GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vüqar Behbudovdan 1-ci vitse-prezidentə sayğısızlıq

Vüqar Behbudovdan 1-ci vitse-prezidentə sayğısızlıq

Tarix: 4-10-2022, 09:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 548


Sosial Xidmətlər Agentliyi  məhkəmə qərarını icra etməkdən imtina edir


Sosial Xidmətlər Agentliyinin Qarabağ qazilərinə xidmətdən imtina etməsi özbaşınalığına heç kim hüquqi qiymət verilməsini təmin etmir, ya da etmək istəmir. Özbaşınalıq o həddə çatıb ki, qazilərin sanatoriya-kurort müalicəsinin təşkil edilməsindən də imtina edilir. İmtinanın əsası kimi Nazirlər Kabinetinin 12.08.2002 il tarixli qərarı ilə əlilliyə görə pensiya alan hərbi qulluqçuların sanatoriya-kurort putyovkaları ilə təmin edilməsinin ƏƏSMN -in səlahiyyətləri xaricində olması göstərilir. Bəs kimin səlahiyyətləri daxilindədir? Buna isə aydınlıq gətirilmir.

 Sosial Xidmətlər Agentliyinin açıq-aşkar qanuna,  Konstitusiyaya hörmətsizliyi üzə çıxır. Məsələ bundadır ki, NK qərarı Prezident fərmanından, fərman isə qanundan üstün ola bilməz. Prezidentin 30.06.2020 tarixli “ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin  təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 1077  saylı fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.11 və 3.1.12 maddələrində əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı tədbirlər görmək; vətəndaşların  sanatoriya – kurort putyovkaları  ilə təmin olunmasını TƏŞKİL ETMƏK Sosial Xidmətlər Agentliyinin vəzifələrinə aid edilib . Agentlik isə Prezidentin fərmanını saymır. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” qanunun tələbinə görə, müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyatı üzrə göndərməli və bu barədə müraciət edənə məlumat verməlidir. Sosial Xidmətlər Agentliyinin qanuna hörmətsizliyi ilə Konstitusiyaya, Konstitusiyanın qarantı olan Prezidentə də sayğısızlığı üzə çıxır. 

Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi isə dövlətin adından çıxarılan məhkəmə qərarını 7-ci ildir icra etməkdən qərəzlə imtina edir. Bakı İnzibati Məhkəməsinin 20.06.2016 tarixli , 2-1 (81)-1095/16 saylı qərarı ilə 1-ci dərəcəli Qarabağ qazisinin iki əlil elmi işçisi olan dörd  ayrı ailədən ibarət on nəfərlik ailəsi yeddinci ildir dövlətin adından çıxarılan məhkəmə qərarının icrasına nail olub mənzillə təmin oluna bilmir. Nə Ombudsman qanunla üzərinə qoyulan  məhkəmə qərarlarının VAXTINDA icra olunmamasına görə pozulmuş insan hüquqlarını bərpa edir, nə məhkəmə İnzibati Prosessual Məcəllənin 216-220 maddələrinin tələblərinə uyğun olaraq borclu inzibati orqana icranın məcbur edilməsi üçün sanksiyalar tətbiq edir;  Bakı İnzibati Məhkəməsi heç tələbkar 1-ci dərəcəli Qarabağ qazisinin ərizələrinə belə qeyri-prosessuallıqla baxmır. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin özbaşınalığa özbaşınalıqla qiymət vermə(mə)si də barəsində şikayət edilən qurumla qeyri-prosessual münasibətə girməsindən qaynaqlanır. Təsəvvür edin, tələbkarın borclu Sosial Xidmətlər Agentliyinin Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində əlil və şəhid ailələrinə tikilən evin rüşvətlə gizlin bölünməsindən 161-ə şikayətinə Ombudsmanın işə qarışmasının sonucu olaraq 2 ildən sonra  (?) 09.09.2021-ci ildə izahatı alınmaqla “baxılıb” və 13 aydır özünü Rəşad Məmmədov kimi təqdim edən prokurorluq əməkdaşının nə özü tapılır, nə də qərarı. Belə bəlli olur ki, korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşı  rüşvətlə cinayəti ört- basdır edir. Ədliyyə Nazirliyinin icra məmurlarından heç danışmaq mümkün olmur , rüşvətlə tələbkarı borclu çıxarıb, həbslə tələbindən imtina etdirirlər. Qalır dövlətin birinci şəxslərinin dövlət adından qarantiyası. 

2022-ci ilin 10 iyununda 1-ci vitse-prezidentin katibliyinin rəisi Altay Həsənovun qəbulunda olan 1-ci dərəcəli Qarabağ qazisi ailəsinin şikayəti Ədliyyə Nazirliyinə və ƏƏSMN -ə göndərilib . Bu günlərdə - 4 aydan sonra (?)  Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov hətta şərəfinə sığışdırıb cavabı imzalamaqdan da imtina edib,  müavini Zaur İbrahimov bir sicilləmə cavabla 1-ci vitse-prezidentə hörmətsizliyini elə  ortaya qoyub ki, dövlətə də, onun başçılarına da Konstitusiyaya da inam ölüb. (ƏƏSMN RƏHBƏRLİYİNƏ XATIRLADIRIQ ki, ALİ DÖVLƏT HAKİMİYYƏTİ ORQANLARINDAN DAXİL OLAN MÜRACİƏTLƏRƏ CAVABI qanunun tələbinə görə QURUMUN BAŞÇISI İMZALAMALIDIR). Təsəvvür edin, Sosial Xidmətlər Agentliyi 2016-cı il tarixli məhkəmə qərarının 7 il qabaq (?) icra olunduğunu bildirib,  Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində reabilitasiyanın isə Bakı İnzibati Məhkəməsinin qərardadı ilə mümkün olmadığını vurğulayıb. Buna da şükür, 7 il qabaq müalicə olunmağı əsas tutmayıb. 

ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin xidmətdən imtinasının  məhkəmə bazarlığına son qoyan olacaqmı? Ümumiyyətlə, xidmətdən imtina edən,  qaziləri intihara sürükləyən Sosial Xidmətlər Agentliyinə ehtiyac varmı? Ondansa, “sosial intiharlar xidməti” daha məqsədəuyğun olardı. .


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sosial Xidmətlər Agentliyi tənqidə görə qaziyə xidmətdən imtina edir - GİLEY

    Sosial Xidmətlər Agentliyi tənqidə görə qaziyə ...

    13-12-2021, 14:55

  • 
  • Əlilliyi olan şəxslərin, şəhid ailələrinin reabilitasiya , istirahət hüquqları pozulur

    Əlilliyi olan şəxslərin, şəhid ailələrinin ...

    19-07-2022, 14:38

  • 
  • Sosial Xidmətlər Agentliyinin ailə dağıtmaq xidməti

    Sosial Xidmətlər Agentliyinin ailə dağıtmaq ...

    12-10-2021, 19:03

  • 
  • Prezident Administrasiyasının 1111 çağrı mərkəzi qazinin şikayətinə baxmaqdan imtina edir

    Prezident Administrasiyasının 1111 çağrı mərkəzi ...

    2-09-2022, 16:52

  • 
  • Nazir Sahil Babayevin qəbuluna yazılmağa  Vüqar Behbudovdan icazə alınmalıdır! (?)

    Nazir Sahil Babayevin qəbuluna yazılmağa Vüqar ...

    3-06-2022, 07:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu