GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əhaliyə içməli su verilir ki, qiyməti də qaldırılsın?

Əhaliyə içməli su verilir ki, qiyməti də qaldırılsın?

Tarix: 13-03-2023, 15:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 670


“Azərsu” 30 ilin bağ evinə texniki şərt tələb edib su vermir 


Tarif Şurası bir dəfə də istehlakçıların qiymət endirimi təklifinə baxsın!


“Azərsu” məmurları yenə də ciblərini istehlakçıların hesabına doldurmaq fikrinə düşüb . Guya əhaliyə içməli su maya dəyərindən aşağı satılır. Bu maya dəyəri hansı meyarla ölçülür, görəsən? 

Ümumiyyətlə, əhaliyə verilən su içməlidirmi?  Tam əminliklə deyə bilərik ki, əhalinin böyük çoxluğu içməli suyu bu bizneslə məşğul olan şirkətlərdən, marketlərdən alır. Yəni “Azərsu” məmurunun suyun qiymətini qaldırmaq təklifi sözügedən şirkətlərin də qiyməti qaldıracağına stimul verir. Bəs istehlakçıların hüquqlarının müdafiəsinə cavabdeh olan dövlət qurumu – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nə deyir? Yenə göstərilməyən xidmətə,  gərəkən keyfiyyətdə verilməyən suya görə istehlakçılar əlavə “xidmət haqqı” ödəyəcək, yoxsa? Yenə də İqtisadiyyat Nazirliyi başçısı Tarif Şurasının sədri kimi qiymət artımını yanındakı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlakçı hüquqlarının müdafiəsindən üstün tutacaq? Niyə? Onda bu formal xidmət qurumunun dövlətin adından istehlakçı hüquqlarının müdafiəsinə nə xidməti ola bilər? 

4-5 nəfərlik ailə ayda suya görə ortalıq 25 manat ödəyir. Qiyməti dünya standartlarına qaldırmaq təklifi gerçəkləşsə, bu məbləğin ikiqat olacağını demək olar. Belədə əhalinin yaşayış minimumunu, dolanışığını da dünya standartlarına uyğunlaşdırmaq olarmı ? Yəqin ki, yox. Nədən dövlət büdcəsi çökər. Olsa -olsa, bir ildən sonra 5-10 faizlik “statistik inflyasiya” adı ilə indeksasiya aparılacaq. Belə bəlli olur ki, “Azərsu” əhalinin pul olmayan cibinə girmək fikrinə düşməsinin heç bir sosial -iqtisadi əsası yoxdur. 

Büdcənin avadanlıqlara xərclərlə yüklənməsinə gəldikdə isə, onsuz da kommunal xidmət qurumları avadanlıqların pulunu da istehlakçılardan təbii  inhisarçı mövqeyindən yararlanaraq   zorla alır. 

Təsəvvür edin, qanunvericiliyin tələblərinə görə, fiziki şəxslərin sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi xidmət qurumunun üzərinə düşdüyü halda, istehlakçının öz vəsaiti ilə çəkdiyi xəttə sayğac quraşdırmağa min manata yaxın pul tələb edib, xətti kəsməklə alırlar. Belədə su xidmətinin büdcənin “dərdini çəkməsi” anlaşılan deyil. Yəqin su məmurlarının dərdi öz büdcələrini əhalinin olmayan büdcəsi ilə artırmaqdır. 

“Azərsu” ASC-nin istehlakçı hüquqlarını pozması təkcə sayğacla təminatdan  yox, ümumiyyətlə, su ilə təminatdan imtinada özünü göstərir. Nazirlər Kabinetinin qərarı ilə texniki şərtin verilməsi  yalnız yeni tikililərə şamil edilir. “Azərsu” isə Qarabağ qazilərinin “Pirşağı bağları” massivindəki 30 ilin bağ evinə su çəkməkdən imtina edir ki, “ASAN xidmət”dən texniki şərt alınmalıdır. İndiyədək “ASAN” yox idi, bəs niyə 30 ilin bağ evinə su xətti çəkilməyib? Eyni zamanda, necə olur, işıq çəkilib, qaz idarəsi ölçüb-biçib çəkəcəyinə söz verib, bircə su idarəsi texniki şərt tələb edir? “Azərsu” ASC-nin həmin bu Etibar Məmmədov adlı məmuru su çəkməkdən imtina etdiyi evdən içməli suya görə hansı haqla artırılmış haqq  təklifi ilə çıxış edir? 

Bir sözlə, xidmət göstərilmədən xidmət  haqqının qaldırılması təklifi əsassızdır və gerçəkdə Tarif Şurası su qiymətlərinin endirilməsi məsələsinə baxmalıdır. Bir yol da əhalinin,  istehlakçıların təklifinə baxılsa, dünya  (standartları) dağılmaz ki? ! Onsuz da əhali içməli suyu marketdən alır. ..


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İçməli suyun verilişində məhdudiyyətlər olacaq

    İçməli suyun verilişində məhdudiyyətlər olacaq ...

    26-11-2013, 11:55

  • 
  • Gecənin şok xəbəri: fevralın 1-dən suyun və işığın qiyməti qalxır

    Gecənin şok xəbəri: fevralın 1-dən suyun və ...

    18-01-2014, 01:00

  • 
  • Bu ərzaqları almayın - Əhaliyə xəbərdarlıq

    Bu ərzaqları almayın - Əhaliyə xəbərdarlıq ...

    10-07-2017, 15:52

  • 
  • Qaz, işıq, su da bahalaşacaq!!!

    Qaz, işıq, su da bahalaşacaq!!! ...

    3-12-2013, 14:34

  • 
  • “Azərsu”nun 9 nəfərlik yoxlama qrupu əhaliyə divan tutur - Şikayət

    “Azərsu”nun 9 nəfərlik yoxlama qrupu əhaliyə ...

    8-02-2018, 18:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu