GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ölən şəxs barəsində saxta arayış verən bələdiyyə sədrini neçə il HƏBS gözləyir? – DETALLAR

Ölən şəxs barəsində saxta arayış verən bələdiyyə sədrini neçə il HƏBS gözləyir? – DETALLAR

Tarix: 12-05-2023, 18:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 298
Ölən şəxs barəsində saxta arayış verən bələdiyyə sədrini neçə il HƏBS gözləyir?

Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyeva cinayət əməlində ittiham olunur. İddialara görə o, bir neçə dövlət qurumu ilə iş birliyinə keçərək, iki il əvvəl dünyasını dəyişən 1932-ci il təvəllüdlü Miriyeva Rəvayət Kərim qızının ölüm faktını gizlədib və mərhumun təqaüd kartına sahiblənib. İki il sonra isə mərhumun ölümü ilə bağlı saxta arayış verib.

Məsələ ilə bağlı, Lənkəran şəhər sakini 1932-ci il təvəllüdlü Rəvayət Miriyevanın dəfn olunma tarixinə dair saxta arayışın verilməsi barədə müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Lənkəran şəhər sakini Niyaz Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət Miriyevanın 6674 manat məbləğində təqaüdünü özündə saxladığı bank kartı vasitəsilə çıxarmasına, bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi barədə Lənkaran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək ölüm haqqında şəhadətnamə almasına əsaslı şübhələr müəyyən edilib.
Bizim.Media-ya danışan Aygün Mirzəyeva məsələ ilə bağlı hələ də Lənkəran Prokurorluğunda istintaq işləri getdiyini deyib:
“Elə bir texniki səhv etdilər ki, adam öldürməkdən də betərdir. Hələki iş gedir”, - deyə bələdiyyə sədri əlavə edib.
Qeyd edək ki, sözügedən fakta görə Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Bəs, həmin maddələr əsasında bələdiyyə sədrini neçə il həbs gözləyə bilər?

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevin sözlərinə görə həm 313 (vəzifə saxtakarlığı), həm də 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələrində cərimə ilə yanaşı azadlıqdan məhrumetmə cəzası var:

“313-cü maddədə 2 il, 320.2-ci maddədə isə 1 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Adətən bu maddələrlə azadlıqdan məhrumetmə verilmir. Ya cərimə, ya da şərti cəza verilir. Cərimə məbləği isə hər iki maddəyə görə ayrı-ayrılıqda 3000 min manata qədərdir. Hər halda bələdiyyə sədri bu əməli nəyinsə müqabilində və tamah məqsədilə edib. Əgər qrup üzvüləri etiraf etsələr ki, bələdiyyə sədrinə və ya sənədi tərtib edənlərə rüşvət veriblər. O zaman cinayət işinə korrupsiya ilə bağlı maddə də əlavə olunacaq. Çünki sənədin çıxarılması xahişlə mümkün ola bilməz. Bəlli məsələdir ki, burada qanun pozuntusu baş verib”.
Vəkil əlavə edib ki, bələdiyyə sədrinin məhkəməyə qədər həbs olunmaması ona görədir ki, Məcəllədə 2 ildən artıq cəza göstərilmir:
“Yəni, qanunla həbs qəti-imkan tədbiri 2 ildən artıq cəza olan cinayət əməlinə görə seçilir. Ola bilər ki, bu maddəni ona görə saxlayıblar ki, şəxsə həbs qəti-imkan tədbiri tətbiq edilməsin. Yaxud bələdiyyə sədrinə hər iki maddə ilə cəza verilə bilər. Əgər dünyasını dəyişmiş şəxin təqaüdündən bələdiyyə sədrinə də pay düşübsə, o zaman ona əlavə olaraq 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), maddəsi ilə də iş açıla bilər. Vəzifəli şəxsdirsə, onun bu addımı korrupsiya əməli sayılır”.
Xatırladaq ki, Lənkəran şəhər sakini, S.Vurğun küçəsi ev 38-də daimi qeydiyyatda olan və yaşayan Miriyeva Rəvayət 07.02.2021-ci ildə pandemiya zamanı ev şəraitində vəfat edib.
Mərhumu Lənkəranda “Böyük bazar” qəbiristanlığında, həyat yoldaşının yanında dəfn ediblər.
Məlumatı Bizim.Media-ya verən mənbənin iddiasına görə bələdiyyə sədri Aygün Mirzəyevanın anası Sevil Mirzəyeva mərhumun nəvəsi Sadıqova Rəksanəyə uzun müddət imiş ki, sələmə pul verib, qarşı tərəf isə vaxtlı-vaxtında pulu ödəyə bilməyib.
İddialara görə, Aygün Mirzəyeva anasına olan borcun ödənilməsi üçün plan hazırlayaraq mərhumun ölüm faktını gizli saxlayıb. Bunun üçün mərhumun təqaüd aldığı bank kartını isə nəvəsindən alaraq anasına verib. Beləliklə iki il ərzində mərhumun təqaüdü bələdiyyə sədrinin anası tərəfindən mənimsənilib. Mərhum dünyasını dəyişərkən ona qeydiyyatda olduğu ünvandakı tibb müəssisəsi tərəfindən ölüm kağızı verilməyib. Amma Lənkəran şəhər “Böyük bazar” qəbiristanlığında dəfn edilib.
Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyeva barəsindəki ittihamlarla razılaşmayıb və yeni işə götürdüyü işçisinin texniki səhvə yol verdiyini bildirib.
Görünən qədərilə, cinayət əməlində Lənkəran şəhər bələdiyyəsi ilə yanaşı TƏBİB də məsuliyyət daşıyır. Hərçənd ki, TƏBİB təxminən bir aydan çoxdur ki, onlara bu barədə ünvanladığımız sorğumuzu hələki cavablandırmayıb.
Belə ki, ölüm faktının hansı məqsədlə və necə gizlədilməsi, mərhumun ailəsinə ölüm kağızı verilməməsi, ölən şəxsin adına olan bank kartının ləğv olunmaması, DSMF tərəfindən təyin olunan təqaüdün kəsilməməsi məsələləri isə müəmmalı olaraq qalır.../Bizm.Media

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda saxta dollar əməliyyatı

    Azərbaycanda saxta dollar əməliyyatı ...

    20-11-2014, 11:35

  • 
  • Sabiq bələdiyyə sədri barəsində cinayət işi başlandı

    Sabiq bələdiyyə sədri barəsində cinayət işi ...

    9-09-2020, 12:02

  • 
  • Banka saxta pul sırıyan qadın saxlanıldı

    Banka saxta pul sırıyan qadın saxlanıldı ...

    14-07-2015, 09:50

  • 
  •  Neftçalada saxta arayış verən həkim barəsində cinayət işi başlanıb

     Neftçalada saxta arayış verən həkim barəsində ...

    6-08-2020, 13:12

  • 
  • ​Xəstəyə saxta arayış verən həkim cəzalandırıldı

    ​Xəstəyə saxta arayış verən həkim cəzalandırıldı ...

    25-10-2018, 21:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu