GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağsu RPŞ-nin rəis müavininə 4000 manatlıq rüşvət iddiası -PREZİDENTƏ MÜRACİƏT

Ağsu RPŞ-nin rəis müavininə 4000 manatlıq rüşvət iddiası -PREZİDENTƏ MÜRACİƏT

Tarix: 23-06-2023, 12:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 430

Redaksiyamıza Ağsu rayonunun Ərəbuşağı kənd sakini, təqaüddə olan müəllim Məhəmməd Dadaşovun başda cənab prezident İlham Əliyev olmaqla bir neçə yüksək instansiyaya ünvanladığı müraciəti daxil olub. Müəllif müraciətində oğlunun Ağsu Rayon Polis Şöbəsinin rəis müavini Vüsal Əliyev tərəfindən şərlənməsini və 4000 manat rüşvət alınmasını iddia edir. 

Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:  


Mən, Ağsu rayonun Ərəbuşağı kəndin orta məktəbində təqaüdə çıxanadək müəllim işləmiş və gənc nəslin təlim tərbiyəsilə məşğul olmuşam. Elə evdəki övladlarımı da düzgün tərbiyələndirmişəm.

Çox təəssüflər olsun ki, oğlum Ceyhun 2022-ci ilin yanvarında "Yelo Bank"dan  30000 manat evini girov qoyaraq kredit götürmüşdür. Ki, təsərrüfat qurub ailəsini dolandırsın. Bundan bir neçə ay sonra xəbər tutan Ağsu rayon Polis Şöbəsinin “Qəmlosu” hesab olunan rəis müavini Vüsal oğlumu şərləyib onun kredit götürdüyü pulu ələ keçirmək istəyir. Plan qurulur və 2022-ci ilin  iyulun 14-də saat 18-də Ceyhunun tanımadığı tel. nömrəsindən ( 051 422 89 73) onun 051 337 30 10 nömrəsinə bir qadın əvvəlcə cazibədar şəkil atır. Guya başqa bir qızla yazışırmış və soruşur: Bunu bəyənirsən? Oğlum cavab verib ki, səhv düşmüsünüz. xanım. Qız qeyd edib ki, mən Kürdəmir rayonun Yenikəndində gözəllk salonu işlədirəm. Gəl sabah Ağsu aşrımında çay içək. Oğlum razılaşıb ki, bu adamla görüşüb kimdn onun telefonunu əldə etdiyni öyənsin. İyulun 15-də  saat 13-də adını bimədiyi həmin qız (Sonradan öyrənib ki, Osmanova İlahədir) Ağsu şəhərnə gəlib mənim TUKSON makalı, 06 BD 922 nömrəli avtomobiimin arxa oturacağına əyləşib. Onlar 8-10 dəqiqədən sonra Ağsu aşırımı 4-cü dolayına çatanda  yolda dayanmış VAZ 2107 markalı, yaşıl rəngdə, 06  -- 909 nömrəsi olan şəxsi avtomobildən düşən iki nəfər Ağsu PŞ-nin polis çavuşları dərhal Ceyhunun  avomobilini saxlayıb "Ağsu Polis Şöbəsinə getməlisən" deyiblər. 10 dəqiqə sonra Polis PPX maşını gəlib və Ceyhunu Ağsu PŞ-nə aparıblar. Oğlumu əvvəlcə  rəis müavini Vüsalın otağına gətiriblər.Qızı isə buraxdılar ki, evinə getsin. Vüsal əvvəlcə oğlumu o ki, var təhqir edib. Sonra deyib di ki, "yaxşı düşmüsən əlimə, tapşırmşdım amma gətirmirdilər yanıma". Sonra Vüsal "uçastkovu"ya  tapşırıb  ki, bunu sənədləşdirin, sutka verin salın reşotkaya. Onu reşotkaya salıblar. Səbəb də guya mən qızla harasa gedirəmmiş. Vüsal oğlumu hədələyib ki, qızın ailəsini üzünə durquzacağam. Səni el içində biabır edəcəyəm. TV-ni dəvət edəcəyəm və s. Hədə qorxular. Və qarşıığında təkif edib ki, 10 min manat ver, çıx get. Oğlum da deyib ki, axı bankdan götürdüyüm pulun hamısını xərcləmişəm, yoxumdur.  Nəhayət Vüsal 5000 manat tələb edib. Və dedi ki, bu 5000 manatdan 1 qəpik keçsəm özünə (arvad-qızına) layiq küçə söyüşü qoyub. Və dərhal da Post patrul əməkdaşı olan Anar yanına gəlib təklif edib ki, 5000 manatın yoxdursa biz faizlə təşkil edə bilərik. Narahat olma. Yəni, rəis müavinin, DYP rəisinin, Post patrul Anarın və Kürdəmirdən təşkil etdikləri İlahə Osmanova adlı küçə qadını hamısı əlbir olub düşüblər Ağsuda kimin bir balaca əlində pul varsa şərləmə qurub əlindən almaqla məşğul olyurlar. Həmin günü 2 saatdan sonra yaxın qohumumuz  gəlib evdə dedi ki, Ceyhunu polisdə saxlayıblar bəs 5000 manat istəyirlər. Mən də qara günüm üçün illər uzunu yığıb saxladığım 4000 manat pulu gətirirb Vüsala otağında vermişəm. Bundan sonra oğlumdan izahat almadan avtomobilinə hansısa cərimə protokoluna imza atmaqla 51 manat cərimə yazıb buraxıblar. Ağsu PŞ-nin rəis müavini Vüsal hansısa oğlumun tanımadığı və  özünün öyrətdiy qıza görə oğlumu şərləyb hədə-qorxu gəlməklə aldığı 4000 manat rüşvətin qaytarılmasına görə Ceyhun 30 iyul 2022-ci ildə yuxarı orqanlara çoxsaylı şikayətlər yazmışdı.

