GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məmurların Ağsu dolayları üzərindəki oyunu bitmir - TƏFƏRRÜAT

Məmurların Ağsu dolayları üzərindəki oyunu bitmir - TƏFƏRRÜAT

Tarix: 10-04-2023, 20:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 397


Ağsu dolaylarında olan avtomobil yolunun ləğv edilərək, Ağsu çayının kənarı ilə alternativ yolun çəkilməsi yenə də gündəmə çıxıb. Səbəbini də belə göstərirlər ki, guya Ağsu dolaylarında sürüşmə günü-gündən artır və bunun qarşısını ala bilmirlər. Boş və məntiqsiz bəhanədir. 


Ağsu dolayları, Ağsu rayonunun iqtisadiyyatının ən əsas sütunlarından biridir. Ağsu rayonunun bazarı, əksər  ərzaq dükanları, ət dükanları və digər ticarət obyektləri əsasən Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sayəsində nisbətən ayaqda dura bilir. Dolaylarda olan iaşə obyektlərinin bağlanması rayonun iqtisadiyyatına çox ciddi ziyan vuracaq və onsuzda ölkənin ən kasıb rayonlarından birinə çevrilən Ağsuda rayonu bundan da çətin bir duruma düşəcək. 

Ağsu dolaylarında ciddi bir sürüşmə yoxdur. Sadəcə uzun illərdir ki, dolaylarda olan avtomobil yolları təmir edilmir . Hər dəfə yalandan ora-bura yamaq vurmaqla dövlətin milyonlarla vəsaitini talayıb yeyiblər. Baxımsız olan yollarda - ən əsas da dağ yollarında kiçik sürüşmələrin olması təbiidir. 

Diqqətinizə çatdırım ki, Ağsu dolaylarında olan avtomobil yolluna ən böyük zərbəni Şamaxi Palas Şərədil hoteli vurub. Hotelin tikintisi zamanı ağır tonnajlı yük maşınları və torpağı sirkələyən yüksək vibrasiyalı texnikaların istifadəsi çox gözəl bir təbiəti olan Ağsu dolaylarında torpaq oynamasına və sürüşmələrə gətirib çıxardı. Hotelin tikintisindən sonra Ağsu dolaylarında zərər vurulan  yollar təmir olunmadı.

 Bir daha qeyd edirəm; bu günə qədər Ağsu dolaylarında olan avtomobil yoluna asvalt örtüyü çəkilməyib. Ancaq və ancaq keyfiyyətsiz yamaq vurmaqla kifayətlənirlər. 


Gələk əsl məsələyə! 


Uzun illərdir ki, Oliqarxlar Ağsu dolaylarını Ağsu sakinlərinin əllərindən almaq uğrunda mübarizə aparırlar.  Demək olar ki, hər il Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahiblərinə təzyiqlər edilir, obyektləri sökülür, müxtəlif yollarla cərimələnir,  onların işlədikləri obyektləri buraxıb getmələri üçün bütün vasitələrdən istifadə edilir.

 Dəfələrlə dolaylarda yerləşən iaşə obyektləri məcburən sökdürülərək sahibkarlara külli miqdarda maddi ziyan vurublar. Axırıncı dəfə 2020- ci ildə guya turizm siyasətinə uyğunlaşdırmaq bəhanəsi ilə  dolaylarda yerləşən iaşə obyektlərini sökdürərək yenidən tikilməsi üçün sahibkarlara 100 min manatlıq dəyəri olan layihələr verib, bu layihələr əsasında obyektlərini yenidən tikmələri ilə bağlı təzyiqlər etdiblər. 


2020- ci ildə, sahibkarların külli miqdarda borca düşərək verilən bahalı  layihələr əsasında iaşə obyeklərini tikib başa çatdırmaları məmurlarda təəccüb yaratdı. Görünür hesab edirdilər ki, bu boyda məbləğin qarşısında sahibkarlar çörək qazandıqları obyektləri məcbur olub  atıb gedəcəklər.

 Dövlətin verdiyi layihələr əsasında obyektlərin yenidən tikildiyini gördükdən sonra, başladılar iaşə obyektlərinin sahiblərini məhkəməyə verməyə ki, guya onlar qanunsuz torpaq zəbt edərək  kafe və restoran tikiblər. Başladılar özlərinin verdikləri layihələri inkar etməyə. Hazırda Ağsu dolaylarında dövlət layihəsi çərçivəsində  sahibkarların öz hesabına tikilən iaşə obyektlərini sənədlə təmin etmək az qala Qarabağ məsələsindən də çətin bir problemə çevrilibdir. 

Adama deyərlər ki, alternativ yol cəkiləcəkdirsə, insanları bu boyda xərcə niyə salırdınız. Niyə onsuz da acınacaqlı durumda olan insanlar əlavə borca-  xərcə düşməli idi? 

İlin yağışlı fəsillərində aşıb-daşan , dəfələrlə hətta, bəndləri belə dağıdan  Ağsu  çayının kənarı ilə çəkilən yol, necə ola bilər ki, Ağsu dolaylarından daha rahat və daha təhlükəsiz olsun? 

Ağsuda hər kəs bilir ki, Ağsu dolaylarının böyük bir qapalı  istirahət zonasına çevrilməsi planı var. Oliqarxlar Ağsu dolaylarına göz tikiblər.  Hətta, gəzən söhbətlərə görə, ərazidə olan bütün dağları hündür setkalarla qapayıb, ov heyvanları buraxaraq, əyləncə - ovçuluq məkanı edəcəklər. Yanı ki, məqsəd rayonu rahat avtomobil yolu ilə təmin etmək yox, Ağsu dolaylarını  Ağsu sakinlərinin əlindən almaqdır.

 Məqsəd rayonun rahatçilığıdırsa, Ağsu dolaylarında olan hazırkı yolu abadlaşdırmaq nə boyda problemdir ki?  Yaxud, hansı dövlət büdcəsindən daha az xərc aparar?

Olmazmı ki, insanlar yol gedərkən gözəl təbiətin verdiyi gözəl hisslərdən yararlanıb, təbiətin gözəl havasını udsunlar? Yoxsa, gözəlliklərdən yararlanmaq  ancaq məmurlara aiddir?


Elşən Əlisoy

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağsu aşırımı bağlanır

    Ağsu aşırımı bağlanır ...

    13-05-2014, 11:28

  • 
  • Ağsu aşırımından avtomobil aşıb, xəsarət alanlar var

    Ağsu aşırımından avtomobil aşıb, xəsarət alanlar ...

    10-10-2020, 18:14

  • 
  • Ağsu dolaylarında olan restoranlar sökülür: Sahibkarlar narazıdır -FOTOLAR

    Ağsu dolaylarında olan restoranlar sökülür: ...

    26-04-2020, 13:32

  • 
  • Ağsu aşırımı bağlanır

    Ağsu aşırımı bağlanır ...

    22-05-2016, 11:47

  • 
  • Şamaxı və Ağsu rayonlarına ilk qar yağıb

    Şamaxı və Ağsu rayonlarına ilk qar yağıb ...

    28-12-2018, 19:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (280)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu