Tbilisi prospekti 3007 məhəllədə yaşayan bina sakinləri “Tac Mahal” MTK-dan şikayətçidir. Istilik sisteminin olmamasından əziyyət çəkən yeni binanın sakinləri çıxış yolunu bunanın üzərində böyük çağırış yazılmış plakat qaldırmaqda görüblər: “Donuruq – kömək edin!”.
Sakinlərin sayta verdiyi məlumata görə, neçə illərdir ki, binada istilik sistemi quraşdırılmayıb: “Bina 2003-cü ildən inşa edilir, hələ də təhvil verilməyib. Qaz yoxdur. Evləri qızıdırmaq üçün işıqdan istifadə edirik. Ən azı hər ay 180 manata yaxın işıq pulu ödəyirik. Aldığımız maaş da kommunal xərclərə gedir. Bundan əlavə 4 aydır ki, blokun lifti işləmir. 16-cı mərtəbəyə piyada qalxmalı oluruq. Qeydiyyatımız olmadığına görə, ictimai həyatda baş verən hadisələrdə iştirak da edə bilmirik”.
Bina sakinləri problemlə bağlı aidiyyəti qurumların hamısına müraciət ünvanladıqlarını bildiriblər: “Amma bizə kömək edən yoxdur. “Tac Mahal “ MTK deyir ki, pulumuz yoxdur, işlərimizi çatdıra bilmirik”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?