Yuxarıdan olan göstərişlərdən sonra araşdırmalar başlandı. Bir tərəfdən Ağsu rayonun dünya çempionu Fərid Mansurovun prokuror qardaşı məni dəvət edib təzyiqlər göstərdi polisdən şikayət etdiyimə görə, digər tərəfdən Ağsu rayon DYP-nın rəisi olan polis Bəxtiyar oğlumu yanına dəvət edib bildirib ki, əgər şikayət yazmayıb yanıma gəlsəydin pulunu hissə hissə geri qaytarardıq. Bundan soruşan gərək ki, sən nə düşmüsən ortalığa? Dəflərlə Vüsalın qəbuluna düşüb, pulunu geri istəmək istəyib amma Vüsal onu qəbul etməyib. Biz onları da sonradan eşitdik ki, Ağsu PŞ-nin rəis müavini Vüsal təkcə oğluma qarşı özünün üzdəniraq dəstəsilə oğlum Ceyhuna qarşı şərləmə kampaniyası ilə 4000 manatını almayıb. Eləcə də Ağsu Rayon Mərkəzi Xəstəxanasının ekspertiza həkimi olan Zahidi də eyni qayda həmin Kürdəmirli İlahə Osmanova ilə şərləyərək 7000 manat pulunu aldığına görə ( və digər imkanlı şəxsləri) Zahid ona qarşı təşkil olunmuş bu polis dəstəsinin dələduzluğundan yuxarı orqanlara şikayətlər etmişdir. Budur, Zahidin iddiası üzrə məsələ araşdırmalardan sonra hüquqi qiymət verilməsi üçün Ağsu Rayon Məhkəməsinin icraatına verilmişdir. Oğlum Ceyhun da bir şahid kimi məhkəməyə dəvət edilmişdir. Eləcə də qonşu kənddə şəhid ailəsi ocaq yandırdığına görə yenə Vüsalın dəstəsi gedib oğlanı ekologiyaya zityan vurduğöuna görə 1000 manat cərimə adı altında pulunu almışdır. Digər ağsulu öz erkək davarını yük maşını ilə Ağsu şəhərinə gətirib qəssaba təhvil verdiyinə görə də iki qardaşı şərləyib 10000 manat pullarını almışlar. Belə misalları çox çəkmək olar. İndi Ağsu PŞ-nin əvvəlki rəisi Qəbələyə rəis təyin olunub. Vay Qəbələ camaatının halına ki, bir neçə gündən sonra rəis Vüsalı Qəbələ rayon Polis Şöbəsinə işlərini” davam etdirmək üçün özünə müavin aparmağa hazırlaşır. Bu günə kimi oğlum Ceyhunu aldada aldada saxlayıblar ki. Bir də şikayət etmə, yoxsa Vüsal sənin qanını içər. Ona görə də mən xalq müəllimi və bir ata olaraq şikayət edirəm ki, uzun illərdir ki, qəpik qəpik yığdığım 4000 manat pulu polis rəisinin müavini dərhal gətirib qaytarsın. Mən bir neçə gün əvvəl bu adamın qəbuluna düşdüm. Çox əsəbiləşmişdim ki, niyə oğlumun pulunu qaytarmırsınız. Yenə dedi ki, ağsaqqal narahat olma hissə-hissə qaytarılar. Və qabağıma çay qoyub başımı aldatmaq istədi. Mən əlimlə onun qoyduğu stəkan çayı vurb dağıtdım. Və otağı tərk etdim.

