən evdən ailə tərkibinə uyğun üçotaqlı mənzil ayrılacaq. Bundan qabaq DSMF-in sədri Himalay Məmişov iki əlil – elmi işçisi olan ailəni qəbul edib və məhkəmə qərarının icrasının Nizami rayonunda tikilən evdən mənzil almağa yönəltmək üçün nəzarətinə götürüb . Lakin Vüqar Behbudov nə DSMF sədrinin,  nə nazirin tapşırığına əməl edib. 4 il qabaq Rövizə Behbudovanı önə verən Vüqar Behbudov, indi Agentlik sədri kimi dövlətin  1-ci şəxslərinə qanunsuz  cavab vermək səlahiyyətini müavini Zaur İbrahimova tapşırıb. 

Baş Dövlət Yol Polisi İdarəsinin 72 yaşlı rəisi Ramiz Zeynalov da 1-ci vitse-prezidentdən daxil olan müraciətə cavab verməyi müavini  Kamran Əliyevə həvalə edib. Təbii ki, o da 1-ci vitse-prezidentə hörmətsizliyini sürdürür ki nəinki 001, hətta 077, 777 nömrələri də anında satılıb.   1-ci vitse-prezident 1-ci dərəcəli Qarabağ qazisinin  istədiyi 1 nömrəli avtomobil nömrəsini seçmək hüququna sayğı ilə yanaşmağı tapşırır, Baş DYP İdarəsi isə 1-ci vitse-prezidentə də, əlil- istehlakçı hüquqlarına da sayğısızlıq göstərir. 

Hər üç dövlət qurumunun populyar cavabı “it ilində müraciətə cavab verilmişdir” olur. Belə cavablarla “xiyarın düz bitməsi” yalnız “dəvənin beli düzələndə” mümkün olar. 1-ci vitse-prezidentin tapşırığına hansısa məsləhətçi səviyyəsində “yox” deyilən ölkədə, əlbəttə, hüquq yoxa çıxar. 


“Gündəm Xəbər”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Birinci vitse-prezidentin yeni köməkçisi təyin edildi

    Birinci vitse-prezidentin yeni köməkçisi təyin ...

    14-11-2017, 15:45

  • 
  • Vüqar Behbudovdan   1-ci vitse-prezidentə sayğısızlıq

    Vüqar Behbudovdan 1-ci vitse-prezidentə ...

    4-10-2022, 09:16

  • 
  • Birinci vitse-prezidentin yeni köməkçisi Gündüz Kərimov kimdir?

    Birinci vitse-prezidentin yeni köməkçisi Gündüz ...

    15-11-2017, 00:22

  • 
  • Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz üzərinə götürdü

    Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz ...

    26-12-2019, 15:04

  • 
  • Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fərid Qayıbovu UEG-in prezidenti seçilməsi münasibəti ilə təbrik edib

    Prezident İlham Əliyev və Birinci vitse-prezident ...

    3-12-2017, 23:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu