Ağsu dolaylarında yerləşən DYP Postu da artıq fəaliyyətini dayandırıb
Sürücülərin ən çox istifadə etdikləri yollardan biri də Ağsu aşırımıdır. Çoxdandı yararsız vəziyyətdə olan dolaylardan xəbərimiz var. Belə ki, artıq bu yoldan istifadə etmək olmayacaq. Məlumata görə, bir çox hallarda sürücülər bu yoldan istifadə edərkən çətinliklərlə üzləşirdilər. Son illər sözü gedən ərazidə baş verən torpaq uçqunları bu yoldan hərəkət edənlərin sayında azalmaya səbəb olmuşdu. Yol enişlı – yoxuşlu olduğundan baş verən uçqunlarda daş və torpaq yolun hərəkət istiqamətinə tökülür. Nəticədə sürücülər problem yaşayır. Bütün bu problemlərə artıq son qoyulacaq. Yol təmirə bağlanacaq. Bakı-Şamaxı-Yevlax yolunun yenidən qurulması üçün nəzərdə tutulan layihə hazırlanır. Layihədə yolun Ağsu aşırımından keçən hissəsində aparılacaq işlər zamanı yolun bağlanması nəzərdə tutulur. Bu zaman sürücülər alternativ yol olaraq Ağsu- Göylər – Şamaxı yolundan istfadə edəcəklər. Yolun üzərində yerləşən bütün iaşə obyektləri və restoranlarda fəaliyyət müvəqqəti olaraq dayandırılacaq. Ağsu dolaylarında yerləşən DYP Postu da artıq fəaliyyətini dayandırıb. Ərazidəki obyekt sahiblərinin sözlərinə görə, yolun dağılmasında başlıca səbəb ağırtonnajlı yük maşınlarının ərazidən tez tez keçməsidir. Baxmayraq ki, 3,5 tondan artıq yük maşınlarının keçməsinə qadağa qoyulub, əraziyə yol nişanları da yerləşdirilib, normadan artıq yüklənmiş avtomobillər hər axşam ərazidən keçir. Ümumi uzunluğu 14 kilometr olan Ağsu dolaylarında təmir işlərinin nə zaman başlayacağı isə hələlik bəlli deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?