Lənkəran şəhər polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həm saxta pul əskinasları, həm də külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
ANS PRESS-in məlumatına görə, Bakı şəhər sakini 33 yaşlı Namiq Həsənov rayon ərazisində saxlanılarkən üzərindən 3 ədəd saxta ABŞ dolları aşkar edilib. Araşdırma zamanı o da müəyyən edilib ki saxta dollarları Namiq Həsənova Lənkəran rayonun Girdəni kənd sakini 43 yaşlı Arzuman Mİrzəyev hər birini 20 manat olmaqla 60 manata satıb. Arzuman Mirzəyevin evinə polis baxışı isə külli miqdarda narkotik vasitənin aşkarlanmasını və dövriyyədən çıxarılmasını mükünləşdirib.
Əməliyyat zamanı saxlanılan hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qəti imkan tədbiri seçilib və istintaq təqsirləndirilən şəxslərin saxta əskinasları və narkotik vasitələri kimdən əldə etdiyini araşdırır. Saxlanılan şəxslər isə ilkin istintaqa ifadələrində saxta əskinasları və narkotik vasitələri yoldan tapdıqlarını iddia edirlər.
Hazırda faktla bağlı şəhər polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.
Sorğu
Yeni dizaynımız necədir?