GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əliağa Hüseynov sahibkarın torpağını zəbt etdi: “Dedi ki, nə qədər lazımdırsa, xərcləyəcəyəm...”

Əliağa Hüseynov sahibkarın torpağını zəbt etdi: “Dedi ki, nə qədər lazımdırsa, xərcləyəcəyəm...”

Tarix: 15-05-2023, 18:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 196


Əliağa Hüseynov güc hesabına bir çox kəndli və sahibkarın torpaqlarınına yiyələnib ki, sadəcə olaraq, camaat qorxusundan susur

Milli Məclisin sabiq deputatı, general-leytenant Əliağa Hüseynovun Salyanda “Samir 3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus torpaq sahəsini zəbt etdiyi bildirilir.

Gundemxeber.az bildirir ki, bu barədə Pravda.az-a MMC-nin rəhbəri Əlövsət Həsənov məlumat verib.

Qeyd olunub ki, Salyan rayon icra hakimiyyəti başçısının 14.12.1996-cı il 382-S və 05.03.1998-ci il 71-S saylı sərəncamı daimi istifadə üçün 70 hektar, uzunmüddətli (Müddət qeyd edilməyib. Torpaq Məcəlləsinə uyğun olaraq müddət qeyd edilmədikdə 99 il hesab olunur) istifadə üçün isə 103 hektar torpaq sahəsi ayrılıb. Daimi istifadə üçün torpaq aktı, uzunmuddətli istifadə üçün şəhadətnamə alınıb. Vəsaitim hesabına Salyan Rayon İcra Hakimiyyəti baçşısının müvafiq sərəncamı əsasında Kür çayından bu ərazilərə uzunluğu 8500 metr, diametri 530 millimetr olan su borusu çəkilib, Kür çayının sahilində nasos stansiyası inşa edilib. Su xəttindən bu günə kimi rayonun Yuxarı Noxudlu kəndi yeganə su xətti kimi istifadə edir. Kənddəki 120 ev, və kənd əhalisi üçün ayrılmış pay torpaqlar bu xəttdən təmənnasız olaraq suvarılır. İnşa etdirdiyim su xətti və nasosxananı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə aktla təhvil vermişəm ki, su xəttindən digər ərazilər də səmərəli istifadə etsin. Bələdiyələr yaradıldıqdan sonra, bu torpaq sahələri öncə 3 bələdiyyənin, sonda isə 2 bələdiyyənin ərazisində əksini tapıb. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda hüquqi və fiziki şəxslərə verilmiş torpaqlar qeyd olunub. 2000-ci ildə, Prezidentin 17.01.1997-ci il 544 saylı fərmanına əsasən, müəssisənin fəaliyyəti yoxlanılmış və torpaq sahələri müəssisənin balansında saxlanılıb. 2015-ci ildən 103 hektar uzunmüddətli istifadəyə verilmiş torpaq sahələri sabiq deputat, general-leytenant Əliağa Hüseynovun adamları tərəfindən zəbt olunur. Bələdiyyəyə müraciət edildikdə “İcra Hakimiyyətinin göstərişidir”, “Bir illikdir, məhsulunu götürüb çıxacaq” kimi bəhanələr gətirirlər, çarəsizlikdən susub gözləmişəm. 2020-ci ildə Arbatan və Noxudlu bələdiyyələrinə məktubla müraciət etdim ki, torpaq sahələrinin kimin istifadəsində olduğu barədə məlumat verilsin. Bələdiyyələrdən rəsmi cavab gəldi ki, torpaq sahələri heç kimə verilməyib və “Samir 3” MMC-yə məxsusdur. Narazılıq artanda Əliağa Hüseynovun adamları ortaya ümumi sahəsi 97 hektar olan şəhadətnamə çıxardılar. Şəhadətnaməyə əsasən, 2014-cü ildə Arbatan və Noxudlu bələdiyyələri “Samir 3” MMC-yə icra hakimiyyəti tərəfindən verilmiş sərəncam və şəhadətnaməni ləğv edib, heç bir yerdə adı keçməyən hərrac yolu ilə Əliağa Hüseynovun oğlu Nizami Hüseynova satıblar. 2020-ci ildə aidiyyatı üzrə məhkəməyə müraciət etsək də, 3 il ərzində ədaləti bərpa edə bilməmişik, müxtəlif təhdidlər almışıq. Əliağa Hüseynov şəxsən mənə “Nə qədər lazımdırsa, xərcləyəcəyəm, o torpaqları sənə verməyəcəm” deyib. İş məhkəmədə olduğundan 103 hektar sahənin davamı olan 70 hektar torpaq sahəsinin suvarılmasına imkan verilmədiyi üçün istifadə mümkünsüz olub, torpaqlar yararsız hala düşüb. Bələdiyyələr bildirir ki, torpaq 15 illik verilib, müddət bitib və torpaq hərraca çıxarılıb. Birincisi elə deyil, sərəncamda müddət qeyd edilməyib. İkincisi, elədirsə, müddət 2013-cü ildə bitirdi, 2012-ci ildə qanunvericiliyə uyğun olaraq, ilk növbədə torpağın hazırki istifadəçisinə təklif olunmalıdır. Üçüncüsü, 2013-cü ildə də ləğv olunmamış şəhadətnamə və sərəncam 2014 də ləğv edilə bilməz, müddət keçmiş və ən azı yenə 15 illik şəhadətnamənin hüququ tanınıb. Şəhadətnamə 2014-cü ildə ləğv olunmuşdusa, hansı səbəbdən 2022-ci ildə bələdiyyə “Samir 3” MMC-yə verilmiş sərəncam və şəhadətnamənin ləğvi üçün vəsatət qaldırıb? Deməli ki, sərəncam və şəhadətnamənin faktiki olaraq qüvvədə olduğunu qəbul edirlər. Əliağa Hüseynov güc hesabına bir çox kəndli və sahibkarın torpaqlarınına yiyələnib ki, sadəcə olaraq, camaat qorxusundan susur”.

Məsələ ilə bağlı Əliağa Hüseynovun mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz baş tutmayıb.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Salyanda icra başçısı ilə iş adamı arasında çəkişmə böyüyür – ŞOK FAKTLAR

    Salyanda icra başçısı ilə iş adamı arasında ...

    20-11-2014, 00:33

  • 
  • Zaqatala İH-nın sevimli iş adamı: Zeynal İbrahimovla 230 min manatlıq müqavilə

    Zaqatala İH-nın sevimli iş adamı: Zeynal ...

    13-03-2021, 20:19

  • 
  • General oğluna toy etdi

    General oğluna toy etdi ...

    9-01-2014, 13:30

  • 
  • Zakir  Fərəcov hara baxır..?

    Zakir Fərəcov hara baxır..? ...

    26-05-2013, 19:42

  • 
  • Əliağa Hüseynov Salyanın ən bərkgedən fermerinə çevrilib

    Əliağa Hüseynov Salyanın ən bərkgedən fermerinə ...

    20-12-2013, 22:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu