Gundemxeber.az » GündəmXəbər » `Mahal` MTK köçürdüyü camaatı səfil gününə salıb... - NARAZILIQ VAR!
Bakının Bayıl qəsəbəsinin Xanlar küçəsi 57 ünvanının sakinləri "Mahal" MTK-dan şikayətçidirlər. GUNDEMXEBER.AZ-ın məlumatına görə, sakinlər MTK ilə bağlanmış müqavilənin dəyişdirildiyini, 6 ildir evlərini ala bilmədiklərini söyləyirlər. Sakinlərin iddiasına görə, bir ildən çoxdur MTK verdiyi sözün üzərində dayanmır, onlara veriləcək kirayə haqqını ödəmirlər. "Pressklub" TV-yə danışan sakinlər ölkə rəhbərliyindən kömək istəyirlər. "2017-ci ildən bizi evlərimizdən köçürüblər. Bir ildən çoxdur ki, kirayə pulumuzu da vermirlər. Çox pis vəziyyətdəyik, küçələrdə qalmışıq. Mən baş prokurordan, birinci xanım Mehriban Əliyevadan, cənab Prezident İlham Əliyevdən kömək gözləyirəm. Bizim başqa çarəmiz yoxdur", - deyə şikayətçilərdən biri söyləyib. Qeyd edək ki, 6 il əvvəl "Mahal" MTK sakinlərlə razılaşıb ki, onların evlərinin yerində bina tikiləcək, bina istifadəyə verildikdə evlə təmin olunacaqlar. Bu müddətdə isə onlara kirayədə qalmaq üçün pul ödəyəcək. Bununla bağlı şirkət vətəndaşlarla müqavilə imzalayıb. Sakinlərin iddiasına görə, həmin müqavilə dəyişdirilib. İndi MTK nə kirayə pulunu ödəyir, nə də binadan mənzil verir. Sakinlərə sonuncu dəfə deyilib ki, evlərinin hər kvadratı üçün 800 manat veriləcək. Sakinlər isə bununla razılaşmırlar. Məsələ ilə bağlı MTK-nın nömrələri ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Heç bir səlahiyyətli zənglərimizə cavab vermədi. GUNDEMXEBER.AZ |
24-01-2014, 14:16
13-10-2014, 18:18
2-03-2021, 16:00
30-06-2021, 11:27
21-08-2020, 15:15
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?