Cənab Prezident Ağsu PŞ-nin rəis müavini Vüsal mənim oğlum kimi indiyədək rayonda çox adamara tələ qurub və özünə 150000 manatlıq Rang Rover avtomobili alıb. Başqa çoxsaylı ənmlklarını demirəm.  Hesab edirəm ki, Vüsal kimi belə polis zabitləri Sizin uğurlu siyasətinizə kölgə salır. Xalqımızın Sizə inamına Vüsal kimilər kölgə salırlar. Ona görə də rayonumuzun  saknləri pois özbaşnalığına görə dövlətə inanmırlar. Xahiş edirəm nazir Vilayət Eyvazova göstəriş verəsiniz ki, beləsinin son illərdəki, fəaliyytinin yoxlanmasna (Eləcə də səs yazılarının yoxlanmasına) göstəriş verəsiniz.

                           ***

Yazıda yer alan iddialarla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a bildirildi ki, "Ağsu rayonunun Ərəbuşağı kənd sakini Ceyhun Dadaşov ötən il iyul ayının 15-də ictimai yerdə ucadan nalayiq ifadələr işlədib və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib. Ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb, törətdiyi inzibati xəta C. Dadaşova izah olunub. Rayon polis şöbəsinə dəvət edilən həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi  ilə protokol tərtib edilib.

Ceyhun Dadaşovun ona qarşı polis əməkdaşı tərəfindən qanunsuz tələblər irəli sürülməsi ilə bağlı rayon prokurorluğuna da etdiyi müraciət əsasında araşdırma aparılıb, lakin fakt təsdiqini tapmayıb"./yenixeber.org/





  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Qərargahın icazəsi olsa da, rəis müavini bazarı bağlatdırdı” - Nazirə şikayət

    "Qərargahın icazəsi olsa da, rəis müavini ...

    21-01-2021, 14:48

  • 
  • Ağsu aşırımından avtomobil aşıb, xəsarət alanlar var

    Ağsu aşırımından avtomobil aşıb, xəsarət alanlar ...

    10-10-2020, 18:14

  • 
  • Bacısını uşaqlarının gözü qarşısında bıçaqladı

    Bacısını uşaqlarının gözü qarşısında bıçaqladı ...

    4-11-2015, 16:13

  • 
  • Qarın ilk qurbanı polis oldu

    Qarın ilk qurbanı polis oldu ...

    12-12-2013, 12:42

  • 
  • Suriyada döyüşən Ağsu sakini tutulub

    Suriyada döyüşən Ağsu sakini tutulub ...

    29-09-2015, 17:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (193)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu